Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və afişalara görə məsuliyyət nəzərdə tutulub.
Sərəncama görə, dayanacaqlara reklam və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması qəti qadağan edilib.
Məqsəd dayanacaqların göürüşünə xələl gətirən halların qarşısını almaqdır. Aartıq H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra başçılarına müvafiq bildirşlər göndərilib ki, sərəncamın icrasına nəzarət eitsinlər.
Bununla bağlı hər bir rayonun ərazisindəki dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin məlumatlandırılması üşün xəbərdarlıq mətnləri vurulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?