Şimali İraqda nəşr olunan “Bas” qəzetinin Təhsil Nazirliyində korrupsiya iddiaları ilə bağlı sənədləri dərc etdikdən iki il sonra prokurorluq korrupsiyanı orö-basır etdiyinə görə təhsil naziri İsmət Mihəməd barəsində həbs qərarı çıxarıb. Bundan sonra Ərbilə qayıtmayan nazir bir həftə əvvəl yoxa çıxıb.
Musavat.com-un Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, Bas” qəzeti “81 min kitab və 2,5 milyon dollar yoxa çıxdı” başlıqlı manşet yazısı dərc etsə də, prokurorluq araşdırmalara başlamamışdı. Prokurorluq yalnız ötən həftə hərəkətə keçib və nazirlə bağlı istintan hərəkətlərinə start verib. Lakin nazir prokurorluğun araşdırma tələbinə tabe olmayıb və barəsində həbs qərarı çıxarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?