GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Liviyada atəşə tutulan neft tankeri Mənsimovun imiş - (Yenilənib)

Liviyada atəşə tutulan neft tankeri Mənsimovun imiş - (Yenilənib)

Tarix: 8-01-2014, 12:27 Bölmə :Ölkə Baxış: 845
Liviyada atəşə tutulan neft tankeri Mənsimovun imiş - (Yenilənib)
“Bakı” tankerinin sahibi üzə çıxdı və bəyanat yaydı

Liviyanın mərkəzi hökumətə müxalif yaraqlıların nəzarətində olan “əs-Sider” limanından qanunsuz neft götürməyə cəhd edərkən bu ölkənin hərbi donanmasının gəmiləri tərəfindən atəşə tutulan “Bakı” tankerinin sahibinin kimliyi virtualaz.org saytına məlum olub.

Gəminin sahibi insidentdən bir gün sonra üzə çıxıb və Liviya tərəfinin hərəkətlərinin beynəlxalq normalara zidd olduğuna dair bəyanat yayıb. Məlum olub ki, tanker məşhur azərbaycanlı milyarder, çoxsaylı gəmilərdən ibarət donanmaya malik olan, o cümlədən Azərbaycan neftinin daşınmasını həyata keçirən Mübariz Mənsimovundur.

Virtualaz.org saytı xəbər vermişdi ki, “Bakı” tankeri yanvarın 7-nə keçən gücə Liviyanın yaraqlıların nəzarətində olan limanına yan almağa cəhd edərkən atəşə tutulub və Malta istiqamətində üzərək aradan çıxıb. Gəminin “Royal Asset Management” adlı offşor şirkət tərəfindən fraxt olunduğu bildirilib, lakin bu şirkətlə əlaqə saxlamaq mümkün olmayıb. İsveçrədə qeydiyyatda olan eyniadlı şirkət mövcud olsa da həmin şirkətdən bildiriblər ki, insidentin onlara dəxli yoxdur.

Virtualaz.org saytı isə bu insidentlə bağlı Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupunun yaydığı rəsmi bəyanatı əldə edib. Şirkət bəyan edib ki, “Bakı” tankeri ona məxsusdur. “Palmali” tankerin Liviyadan qaçaq neft yükləməyə cəhd etdiyi barədə deyilənləri təkzib edib və bildirib ki, tanker beynəlxalq sularda üzərkən atəşə tutulub.



İstanbulda mənzillənmiş nəqliyyat şirkəti olan “Palmali” Aralıq dənizində neft tankerlərindən ibarət donanma saxlayır. “Bakı” tankeri həmin donanmanın tərkibində olub. Şirkət bildirir ki, tankerin yaraqlıların nəzarətində olan “əs-Sider” limanına tərəf üzdüyü haqda məlumat alanda onu fraxt edənlərə geri qayıtmağı və beynəlxalq sularda qalmağı əmr edib.

“Palmali”nin bəyanatında bildirilir ki, Liviya hakimiyyəti beynəlxalq dənizçilik normalarına “tam hörmətsizlik” nümayiş etdirib və bu ölkənin donanması “Bakı” tankerini sıxışdıraraq hökumətin nəzarətində olan limana qovmağa çalışıb.

Tankerin heyəti xəbərdarlıqdan sonra Liviya hərbi gəmilərinə “əs-Sider” limanına yan almaq fikrində olmadıqlarını bildirsə də hərbi gəmilərdən biri “Bakı”ya xəbərdarlıq atəşi açıb.

“Liviya hərbi gəmisi bunun ardınca tankeri qovmaqda davam edib və daha iki atəş açaraq onu hökumətin nəzarətində olan Misurata limanına doğru getməyə məcbur etmək istəyib. Hazırda bizim tanker Liviya hərbi-dəniz qüvvələrinin qanunsuz təhdidlərindən yayınmaq və gərginliyin daha da artmasına imkan verməmək üçün tam sürətlə Malta istiqamətində üzür” - deyə azərbaycanlı milyarderin şirkəti bildirir.

“Palmali” bəyan edir ki, bu insident beynəlxalq sularda baş verib və Liviya hakimiyyəti tərəfindən beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir.

“Palmali” gəminin kim tərəfindən fraxt olunduğunu açıqlamayıb, bununla belə bildirib ki, tanker Malta limanına çatandan sonra bu məlumatı açıqlayacaq. Liviyanın Milli Neft Korporasiyası NOC və bu ölkənin digər rəsmiləri “Palmali”nin bəyanatı ilə bağlı şərh verməyiblər.

İnsidentin ardınca Liviyanın şərqinə nəzarət edən “muxtariyyət hökuməti” bütün neft treyderlərinə yazılı məktub göndərərək bildirib ki, “əs-Sider” limanından neft götürmək istəyən tankerlərin təhlükəsizliyini təmin etməyə hazırdır.

Qeyd edək ki, virtualaz.org saytı Liviya sahillərində “Bakı” tankerinin atəşə tutulması barədə xəbəri Azərbaycanın informasiya məkanında birinci yayandan sonra bəzi yerli agentliklər saytımıza istinad etməyə ehtiyac belə görmədən Xəzər Dəniz Gəmiçiliyinin tankerin onlara məxsus olmadığına dair təkzib xarakterli qısa məlumatını yayıblar. Hansı ki, virtualaz.org tankerin Xəzər Dəniz Gəmiçiliyinə məxsus olmadığını araşdırıb elə həmin məqalədə əvvəlcədən yazmışdı. Buna baxmayaraq Dövlət Gəmi Reyestrində “Bakı” adlı neftdaşıyan tankerin qeydiyyatda olduğunu da müəyyən etmişdi.

* * * 21:30 01/07/2014



Azərbaycana məxsus gəmi yaraqlıların nəzarətindəki limandan neft götürməyə cəhd edərkən hücuma məruz qalıb və Maltaya tərəf qaçıb

Liviya sahillərində Malta bayrağı altında üzən “Bakı” neftdaşıyan tankeri atəşə tutulub.

Virtualaz.org saytının ingilisdilli Afrika nəşrlərindən əldə etdiyi xəbərə görə, insident yanvarın 7-nə keçən gecə baş verib. Xəbərə görə, tanker bir neçə aydır Liviya hökumətinə müxalif yaraqlıların nəzarətində olan limana yan alaraq qanunsuz neft yükləməyə cəhd edibmiş.

Liviya rəsmilərinin verdikləri açıqlamaya əsasən tanker yaraqlıların nəzarətində olan “əs-Sider” limanına yan almağa cəhd göstərib. Liviyanın mərkəzi hökuməti bir neçə aydır ki, müxalif yaraqlıların nəzarətində olan həmin limandan qanunsuz neft daşınmasının qarşısını almağa çalışır və bu məqsədlə silah tətbiq edir.

Liviya rəsmilərinin bildirdiyinə görə, “Bakı” tankeri bazar günü ölkənin ərazi sularına daxil olub və limana yan almaq üçün manevrlərini davam etdirib. Liviyanın hərbi donanmasının gəmiləri onu izləyib və tanker limandan neft yükləməyə cəhd edəndə heyətə dayanmaq barədə xəbərdarlıq edilib. Lakin gəmi xəbərdarlığa məhəl qoymayanda Liviya hərbi gəmiləri ona atəş açıblar. Azərbaycana məxsus tanker Malta istiqamətində üzərək aradan çıxıb.



“Biz gəmi heyətindən tələb etdik ki, kursu dəyişdirib Misurata limanına doğru üzsün. Lakin heyət bizim tələbimizə əməl etməkdən imtina etdi, tanker ziqzaqvari hərəkət etməyə və aradan çıxmağa çalışdı” - deyə Liviyanın hərbi-dəniz qüvvələrinin təmsilçisi İmad Əyyub digər hərbçilərlə birlikdə təşkil etdiyi televiziya brifinqində bildirib.

Xəbərdə bildirilir ki, Liviyanın Milli Neft Korporasiyası (NOC) bütün gəmi sahiblərinə bir neçə ay əvvəl xəbərdarlıq edib. Bu xəbərdarlığa əsasən yaraqlıların nəzarətində olan limana yan almaq qanunsuzdur və istənilən tankerin Liviya neftini qanunsuz olaraq oğurlayıb daşımasının qarşısı alınacaq.

Məlumata görə, “Bakı” tankeri “Royal Asset Management” adlı offşor şirkət tərəfindən kirayəyə götürülüb. NOC təmsilçisi bildirib ki, bu şirkət və onun hansı ölkədə qeydiyyatdan keçdiyi haqda onlarda heç bir əlavə məlumat yoxdur.

İsveçrədə qeydiyyatdan keçmiş “Royal Asset Management” adlı şirkətdən isə “Röyter”ə bildiriblər ki, bu insidentlə heç bir bağlılıqları mövcud deyil.

Lakin araşdırmalar zamanı neft ticarəti ilə məşğul olan bu adda başqa şirkətə rast gəlinmir. NOC təmsilçiləri “Bakı” tankerini kirayəyə götürən şirkətin hansı ölkədə qeydiyyatdan keçdiyini bilmədiklərini deyiblər.

NOC rəsmiləri bildiriblər ki, onlar hazırda tankerin beynəlxalq sularda hərəkətini online rejimdə izləyirlər və “Bakı” Malta istiqamətində üzməkdədir. Məlum olub ki, tanker hələ dekabrın sonlarından Liviya ətrafında üzürmüş və əvvəlcə Breqa limanı yaxınlığında görünüb, daha sonra “əs-Sider” limanına doğru istiqamət alıb.

Virtualaz.org saytı araşdırıb ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının Dövlət Gəmi Reyestrində həqiqətən “Bakı” adlı neftdaşıyan tanker qeydiyyatdadır. Belə ki, reyestrdə “Bakı” adında cəmi 5 gəminin qeydiyyatda olduğu göstərilir. Onlardan biri elmi-tədqiqat gəmisi, digəri səyahət yaxtası, üçüncüsü işçi kater, dördüncüsü quru yük gəmisi, nəhayət, “Bakı-1” adlı beşinci gəmi neftdaşıyan tankerdir.

Lakin Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında bu adda tanker yoxdur. Deməli, “Bakı-1” tankeri hansısa özəl şirkətə məxsusdur. Dövlət Gəmi Reyestri həm dövlət, həm də özəl şirkətlərə məxsus gəmilərin qeydiyyatını aparır.

Virtualaz.org Liviya sahillərində oğurluq neft daşımaq cəhdinə görə atəşə tutulan “Bakı” tankeri ilə bağlı araşdırmalarını davam etdirəcək.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya Federal Təhlükəsizlik Xidməti Xəzərdə Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerini Mahaçqala limanından yüklənmiş qaçaq nefti daşıyarkən Xəzərdə yaxalamışdı. Gəmi hələ də Mahaçqala limanında saxlanılır və qaytarılmayıb.

Fərhad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Liviya hərbi gəmiləri “Bakı” tankerini atəşə tutdu

    Liviya hərbi gəmiləri “Bakı” tankerini atəşə tutdu ...

    7-01-2014, 22:44

  • 
  • Azərbaycanlı oliqarxın neft tankerini Odessadan qovdular

    Azərbaycanlı oliqarxın neft tankerini Odessadan ...

    19-06-2014, 10:19

  • 
  • Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan gəmisini tutdu

    Rus kəşfiyyatı Azərbaycanın qaçaq neft daşıyan ...

    7-08-2013, 23:17

  • 
  • Türkiyə PKK düşərgələrini vurdu

    Türkiyə PKK düşərgələrini vurdu ...

    28-12-2012, 11:37

  • 
  • Nazirin deputat qardaşının Panamada şirkəti üzə çıxdı - (Fotofakt)

    Nazirin deputat qardaşının Panamada şirkəti üzə ...

    18-09-2013, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu