Dünən 12 nəfərin işdən çıxarıldığı İTV-də daha bir dəyişiklik olub. İnformasiya Departamentinin müdiri Mehparə Quliyevanın da səlahiyyəti əlindən alınıb. İTV-dəki mənbəmizin sözlərinə görə, Mehparə Quliyevanın işdən çıxarılması barədə rəsmi əmr olmasa da, faktiki o, öz vəzifəsini icra etmir.
Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi olub.
Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilib. Hazırda həm Analitik Proqramlar, həm də İnformasiya Departamentinə faktiki olaraq E.İbrahimov rəhbərlik edir.
Qeyd edək ki, M.Quliyeva vəzifəsinə sentyabrın 3-də təyin olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?