Bu gün Qubada Rustov kənd sakini, 25 yaşlı Vəfadar Məmmədov saxlanılıb. O, ötən gün həbs olunmuş Vəfanur Məmmədovun qardaşıdır.
Bu barədə Turan-a saxlanılan şəxslərin qohumu, yerli hüquq müdafiəçisi Avtandil Məmmədov məlumat verib.
Onun sözlərinə görə,Vəfadarı Quba məhkəməsinin binasının qarşısında MTN əməkdaşları saxlayıblar. O, atasının məhkəmə prosesində iştirak etmək üçün ora gedib.
Ötən gün həbs olunan Vəfanura gəlincə, o, Bakıya aparılıb və MTN-də saxlanılır. “Bu barədə mənə onun vəkili telefonla xəbər verib”, - A.Məmmədov qeyd edib. Onun sözlərinə görə, Vəfanur Məmmədov “radikal dindar” olmaqda təqsirli bilinir.
“Bu qardaşlar radikal deyil. Vəfanur “Odnoklassniki” sosial şəbəkəsində digər yerli sakin Nizami Cəfərovun saxlanması haqda yazıb. Bundan sonra onda guya qumbara aşkarlandığını bildirərək həbs ediblər. Bu ailədə kişi qalmayıb. Çünki bundan əvvəl onların atasını da həbs ediblər. Bu, ailəyə qarşı əsl repressiyadır”, - A.Məmmədov bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?