Onlar tələblərini bildirsələr də idarədən onlara bu tələblərinin əsassız olduğu deyildi. Saat 11:15 radələrində dəmiryolçular idarənin qarşısından uzaqlaşdılar.
* * * 10:51
Onlarla kişi dərmiryolçu “Azərbaycan Dəmir Yolları” QSC qarşısında etiraz aksiyası keçirir.
Onlar MDB ölkələri istiqamətindəki xətlərdən işdən çıxarılmalarına etiraz edirlər. Qeyd edək ki, onları qadınlarla əvəz ediblər. Etirazçılar virtualaz.org-un müxbirinə bildiriblər ki, bu. onların hüquqlarının pozulmasıdır: “Bu hətta, gender bərbərliyinin pozlumasıdır”.
İsmayıl Namazov adlı dəmiryolçu deyib ki, onlar son illərə qədər MDB ölkələri istiqamətində işləyirdilər: “Amma son dövrlər idarənin rəhbərliyi bizim hamımızı- 96 nəfərə yaxın işçini işdən çıxarıb. Guya bizi işsiz qoymamaq üçün yerli xətlərə keçirdilər. Bizə 200 manat əmək haqqı verdilər. Biz bununla necə ailə dolandıra bilərik? Biz ölkə başçısına müraciət edirik ki, bizim bu problemimizin həllinə kömək etsin”.
Qurumun mətbuat katibi Nadir Əzməmədov isə virtualaz.org-a bildirdi ki, dəmiryolçuların bu tələbləri qeyri-qanunidir və heç bir əsası yoxdur. Bizim idarənin son zamanlardakı əsas konsepsiyası kişi bələdçiləri qadın bələdçilərlə əvəz etməkldir: "Burada əsas məqsəd korrupsiya və xoşagəlməz halların qarşısını almaqdır. 10nəfər bələdçi bu və ya digər səbəblərdən cəzaçəkmə müəssisələrindədirlər. Həbs olunanların da əksəriyyəti qaçaqmalçılıqla məşğul idilər. Qadınlarla əvəz olunduqdan sonra bələdçilər arasında belə faktlar aşkarlanmayıb.
Bir də, heç kim kişi bələdçiləri işdən azad etməyib, onlar yerli xətlərdəki marşrutlara yerləşdiriliblər”.
Qeyd edək ki, ərazidə polis əməkdaşları olsa da, onlar aksiyaya heç bir müdaxilə etmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?