“Azərbaycan Dəmir Yolları” QSC nin kişi bələdçiləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirir. Musavat.com-un əməkdaşının məlumata görə, 50-yə yaxın narazı bələdçi əvvəlcə Nazirlər Kabinetinin qarşısına toplaşıb. Orada onların ərizəsini qəbul ediblər.
Qeyd edək ki, qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq beynəlxalq xətlərə qadın bələdçilərinin yerləşdirilməsidir. Beynəlxalq qatarlardan çıxarılan kişi bələdçilər isə yerli rayonlar arası qatarlara yerləşdirilib. Bələdçilər isə bu işdə işləməkdən imtina edirlər. Onların sözlərinə görə burada əmək haqqı çox aşağıdır.
Sorğu
Yeni dizaynımız necədir?