Bakı Dövlət Universitetində tarix müəlliminin ondan rüşvət tələb etdiyini iddia edən 4-cü kurs tələbəsinin qalmaqallı çıxışından sonra dünən rektorun əmri ilə həmin fakültənin dekan müavini Asif Bayramov vəzifəsindən uzaqlaşdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, işindən azad edilənlər sırasında 4-cü kurs tələbəsi Rəhilə Kiçiyevanın tyutoru olan Xanəliyev Cəfər də var.
Onun kəsri olan tələbəni yanlış növbəyə yazması və buna görə tələbədən rüşvət alması əsas gətirilərək işindən uzaqlaşdırıldığı deyilib.
Lakin əldə etdiyimiz məlumata görə, aparılan “islahat”lar əslində universitetin, xüsusən də Tarix fakültəsinin adının rüşvət məsələsində hallanması ilə bağlı olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?