GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaur Həsənov olayında sensasiya sayıla biləcək açıqlama

Zaur Həsənov olayında sensasiya sayıla biləcək açıqlama

Tarix: 10-01-2014, 17:34 Bölmə :Ölkə Baxış: 833
 Zaur Həsənov olayında sensasiya sayıla biləcək açıqlama
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi sensasiya sayıla biləcək açıqlama yayıb

Redaksiyamıza AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən yazı daxil olub. Musavat.com həmin yazını olduğu kimi dərc edir:
*****
Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərildi. İaşə obyekti sökülmüş, banklardan götürülmüş vəsait geri qaytarılmamış, bank faizləri artmışdır. İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənildi. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmadı. Bu günlərdə əlimizə düşən rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. «Edis Qroup» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kassasiya şikayəti vermişdir. Həmin şikayətin bir bəndini olduğu kimi nəzərinizə çatdırırıq:
«04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar».
Məlum odur ki, Bibi-Heybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olmuşdur. Yuxarıda Ali Məhkəmənin Plenumuna kassasiya şikayəti verərək həmin çayxananın yerinin şirkət tərəfindən təmir olunub abadlaşdırılması və müvafiq tikintinin aparılması qeyd edilmişdir. Eyni zamanda çayxananın həmin şirkətin balansında olması haqqında məhkəməyə müvafiq sənədlər də təqdim etmişdir. “Edis Qroup” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilmişdir ki, çayxananın faktiki sahibi onun şirkətidir, Z. Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanırdılar.
Həmçinin o da qeyd edilmişdir ki, Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilmişdir. 2008-ci ildə Z. Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul etmişdir. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmamışdır.
Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar etmişdir?!
«Edis Qroup» şirkətinin AR Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə ünvanlandığı əlavə kassasiya şikayətini olduğu kimi sizə göndəririk.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

*****



Azərbaycan Respublikası Аli Məhkəməsinin sədri cənab Ramiz Rzayevə

"Edis Qroup" Şirkəti tərəfindən




ƏLAVƏ KASSASİYA ŞİKAYƏTİ


İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin və “Şıx” sanatoriyasının cavabdehlər Bibi-Heybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli “İcarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilmişdir. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina etdi. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq vermədi. Əlavə kassasiya şikayətləri təmin edilməmişdir, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilmişdir.
04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ib bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70.0 kv metr ərazini bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar.
Məhkəmələrin heç birində biz iştirak etməmişik. Halbuki qərarlar ilə açıq-aşkar bizim Konstitusiya hüquqlarımız - sahibkarlıq hüququmuz, məhkəmə tərəfindən hüququn müdafiə təminatı, məhkəməyə müraciət etmək hüququmuz pozulub. Məhkəmələrdə Bakı şəhər İcra Hakimiyyətinin və AR Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak etməmişlər.
Qeyd etmək istəyirik ki, о dövrdə qüvvədə olan 1971-ci il tarixli Azərbaycan SSRİ-nin Torpaq Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müəssisələrin, təşkilatların və idarələrin torpaqdan istifadə hüququna xitam verilməsinin əsasları müəyyən olunmuşdur ki ,verilən torpaq sahəsindən dalbadal 2 il istifadə olunmadıqda həmin hüquqlara xitam verilməlidir.
Azərbaycan Respublikasının Dahi Prezidenti Heydər Əliyevin qanuni qüvvədə olan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” 24.12.1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhəri Səbayel rayonu “Bibi-Heybət”qəsəbəsinin 36.9 hektar torpaq sahəsinin “Bibi-Heybət” qəsəbə bələdiyyəsinə verilməsi haqda 31.08.2000-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən bələdiyyələrin torpaqlarının və mülkiyyətlərin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 811 saylı Sərəncam qəbul edilmişdir.
Sonradan Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 12.09.2000-ci ildə Səbayel rayonu üzrə “Bibi-Heybət” Bələdiyyəsinə ayrılan 36,9 hektar torpaq sahəsinin ayrıc göstərişləri qeyd edəndən sonra, 21.09.2000-ci ildə həmin sahə “Bibi-Heybət” qəsəbə Bələdiyyəsinə verilmişdir Mübahisəli 70 kv.m. torpaq sahəsi Bakı şəhər icra Başçısının "Bələdiyyələrin torpaqları və mülkiyyətlərin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" 3 1.08.2000-ci il tarixli 811 saylı sərəncamının 1-ci bəndinə əsasən Səbayel rayonu üzrə “Bibi-Heybət” qəsəbəsinin 36,9 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bibi-Heybət Bələdiyyəsinə təhvil verilmiş, həmin sahəyə aid sənədlər müəyyən edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xəritə öz əksini tapmışdır. Həmin xəritəyə əsasən dəniz sahili boyunca 1,67 ha torpaq sahəsi və “Şıx” sanatoriyasının yerləşdiyi 2,2 ha sahə Bibi-Heybət bələdiyyəsinin mülkiyyətini təşkil edir və iddiaçıların mübahisələndirdiyi 70,0 kv metr torpaq sahəsi də bələdiyyəyə məxsusdur.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunun 32-ci maddəsinə əsasən bələdiyyələr yalnız öz əmlaklarına dair mülkiyyət hüququna malikdir. Yəni sərbəst olaraq öz əmlaklarına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. Qanuna uyğun olaraq Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv metr torpaq sahəsi 08.04.2005-ci il tarixli 25 saylı icarə müqaviləsi ilə Qarabağ əlili Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilmiş, Həsənov Zaur ərazini zibillikdən təmizləmiş, sonra 2008-ci ildə bizim şirkətə daxil olandan sonra zibillərin çıxarılması üçün abadlıq işləri aparılması üçün işçilərin istirahəti üçün tikinti aparılması üçün ağacların əkilməsi üçün , bizim şirkət bütün xərcləri özü çəkdi, tikintini isə öz balansına qabul etdi.
Məhkəmələr isə Azərbaycan Respublikası Prezidentinin qanuni qüvvədə olan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” 24.12.1999-cu il tarixli əsasən 36,9 hektar torpaq sahəsini "Bibi-Heybət Bələdiyyəsinə verilməsi haqda 31.08.2000-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş 811 saylı sərəncamına əsaslanmaq əvəzinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı heç bir qanuni əsası olmayan 16.04.2010-cu il tarixli 7-1015/17 saylı məktubu əsas kimi qəbul edərək, qeyri-qanuni qararlar qəbul edirlər.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının 23.12.2003-cü il tarixli (11.06.2004-11.07.2010-cu illərdə olan əlavə və dəyişikliklərlə birgə) Qanunun 34.2.1-34.2.3-cü maddəsinə zidd olaraq,
məhkəmə tərəfindən:
- Prezidentin "Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24.12.1999-cu il tarixli Fərmanı tətbiq edilməli idi. lakin tətbiq edilməmişdir.
-О dövrdə qüvvədə olan 1971 -ci il tarixli Azərbaycan SSRİ-nin Torpaq
Məcəlləsinin verilən torpaqdan 2 il istifadə olunmadıqda, həmin hüquqlara xitam verilməsi haqda 45-ci maddəsinin 5-ci bəndi tətbiq edilməli idi, lakin tətbiq edilməmişdir.
-Tətbiq edilməli olmayan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 16.04.2010-cu il tarixli 7-1015/17 saylı məktubu hüquqi akt kimi tətbiq edilmişdir.
-Məhkəmə tərəfindən hətta tətbiq edilən normativ hüquqi aktlar düzgün şərh edilməmişdir.

AR MPM-nin 424.2.1, 424.2.2, 424.2.3, 429.0.3-cü maddələrinə əsasan

Xahiş edirik:

1. Bizim "Edis Qroup'" şirkəti cavabdeh qismində cəlb edəsiniz.
2. AR Ali Məhkəməsinin qərarına və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib, işi Apellyasiya instansiya məhkəməsinə bizim iştirakımızla yenidən baxılmağa göndərəsiniz



“Edis Qroup” Şirkətinin Prezidenti S.A. Məmmədov

Vəkil Z.Ə Salahov
 Zaur Həsənov olayında sensasiya sayıla biləcək açıqlama
 Zaur Həsənov olayında sensasiya sayıla biləcək açıqlama
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı

    Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı ...

    29-12-2013, 15:02

  • 
  • Özünü yandıran Qarabağ qazisi öldü

    Özünü yandıran Qarabağ qazisi öldü ...

    28-12-2013, 22:59

  • 
  • Zaur Həsənovun sökülən obyektinə görə 100 min manat ödəniləcək – (Yenilənib16:05)

    Zaur Həsənovun sökülən obyektinə görə 100 min ...

    27-12-2013, 16:12

  • 
  • ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün edibmiş

    ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün ...

    30-12-2013, 22:48

  • 
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu