Moskva ətrafındakı Krasnoqorsk şəhərində naməlum şəxslər “Dato Potiyski” ləqəbli “vor zakon” Dato Melkadzeni güllələyib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə yanvarın 12-də Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, hadisə “Lerua Merlen” ticarət mərkəzinin avtomobil dayanacağında baş verib. Melkadze qarnından və çiynindən güllə yarası alıb, onun vəziyyətinin necə olduğu barədə məlumat verilmir.
NTV xəbər verib ki, “vor zakon” xəstəxanada keçinib, lakin bu informasiya hələ rəsmən təsdiqlənmirdi. Lakin İTAR-TASS az öncə belə məlumat yayıb ki, Moskvaətrafı vilayətinin Krasnoqorsk şəhərində güllələnən “qanuni oğru” Dato Melkadze xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Melkadzeyə atəş “Makarov” və “Steçkin” markalı tapançalardan açılıb. Ona atəş açanlar iki nəfər olub. Melkadze ticarət mərkəzindən arvadı və iki uşağı ilə birlikdə çıxarkən killerlər onu güllələyib, daha sonra maşınla qaçıb aradan çıxıblar.
Polis hesab edir ki, bu cinayət Melkadzenin törətdiyi qətlə görə qisas ola bilər.
1994-cü ildə Gürcüstanın Kutaisi şəhərində “vor zakon” Çixladze arvadı ilə birlikdə evində güllələnib. Bu hücumda onun azyaşlı oğlu Quram yaralanıb. Quram özünü ölülüyə vuraraq quldurlardan xilas ola bilib və o, böyüyəndə atasının qisasını alacağına söz verib. Sonralar Quram “vor zakon” olub və o, öz valideynlərinin qatillərini axtarmağa başlayıb.
Oğru aləmində düşməni ailəsinin yanında güllələmək qəbul edilməyib. Bu baxımdan Melkadzenin arvadı və uşaqlarının gözünün qabağında güllələnməsi 1994-cü ildə onun eyni formada öz düşmənini aradan götürməsinə cavab ola bilər. Çixladzenin ölümündən sonra Melkadze uzun müddət həm polisdən, həm də cinayətkar aləmdən gizlənib. Çünki onun öz düşmənini ailəsi ilə birlikdə öldürməsi və qadına atəş açması, o cümlədən azyaşlı uşağı ağır yaralaması oğru aləminin qaydalarına zidd idi.
2011-ci ildə Melkadze Krasnoqorskda saxlanılıb və heroinlə tutulduğu üçün ona şərti iş verilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?