Heç kimin keçmiş xidməti onun gələcək hərəkətlərini sığortalamır, mütləq hamı cavab verəcək
İcmal İlin son hadisələrindən biri isə sabiq millət vəkili Gülər Əhmədovanın məhkəməsi və azadlıqdan məhrum edilmə cəzası oldu. Gülər Əhmədovanın tutulmasından sonra böyük bir açılmanın baş verəcəyini gözləyənlər hələ də intizardadırlar. Çünki onu işə salan şəxs Elşad Abdullayev özü azadlıqdadır.
Baş verənlərin Azərbaycan cəmiyyətində əks-səda doğurması təbii idi. Hakim partiyanın üzvü, cəmiyyətdə kifayət qədər nüfuz qazanmış, siyasi fəaliyyəti dövründə dövləti bir sıra beynəlxalq tədbirlərdə layiqincə təmsil etmiş bir nəfərin, özü də qadının dələduzluqda ittiham olunaraq həbs edilməsi, şübhəsiz ki, sıradan bir hadisə kimi qəbul olunmamalı idi. Belə hadisələr hər gün baş vermir.
Daha bir yekun. Heç kimin keçmiş xidməti onun gələcək hərəkətlərini sığortalamır. Mütləq hamı cavab verəcək. Ya qanun, ya da Allah qarşısında! Gülər Əhmədova 3 il azadlıqdan məhrum edildi. Kiminə bu lap az, kiminə isə bu lap çox müddət kimi görünə bilər. Amma onun az yaşlı uşağı üçün 3 il çox böyük müddət olacaq.
Elşad Abdullayev isə hələ ki, azadlıqdadır. O azadlıq ki, 3 ili Gülər Əhməlodavanın ömrünə məxsusdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?