GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səttar Mehbalıyevin qardaşının şəhid olması iddiası doğruldu

Səttar Mehbalıyevin qardaşının şəhid olması iddiası doğruldu

Tarix: 13-01-2014, 09:30 Bölmə :Ölkə Baxış: 2 017
 Səttar Mehbalıyevin qardaşının şəhid olması iddiası doğruldu
İxtisasca hərbiçi olan Əhməd Mehbalıyev Laçın, Qubadlı, Kəlbəcər və Tərtər döyüşlərində iştirak edib, Ağdamda düşmən mühasirəsinə düşərək həlak olub; hazırda Şəhidlər Xiyabanında uyuyur...
Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə diqqət mərkəzinə gələn AHİK-in sədri Səttar Mehbalıyev barədə iddiaların biri doğrulub. Belə ki, onu bu proseslərdə müdafiə edənlərin belə bir arqumenti vardı: “Səttar Mehbalıyev özü şəhid ailəsidir, qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub... ”

Mehbalıyevin şəhid ailəsi olmasına inanmadılar...

O zaman çoxları bu iddiaya inanmadı. Lakin bu faktla dərindən maraqlanan da olmadı. Səttar Mehbalıyevin özü və onun müdafiəsini quranlar da faktla bağlı ayrıntılı bilgi vermədilər.

Zaur Həsənovun özünü yandırması hadisəsi ilə bağlı yeni məlumatlar yayılanda və bu məsələnin arxasında sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın bir şirkətin -"Edis Qroup"-un dayanmasına dair iddialar mediaya yol tapanda Mehbalıyevin personası yenidən diqqət mərkəzinə gəldi. AHİK-in müvafiq strukturundan sənədli-sübutlu yayılan sensasion açıqlamadan belə məlum oldu ki, əslində Z. Həsənovu özünü yandırmağa vadar edən faktlar şişirdilib. Belə ki, sənədlərlə sübut olunurdu ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub və bu obyektə dair bütün xərcləri də o çəkib. Yerli mediaya dərhal məlumat sızdırıldı ki, bu şirkət Səfər Əbiyevin adamlarına məxsusdur və mümkündür ki, qazını radikal addımlara Əbiyevin klanı təhrik edib. Məhz bu iddiaları özündə daşıyan yazılara verilən şərh və müzakirələrdə S. Mehbalıyevin özünün “yaxşı adam və şəhid ailəsi” olması iddiası yenidən gündəmə gəldi.

Həqiqəti yazılara şərh yazan “Aida” açdı...



Musavat.com saytında gedən yazıların birinin altında isə oxucular mübahisəyə başladılar. “Nurlan” niki ilə şərh yazan oxucu iddia edirdi ki, Mehbalıyevin qardaşı Qarabağda şəhid olub. “Mery911" niki ilə yazan oxucu da israr edirdi ki, yalandı, sübut elə. Nəhayət ”Aida" nikli oxucu belə bir şərh yazdı: “Sizin sualınızı cavablandırıram. Əhməd Mehbalıyev Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Dəfn olunduğu yer Şəhidlər Xiyabanı. 01.09.1968-25.06.1993. Gedib qəbrinin üstünə qərənfillər qoya bilərsiniz. Allah Şəhidlərimizə rəhmət etsin”.

Şəhid Mehbalıyevin qəbri tapıldı...

Müxbirimiz məhz bu məlumatdan çıxış edərək, Şəhid Əhməd Mehbalıyevin qəbrini görüntüləmək üçün Şəhidlər Xiyabanında olub.

Qarabağ şəhidlərinin basdırıldığı xiyabanda onun məzarını tapmaq xeyli çətin oldu. Xiyabanın təmizlik işi ilə məşğul olan Səyyarə xanım bizə bu məsələdə kömək etdi. Məzarı tapdıq. Səyyarə xanım deyir ki, şəhid Əhmədin məzarını tez-tez ziyarətə gələnlər olur: “Gələnlərdən təkcə qardaşını tanıyıram. Deyəsən Milli Məclisdə deputatdır. Keçən dəfə də bizi danladı ki, bəs məzarların üstünü təmizləyin. Dedim siz desəniz də, deməsəniz də biz bu məzarları hər gün silirik. Köhnə mərmərlərdir. Nəm parça vuran kimi bozarır”.

Uşaqlıq arzusu hərbiçi olmaq imiş

“Azərbaycan bayrağı” ordenli şəhid Əhməd Mehbalıyev haqqında ətraflı məlumatı “Azərbaycanın Milli Qəhrəmanları” kitabından əldə etdik.

Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. Atası Süliddin, anası Firənginaz xanımın ən böyük arzusu Əhmədi hərbiçi görmək imiş. Hərbiçi olmaq Əhmədin də uşaqlıq arzusu olub. Əhməd özünün və valideynlərinin istəyi ilə ilk olaraq sənədlərini Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə verib. C.Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Əhməd hərbi sirlərə daha da yiyələnmək məqsədilə Kazan Ali Tank Qoşunları Məktəbinə daxil olub. O, oxuduğu illərdə daima SSRİ-nin ən ali hərbi məktəbinin komandirlərinin rəğbətini qazanıb, öncül kursantlardan olub.

Daha sonra o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib. Qarabağda müharibə başlayanda Ə.Mehbalıyev vətənə qayıdıb. Əhməd bir təcrübəli tankçı kimi ilk döyüşə Şuşada başlayıb. Şuşanın müdafiəsi uğrunda mərd və qəhrəmancasına döyüşüb. Saysız erməni tankını sıradan çıxarıb. Sonralar o, rota komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib.

25 iyun 1993-cü il Əhmədin son döyüşü olub. O, düşmənlə açıq döyüşdə qəhrəmancasına şəhid olub.

Əhmədin komandiri baş leytenant P.Mahmudov Əhmədin sonuncu döyüşü haqqında danışanda bunları deyib: “Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma tank komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan taqımı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə də kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. Ağdamın Qızıllı-Kəngərli kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi tankla bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. Sentyabr ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik...”.

22 iyul 1989-cu il tarixdə ali hərbi məktəbi bitirdiyi üçün leytenant, 26 iyul 1991-ci il tarixdə baş leytenant rütbəsi alan Əhməd Mehbalıyev Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Qaraçuxur qəsəbəsindəki “Gənclik” küçəsinə onun adı verilib.

***
Beləliklə, “Qarabağ qazisinə zülm edən Mehbalıyev”in özünün şəhid qardaşının olması təsdiqləndi. Mehbalıyevlərdən biri Qarabağ uğrunda gedən döyüşlərdə həyatından keçərək, şəhidlik mərtəbəsinə yüksəlibmiş. Təbii ki, bu fakt onun məmur qardaşı Səttar Mehbalıyevlə bağlı ittihamlara yenidən baxmaq zərurəti yaradır. Lakin Konfederasiya sədrini Qarabağ qazisi Zaur Həsənovun ruhu, ailə üzvləri və bütövlükdə müharibə veteranları qarşısında məsuliyyətdən azad etmir.

Qazilərlə hər kəs sayğılı davranmalı, onların səhvlərini belə doğru qəbul edərək, hər kaprizlərini çəkməlidir. Qarabağ qaziləri Azərbaycanın ən böyük dəyəri və sərvətidir. Allah onlara uzun ömür, Azərbaycan iqtidarına da onların xidmətində duracaq qədər səbat versin.

Cəmi Şəhidlərimizə isə Allahdan rəhmət diləyirik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Səttar Mehbalıyev: “Mən nə üçün günahkar olmalıyam”

    Səttar Mehbalıyev: “Mən nə üçün günahkar ...

    29-12-2013, 13:28

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49

  • 
  • “Səttar Mehbalıyevin zülmündən başqa biri də özünü öldürüb”

    “Səttar Mehbalıyevin zülmündən başqa biri də ...

    27-12-2013, 00:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu