GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda həyatı sığorta etdirmək neçəyədir?

Azərbaycanda həyatı sığorta etdirmək neçəyədir?

Tarix: 13-01-2014, 09:38 Bölmə :Ölkə Baxış: 563
 Azərbaycanda həyatı sığorta etdirmək neçəyədir?
Xəyanətə uğrayanlar, liftdə qalanlar... sığorta ala bilər ; dünya ilginc sığorta növləri kəşf edir, bizdə isə hamı maşınının “canından” narahatdır
Azərbaycanda həyatını sığorta etdirmək üçün 7 manata qıymayanlar var

Tez-tez yollarda bu mənzərə ilə qarşılaşırıq: bir qəza baş verib. Qəzanın səbəbkarı da, qurbanı da maşını yerindən tərpətmədən dayanıb gözləyir. Yolda tıxac yaransa da, maşınların hərəkətinə maneə yaransa da, onlar məlum sığorta şirkəti nümayəndəsinin hadisə yerinə gəlişini gözləyir. Onlar gələcək, hadisə yerində çəkiliş edəcək, akt yazacaq və dəyən zərər ödəniləcək.

Son illərdə sayı sürətlə artan sığorta şirkətlərinə müraciət edənlər isə daha çox avtomobil sığortasından istifadə edir. Tibbi sığorta, yük sığortası, əmlak sığortası və icbari sığortalar da siyahıdakı növbəti sıraları tutur. İcbari sığorta insanların məcburən yönləndirildiyi sığorta növüdür. Bu səbəbdən də hadisə baş verəndə çox nadir hallarda şirkətə xəbər verirlər.

İcbari sığorta qəzaya uğramış maşın sahibinin yox, qəza qurbanı olan maşın sahibinin zərərini ödəyir. Belə olan halda isə qəza yerində dayanıb, polisə tuş gəlmək, sürücülük vəsiqəsinə “bal” qazandırmaq arzu edilən deyil.

Sığorta şirkətlərinə inam yoxdu, çünki...



“Sığorta haqqında” Qanunda deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür.
Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır. Sadəcə, Azərbaycanda sığorta bazarı yenicə formalaşdığından vətəndaşlar arasında sığortanın həqiqi izahı anlaşılmayıb. Əsasən əyalətdə sığorta işin qeyri-ciddi baxışlar var.



Eyni vaxtda bir neçə sığorta şirkəti ilə əməkdaşlıq edən Vəfadar Quliyev deyir ki, insanların sığortaya marağı 2005-2006-cı illərdə daha yüksək olub. Sonradan bu maraq azala-azala gedib. O deyir ki, tibbi sığortalar üçün könüllü qaydada elan verilsə də insanlar ona maraq göstərmir: “İnsanların sığortaya meyl etməməsinin səbəbləri çoxdur. Biri deyir kasıbçılıqdır, imkanım yoxdur. Digəri deyir ki, filan sığorta şirkəti ilə müqavilə bağladım, amma ziyanı ödəməkdən imtina etdi. Bəzilərini gedib məcbur sığorta edirlər və s. Belə hallara görə əhali passivdir. Amma dövlət şirkətində sənədlər qaydasındadırsa, dəymiş ziyan ödənilir. Bəzi özəl sığortalar mütləq bir bəhanə tapır. Bir də görürsən ki, maşın etibarnamə ilə başqasına verilib və hadisəni o törədib. Belə olanda bəhanə edib ziyanı ödəmirlər. Ya da deyirlər ki, qəzanı edən yenicə sığortalanıb, ya da qəza sığorta edənin ucbatından baş verib deyə vermirlər. Bir şey tapıb imtina edirlər. Nəticədə sığorta şirkətlərinə inamsızlıq yaranır. Amma dövlət şirkətində heç bir bəhanə gətirilmir. Sığortalananın ziyanı ödənilir. Avtomobili başqası sürüb zədələsə də ziyan ödənir”.
2006-cı ilə qədər avtomobil sığortası zəif olsa da...

Onu da deyək ki, Azərbaycanda konkret obyektlər üzrə ixtisaslaşmış sığorta şirkətləri yoxdur. Sığorta şirkətlərinin məşğul olması üçün 28 növ fəaliyyət var. Azərbaycanda olan 30-a yaxın sığorta şirkəti bu 28 növ fəaliyyətin hər biri ilə məşğul olur. Bu da vətəndaşların tələbatının zəif olduğunu göstərir. Normal ölkələrdə sığorta şirkətlərinin tərkibində bir neçə bank olur, yəni onlar sığorta pulu yığır. Bu banklar vasitəsilə uzunmüddətli, qısamüddətli kreditlər, ipotekalar verilir.

Bizdə isə tərsinədir. Əvvəl banklar, bankdan sonra isə sığorta şirkəti yaradılır. Əslində sığorta şirkətlərində dövriyyə banklara nisbətən qat-qat çox olmalıdır.

Azərbaycanda sığortanın ən çox yayılan növü şəxsi avtomobillərin sığortalanmasıdır. Apardığımız araşdırma zamanı məlum oldu ki, xüsusi nəqliyyat vasitələrinin sığortasının səviyyəsi 2005-2006-cı illərdə aşağı olsa da sonradan yüksələn xətt üzrə inkişaf edib. Nəyə görə məhz avtomobil?



Ekspertlər deyir ki, maşını kreditə verirlərsə, kredit verən bank mütləq sığorta tələb edir. Üstəgəl, əhali avtomobillərini tıxacların və maşınların sayının artması nəticəsində yarana biləcək qəza şəraitindən özü sığortalayır. Buna görə maşınların sığortalanması sayı həddən artıq çoxalıb. Amma digər sahələrdə sığorta işi zəifdir.

Ekspertlər onu da deyir ki, sığorta şirkətləri inamsızlıq yaradırsa və ya bəhanələrlə dəymiş ziyanı ödəməkdən imtina edirsə, onda “Sığorta haqqında” Qanuna müraciət etmək olar. Qanunvericilik sığortaçı tərəfindən dəfələrlə pozulduqda onun ləğv edilməsi barədə Arbitraj Məhkəməsində iddia qaldırmaq mümkündür.

O ki qaldı girişdə yazdığımız məcburi sığorta məsələsinə, ekspertlər deyir ki, məcburi qaydada sığorta səmərə vermir. Sığorta şirkətlərinə etimad artırılmalıdır. Belə ki, vətəndaşda avtomobil və ya daşınmaz əmlakın sığortasının şirkətin varlanmasına səbəb olacağı ilə bağlı təəssürat yaranıb. Onlar öz maraqlarının nəzərə alınmayacağından narahatdır.

BenzinIN qiyməti qalxanda da sığorta olunurlar

Dünyada isə olduqca ilginc sığorta növləri mövcuddur. Qərargahı Amsterdamda yerləşən “Hullberry” Sığorta Şirkəti 10 müxtəlif, fərqli sığorta növü təklif edir.

Məsələn, əgər benzinin qiyməti 15%-dən çox artarsa, onda növbəti 1000 litr benzin üçün sığorta şirkəti əlavə xərcləri ödəmək öhdəliyi daşıyır. Sığortanın qiyməti illik 19,95 avrodur. Bunun Azərbaycan kimi benzin qiyməti ilə tez-tez oynanılan ölkədə tətbiq olunması arzuedilən olardı.

Digər ağlagəlməz sığorta növü: tutaq ki, siz evdən tələsik çıxdınız, açarlar evdə qaldı, qapı isə arxanızca bağlandı. Sığorta sizə günün və ya həftənin hansı hissəsindən asılı olmayaraq, 100 avroya qədər ödəniş həyata keçirəcək. Sığortanın qiyməti isə illik 18 avrodan başlayır.

Liftdə qalanlar da qazanırlar. Bu halda da “Hullberry” şirkəti liftdə itirdiyiniz vaxt üçün 75 avro təzminat ödəməyi vəd edir. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək məbləğdədir.

Lotereyada bəxti gətirməməyin də sığortası var imiş. İldə 52 dəfə lotereya oynayan, lakin heç nə uda bilməyən - bəxti gətirməyən şəxs sığorta şirkətindən 2500 avro pul ala bilər. Sığorta hadisəsinin baş vermə ehtimalı 1/4900-dür.

Nəzərə alsaq ki, altı rəqəmli lotereyanın baş prizini udmaq şansı 1/14 milyona bərabərdir, o zaman bu ehtimal heç də pis deyil. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.

Əgər ölkədə yeni “quru” qanun, tutaq ki, içki içilməsini qadağan edən qanun qəbul olunarsa, sığorta olunan kompensasiya olaraq 500 avro alacaq. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.

Başqa planetlilər tərəfindən oğurlanma - bu da bir sığorta növü yaradır. Yəni əgər sığorta olunan şəxs öz iradəsi olmadan (zorla) başqa planetlilər tərəfindən Yer kürəsindən qaçırılarsa, sığorta ödənişi həyata keçirilir. Sığorta müqaviləsində belə qeyd olunur. Belə olan halda zərərçəkənə 5000 avro ödəniş verilir. Amma, o şərtlə ki, həkimdən və aviokosmik orqanlardan arayış təqdim olunsun. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.

Bax, indi yazacağımız sığorta növü tam azərbaycanlılara uyğundur. Bu sığorta növünün adı təqsirsiz halda həbsxanaya düşməkdir. Təqsiri olmadan dəmir barmaqlıqlar arxasına düşməkdən qorxanlar sığorta şirkəti ilə müqavilə bağlaya və belə hal baş verərsə, 500 avro sığorta ödənişi ala bilər. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadəkdir.

Evlilik təklifi rədd edilənlər... 100 avro qazanır



Xarici filmlərə mövzu olan sığorta növünə keçək. O toylarda keşişin, nikah məmurunun yanında adamdan “sən bu adamla (qadınla, kişi ilə) evlənmək istəyirsənmi” sualı verirlər ha. Qarşı tərəf də ani emosiyalar burulğanına düşüb, “yox” cavabı verir. Evlənəcəyi şəxsin “”hə" cavabından əmin olmayanlar bu sığorta növünə müraciət edir. Nəticədə də əgər “yox” cavabı alırlarsa, şirkət onlara 100 avro ödəyir. Sığortanın qiyməti yenə də eynidir - illik 12 avrodan 28 avroyadək.

Gəlib çatdıq günümüz Azərbaycanı üçün real sığortaya. Şirkət təklif edir ki, özünüzə və ya dostlarınıza gizli kameraya çəkilməkdən qorunmaq üçün sığorta şəhadətnaməsi hədiyyə edəsiniz. Əgər belə bir vəziyyətə düşsəniz, zərərçəkən 1000 avroya qədər ödəniş ala bilər. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadək.
Xəyanətə uğradığını öyrənən kişinin sığorta şirkətindən 500 avro ödəniş almaq hüququ var. Sığortanın qiyməti - illik 12 avrodan 28 avroyadək.

Azərbaycanda da həyat sığortası... varmış...

Azərbaycanda isə bu sadaladıqlarımızın heç biri yoxdur. Təkcə həyat sığortasından başqa. Artıq ölkədə fəaliyyət göstərən böyük sığorta şirkətlərinin həyat sığortası üçün lisenziyası var. Keçirdiyimiz sorğu zamanı öyrəndik ki, həyat sığortası etdirmək istəyənlər kateqoriya ilə sığortalanır. Belə ki, bu, sığortalının iş və statusu ilə əlaqəli bir prosesdir. Azərbaycan insanının orta aylıq əməkhaqqı 300 manat həddində olsa da (bu, standartlara görə, aşağı rəqəmdir), orta aylıq əmək haqqı alan hər bir vətəndaş çox az bir məbləğə öz həyatını sığorta etdirə bilər.

Hesablamalar zamanı öyrəndik ki, qulluqçu kateqoriyasında aylıq 300 manat əmək haqqı alan bir müəllim və ya bir həkim ildə 7 manat 20 qəpik ödəməklə öz həyatını sığorta etdirə bilər. Müqavilə əsasında həyata keçirilən sığorta prosesi bir illik nəzərdə tutulub. Sığortalı bir ildən sonra müqaviləsini yeniləyərək növbəti il üçün sığortalanmış olur.
Həyat sığortasının ən vacib detalı: əgər sığortalanın başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir. Yəni sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • İşsizlərə sığorta pulu veriləcək

    İşsizlərə sığorta pulu veriləcək ...

    17-11-2015, 13:47

  • 
  • "Həyatını itirənlərin ailələrinə və xəsarət alanlara sığorta ödəniləcək"

    "Həyatını itirənlərin ailələrinə və xəsarət ...

    6-12-2015, 18:09

  • 
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Sığorta şirkətində 220 minlik frıldaq

    Sığorta şirkətində 220 minlik frıldaq ...

    20-06-2013, 11:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu