GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İxtisara salınan bələdçilər növbəti aksiyanı keçirdilər

İxtisara salınan bələdçilər növbəti aksiyanı keçirdilər

Tarix: 24-01-2014, 08:42 Bölmə :Siyasət Baxış: 663
 İxtisara salınan bələdçilər növbəti aksiyanı keçirdilər
İxtisara salınan bələdçilər növbəti aksiyanı keçirdilər; onlar Dəmir Yolu İdarəsinin rəhbərliyi haqda sərt açıqlamalar verdilər: “Ən çox rüşvətxorluq, qanunsuzluq indiki idarə rəhbərlərinin vaxtında yaranıb”
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azalmasıdır. Etirazların nəticəsi isə hələ də yoxdur.

Yanvar ayının 11-dən başlayan və hələ də davam edən bələdçi aksiyalarına dünən biri də qatılıb. Bələdçilər yanvarın 13-də Prezident Administrasiyasına etdikləri müraciətin nəticəsini öyrənmək üçün administrasiyasının qarşısına toplaşıblar. Oradan aldıqları cavabla razı olmayan bələdçilər məhkəmədən gələcək qərarı gözləyirlər. Bələdçilərin dediklərinə görə, onların haqları bərpa olmadan bu yoldan əl çəkən deyillər.
Bələdçilərdən Fərhad Səlimovun dediklərinə görə, internet üzərindən online alınan biletlərdə ən böyük haqsızlıq edilir: “”Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi bizi haqsız yerə səriştəsizlikdə, sərnişinlərə keyfiyyətsiz xidmət göstərməkdə, qanunsuz işlərdə günahlandırır, amma özləri ən böyük qanunsuzluqlarla məşğuldurlar. İnternet üzərindən online satılan biletlərdə insanlara zülm edirlər və onları aldadırlar. Bir nəfər online bilet alan zaman ona ən pis yerləri, məsələn, tualetin yanındakı kupeni satırlar. Çünki online satış onlara sərf etmir, çalışırlar ki, vətəndaş gəlib bileti kassadan alsın. Səbəb isə bundan ibarətdir ki, hər bilet satışı zamanı sərnişindən əlavə pul alınır. Bu pullar isə rəhbərliyin cibinə gedir. Əlbəttə ki, online satış onlara sərf etməz. Bizi qanunsuz əməllərdə günahlandırırlar. Bu qədər bələdçinin hamısı qanunsuz əməllərlə məşğuldursa, niyə bizi tutmurlar? Bunların hamısı şərdir, böhtandır. Utanmırlar, xəcalət çəkmirlər ki, bu qədər ailə başçısına şər atırlar".

Bələdçi Cavanşir Qafarovun dediklərinə görə, haqlarını tələb etdikləri üçün onlara şər atmağa başlayıblar: “Elyar Muradov deyir ki, guya yeni qatarlar gətirilib. Amma bu düz deyil. Yeni adı verilən qatarlar əslində köhnə qatarlardır, sadəcə, təmir edilib və rənglənib. Bunun sayəsində isə böyük pullar yeyilib. Bizə xalq düşməni, narkotik daşıyıcısı adı verirlər. Bunun səbəbi isə haqqımızı tələb etməyimizdir. Sabah başqa suçlamalar da ortaya çıxsa təəccüblənmərəm. Biz heç bir qanunsuz iş görmürük, halal zəhmətimizlə pulumuzu qazanmağa çalışırıq, ona da bunlar imkan vermirlər. Əsl xalqı aldadan Arif Əsgərovdur, Elyar Muradovdur, Ziya Məmmədovdur. Bunlardır bizim haqqımızı yeyənlər, camaatı aldadanlar. Biz heç vaxt narkotik kimi qanunsuz bir işə bulaşmarıq. Bizim ailələrimiz, uşaqlarımız var, heç birimiz istəmərik onların gələcəyini zəhərləyək”.
Digər şikayətçi Adil Balaxanovun dediklərinə görə, ən çox rüşvətxorluq və qanunsuzluq əməlləri indiki idarə rəhbərlərinin vaxtında yaranıb: “38 illik iş stajım var. Araşdırsanız görərsiniz ki, ən çox rüşvətxorluq, qanunsuzluq indiki idarə rəhbərlərinin vaxtında yaranıb. Deyirlər ki, kişi bələdçilər işləmir, yaxşı xidmət göstərmir. Bu idarənin əs pis vaxtlarında, ən ağır dövrlərində bu idarədə çalışan kişi bələdçilərlə, indi ixtisara düşən bələdçilər eyni insanlardı. Bu idarəni halal tərimizlə, zəhmətimizlə çalışıb ayağa qaldırmışıq, indi bu kişi bələdçilər lazım deyil?”

Bələdçilərin dediklərinə görə, mətbuatda gedən xəbərlərdən sonra onlara bir neçə ləvazimat veriblər: “Etirazlarımızdan sonra bizə iki ədəd sabun, tualet kağızı, döşəmə taxtası veriblər. Bu, qatarın tələblərini ödəmir. Bunu onlar özləri də yaxşı bilirlər. İndiyə kimi bizə siyahı üzrə düşən ləvazimatları mənimsəyirdilər. Bundan sonra bəlkə haqqımızı qaytararlar. Bizim məhkəmə prosesimiz davam edir. Məhkəmədə Elyar Muradov deyir ki, guya etirazçı bələdçilərin sayı cəmisi 11 nəfərdir. Bu, tamamilə yalandır. Şikayətçilərin sayı 100-ə yaxındır. Ehtiyac olsa öncədən günahsız yerə işdən çıxarılan 400 nəfər işçi də haqqını tələb etmək üçün məhkəməyə gələ bilər. Nə etsələr, xeyri yoxdur, biz haqqımızı onlardan alacağıq”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəisi Elyar Muradov musavat.com-a açıqlamasında kişi bələdçilərin yeni qatarlara buraxılmama səbəbi kimi onların sərnişinlərə düzgün xidmət göstərməmələrini və qanunsuz yüklər daşımalarını göstərmişdi.

Mövzunu davam etdirəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdçilər Prezident Administrasiyasının qarşısında aksiya keçirirlər (FOTO)

    Bələdçilər Prezident Administrasiyasının ...

    13-01-2014, 13:28

  • 
  • Aksiya keçirən dəmiryolçuların maaşı iki dəfə artırıldı - (Video)

    Aksiya keçirən dəmiryolçuların maaşı iki dəfə ...

    11-01-2014, 01:30

  • 
  • Dəmiryolçular etirazlara davam edəcək

    Dəmiryolçular etirazlara davam edəcək ...

    21-01-2014, 16:00

  • 
  • Bakının mərkəzində kişi dəmiryolçular aksiya keçirdi - (Fotolar, Yenilənib)

    Bakının mərkəzində kişi dəmiryolçular aksiya ...

    10-01-2014, 12:06

  • 
  • Baş nazirin müavini bələdçilərdən 10 gün vaxt istədi

    Baş nazirin müavini bələdçilərdən 10 gün vaxt ...

    14-01-2014, 12:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu