Virtualaz.orq bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm Firudin oğlu Quliyev tabeliyindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, mərhum 2013-cü ilin aprel ayında Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
* * *
Penitensiar xidmətin əsgəri ehtiyatsızlıqdan özünü güllələyib.
Virtualaz.org Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, yanvarın 12-də Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından ilkin ehtimala görə ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı Şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?