GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Fuad LTD”-dən zərərçəkənlərə nə mənzil verilir, nə də pulları qaytarılır

“Fuad LTD”-dən zərərçəkənlərə nə mənzil verilir, nə də pulları qaytarılır

Tarix: 14-01-2014, 13:40 Bölmə :Ölkə Baxış: 680
 “Fuad LTD”-dən zərərçəkənlərə nə mənzil verilir, nə də pulları qaytarılır
“Fuad LTD” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Artıq Bakı Ağır Cinayətlər Məhkəməsində Qasım Məmmədovla bağlı məhkəmə işinə start verilib.

Baş Prokurorluğun yaydığı xəbərə görə, Qasım Məmmədov 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməkdə ittiham olunur. Bu işdə həmin cəmiyyətin mühasibi Ramin İbrahimovun da əli olub. Onlar həm də 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olsalar da, gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunurlar.
Q.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Lakin bu fırıldaqdan zərərçəkənlərdən biri – məcburi köçkün, hazırda yataqxanada yaşayan Əliyev Teymur Möhtərəm oğlu redaksiyamızla əlaqə saxlayaraq bir sıra zərərçəkənlərə heç nə ödənilmədiyini, başqa sözlə, nə mənzillə təmin olunduqlarını, nə də pullarının geri qaytarıldığını bildirdi: “Mən də istintaq tərəfindən zərərçəkən kimi tanınmışam. 15 min manata yaxın vəsaiti “Fuad LTD” MMC-nin hesabına köçürmüşəm. Bu vəsaitin əlavə təzminatla birlikdə mənə qaytarılması haqqında Binəqədi rayon Məhkəməsinin ayrıca qərarı da var. Bir ildən çoxdur Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində gedən istintaq zamanı bizə yalnız gözləməyi məsləhət görüblər. İndi də elan ediblər ki, istintaq bitdi, iş məhkəməyə göndərilib və guya bütün zərər ödənilib. Halbuki, şəxsən mən və tanıdığım zərərçəkənlər buradan nə yeni mənzil müqaviləsi, nə də pul almamışıq”.

Şikayətçi deyir ki, hazırda həmin binanın inşası “Abşeron 2013” adlı tikinti şirkəti tərəfindən davam etdirilir. Onlar da bu mənzilləri vətəndaşlara ikinci dəfə və daha baha qiymətə satırlar: “Baha qiymət ödəmək istəməyənləri isə min cür bəhanə ilə başdan edirlər. Bir ay əvvəl söz vermişdilər ki, pulu ödəyəcəklər. Dəfələrlə gedib-gəldikdən sonra şirkətin Azər adlı rəhbəri bizə açıq-aşkar ki, dedi ki, ümumiyyətlə, sizə pul verən deyilik, mənzil isə yoxdur. Üstəlik də bizim vəsaitimiz hesabına tikilən binadan kənar vətəndaşlara mənzil satışını həyata keçirirlər. Yəni zərərçəkənlərin zərəri ödənilmədiyi halda, onlar maddi qazanc əldə etməyə çalışırlar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə iclası zamanı Qasım Məmmədov bildirdi ki, binanı yeni şirkətə o şərtlə satıb ki, zərərçəkənlərin hamısını razı salsınlar. Yeri gəlmişkən, sözügedən alqı-satqı müqaviləsinin nə dərəcədə qanuni olub-olmaması, ümumiyyətlə orada nələrin əks olunması hamıya qaranlıqdır və məhkəmənin hazırda davam edən proseslərində də bu məsələyə aydınlıq gətirilmir”.
Ölkə rəhbərliyinə, baş prokurora məsələ ilə bağlı məktub yazdığını söyləyən T.Əliyev fırıldaqçıların onun min bir əziyyətlə pul toplayıb ev sahibi olmaq arzusunu gözündə qoyduqlarını, illərdir döymədiyi qapı qalmadığını və nəhayət, işin rəsmi şəkildə məhkəməyə çıxarıldığı bir vaxtda da ortada ümidverici bir şey olmadığını, yeni şirkətin zərəri ödəmək, məhkəmənin isə yeni şirkəti bu işə qatmaq fikrində olmadığını vurguladı: “Bizim ödədiyimiz pul, tikilən bina və başqalarına satılan mənzillər – bütün bunlar məntiqsiz və ədalətsiz olsa da faktdır. Bu halda, bizim zərərimizi kim ödəməlidir? Biz də digər fırıldaqçı tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların məsələsində olduğu kimi, ya mənzillə təmin olunmağımızı, ya da heç olmasa, bu illər ərzində xeyli dəyərdən düşmüş pulumuzun geri qaytarılmasını tələb edirik. Və bir də istəyirik ki, Baş Prokurorluq ötən il dekabrın 11-də yaydığı rəsmi açıqlamasında yer alan “İstintaq dövründə vətəndaşlara dəymiş ziyan tam məbləğdə ödətdirilib” ifadəsinin nəyə əsaslandığını izah etsin”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirkət direktorunun işi məhkəməyə göndərildi

    Şirkət direktorunun işi məhkəməyə göndərildi ...

    11-12-2013, 15:57

  • 
  • Goranboylu iş adamına qarşı məhkəmə istintaqı başlayır

    Goranboylu iş adamına qarşı məhkəmə istintaqı ...

    3-04-2014, 17:14

  • 
  • Bakıda 100 minlik cinayət

    Bakıda 100 minlik cinayət ...

    3-04-2014, 12:16

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (470)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu