GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim bilmir ki!”

Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim bilmir ki!”

Tarix: 21-01-2014, 16:03 Bölmə :Ölkə Baxış: 779
Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim bilmir ki!”
2008-ci ildə Səhiyyə naziri dövlət müəssələrində pulsuz tibbi xidmət göstərilməsi haqqında sərəncam verib. Bu sərəncamı əsas tutaraq “Axar.az” dövlət xəstəxanalarında ardıcıl araşdırma aparır.

Növbəti jurnalist araşdırmamızı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında apardıq.

Xəstəxanaya giriş 3 manatdan başlayır

Respublika Xəstəxanasında yaxınlaşdığımız ilk şəxs İlqar Hüseynov bildirdi ki, döş xərçəngindən əməliyyat olunan bacısının əməliyyatı üçün 1200 manat pul alıblar. Onun dediyinə görə, cərrahiyyə şöbəsində hətta tibb bacıları özləri yaxınlaşıb qiymət danışırlar:

- Xəstə üç gündür burda yatır, sanitardan tutmuş tibb bacılarına kimi - birlikdə hər gün 20 manat pul veririk. Verməyəndə də palataya ayaq basmırlar. 4-5 günə xəstəni çıxardacağıq. Adicə mühafizəçi belə pul verməsək, bizi həyətə buraxmır. Xəstəxananın həyətinə maşınla girmək üçün üç manat pul verməlisən. İndi saat beşdən sonra xəstənin yanına çıxacağam, hamısı durub pul gözləyir”.

Reportaja nə ehtiyac, hamı bilir ki...

İlqar Huseynovdan ayrıldıq. Xəstəxananın içində xəstə qohumları ilə söhbət etməyə, səslərini yazmağa imkan vermədiklərindən, həyətə çıxdıq və gəlib-gedənlərə yaxınlaşdıq. Burda müayinə prosedurlarının necə getdiyini öyrənmək istəyirdik. Bu zaman xəstəxana gözətçisi əlimizdəki diktofonu görüb, yaxınlaşdı və qolumdan tutub, mühafizə rəisinin qəbuluna apardı.

Xəstəxananın mühafizə rəisi Hüseyn Məmmədov qəzəblə bildirdi ki, orada vətəndaşlarla söhbət etməyim qeyri-qanunidir, ona görə də xəstəxananı təcili tərk etməliyəm:

- Həkimlərin rüşvət almasını kim bilmir ki? Guya siz bilmirsiz ki, xəstəxanalarda rüşvət var?! Bir də bundan reportaj etməyin nə mənası!? Həkimin maaşı budur, yenidən bunu qaynatmağa nə ehtiyac?

Bunu polisə verin!

İkinci mərtəbədə pilləkənin sol tərəfində yerləşən Qəbul şöbəsinin müdiri mühafizə rəisinə məni polisə təhvil verməsi haqda göstəriş verdi. Bu zaman mühafizə rəisi çantamdan tutdu, məni hansısa otağa aparıb, nəyisə aktlaşdırmaq istədiyini bildirdi.
Amma nail olmadı.


Hələ onu da bilmirik ki...

Xəstəxana həyətinə giriş qapısında danışdığım valideynlər də problemlərdən danışdılar. Lalə Cəfərova qızının qaraciyərində problem olduğunu dedi. Ondan Respublika Xəstəxanasında qaraciyərin rentgeni üçün 20 manat pul istəyiblər. Dərmanları da çox bahalı olduğundan, almağa gücü çatmayıb. Həkim isə ona “pulun yoxdursa, çıxıb gedə bilərsən” deyib.

İndi Lalə Cəfərova ümidini İrandakı həkimlərə bağlayıb. Həm həkimlərə inam baxımından, həm də qiymətlərin daha münasib olmasından qızının müalicəsini orda davam etdirəcək:

- Bu ölkədə yaşayırıq, amma müalicə almaq üçün qonşu dövlətə gedirik. Dövlət xəstəxanasının özəllərdən fərqi qalmayıb. Hələ onu da bilmirik ki, sabah o dərmanları alıb içsək, sağalacağıq, ya öləcəyik. Bu gün Azərbaycan səhiyyəsində rüşvət və etibarsızlıq var.


80 faiz narazıdır

Qeyd edək ki, “Azərbaycan səhiyyəsinin vəziyyəti sizi qane edirmi?” sualı ilə keçirdiyimiz video-sorğuda 50 nəfərdən 40-ı səhiyyədəki rüşvət hallarından və həkimlərin qeyri-professionallığından narazılıq etdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    14-01-2014, 15:43

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    10-01-2014, 16:16

  • 
  • Bakı Sağlamlıq Mərkəzində həkimlərin rüsvayçı fırıldaqları

    Bakı Sağlamlıq Mərkəzində həkimlərin rüsvayçı ...

    12-04-2015, 12:42

  • 
  • Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub

    Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub ...

    21-12-2013, 11:49

  • 
  • Mərkəzi Neftçilər Xəstəxanasında “pul tələsi”

    Mərkəzi Neftçilər Xəstəxanasında “pul tələsi” ...

    26-11-2013, 22:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu