Lənkərandakı bazasında “Sumqayıt”la görüşə hazırlaşan “Xəzər Lənkəran” dünən saat 18:00-da günün ikinci məşqinə çıxıb.
Vətənindən geri dönən çalışdırıcı Con Toşak hazırlığa özü nəzarət etdi və məşqin başlanğıcında ənənəvi toplantı zamanı komandamızın futbolçuları baş məşçqiyə başsağlığı veriblər. Yağmurlu hava şəraitində keçən məşqi klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da kənardan izləyib.
Komandamızın məşqindən sonra isə klub rəhbərliyi baş məşqçi Con Toşakla görüşərək qarşıda həlli vacib olan problemləri birgə müzakirə edəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?