GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə yaxalanıb (FOTO)

Bakıda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə yaxalanıb (FOTO)

Tarix: 15-01-2014, 14:02 Bölmə :Ölkə Baxış: 659
 Bakıda Çin vətəndaşlarından ibarət kibercinayətkar dəstə yaxalanıb (FOTO)
Daxili işlər orqanları kibercinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər.

İstintaq araşdırmaları nəticəsində məlum olub ki, 2013-cü ilin yay aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd göstəriblər. Onlar Nərimanov rayonunun Təbriz küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomat aparatlarına gizli videokameralar yerləşdiriblər. Bu yolla müştərilərə məxsus kartların PİN kodları öyrənilib. Bankomatların kart oxuyucu hissəsinə isə xüsusi hazırlanmış “skimmer” qurğusu quraşdırılıb. Onlar bu üsulla müştərilərin bank kartlarındakı maqnit xəttində saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər. Qrup üzvləri saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən 3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar. Lakin bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, PİN kodu öyrənilib. Saxlanılan şəxslər bildiriblər ki, kart məlumatları tam öyrənildikdən sonra Çin Xalq Respublikasına qayıdaraq müştərilərin hesabındakı pulları asanlıqla mənimsəyəcəklərmiş. Beləliklə, ilkin mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin hesabındakı 24 539 manat pul gizli yolla talanmalı imiş. Lakin Nərimanov polisinin xüsusi peşəkarlıqla həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı alınıb.

Saxlanılan şəxslərin qaldığı Nərimanov rayonu ərazisindəki “Ariva” mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, “skimmer” aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar. Fakta bağlı Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, bu istiqamətdə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın bank sektoruna yönəlmiş cinayətin qarşısını alındı - FOTO

    Azərbaycanın bank sektoruna yönəlmiş cinayətin ...

    3-03-2014, 15:53

  • 
  • 3 nəfərdən ibarət cinayətkar dəstə tutuldu

    3 nəfərdən ibarət cinayətkar dəstə tutuldu ...

    4-12-2015, 18:34

  • 
  • Azərbaycanda adam ogurlugunun üstü açıldı

    Azərbaycanda adam ogurlugunun üstü açıldı ...

    3-06-2013, 17:17

  • 
  • Maskalı qarətçilərin əməllərinin təfərrüatları

    Maskalı qarətçilərin əməllərinin təfərrüatları ...

    6-09-2014, 13:42

  • 
  • Azərbaycanda iş adamını soydular - 24 min dollar, 14 min AZN, 262 min rubl

    Azərbaycanda iş adamını soydular - 24 min dollar, ...

    16-09-2013, 13:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu