Dünən Xaçmaz rayonunun Qımıl kəndi ərazisində 1000-dək at və eşşək cəsədi aşkar edilib. Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa və sosiska istehsalında istifadə edilir. Xüsusəndə iddialara görə, mənşəyi məlum olmayan ət məhsulları qeyri-leqal yollarla fəaliyyət göstərən sexlərdə istehsal edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı AzVision.az-a açıqlamasında paytaxtda at və eşşək ətindən məhsullar hazırlayan sexlərin olduğunu deyib.
“Biz də dəfələrlə sexlərdə monitorinqlər aparmışıq. Həmin kolbasa sexlərinə qızıl və platin səviyyəli qida təhlükəsizliyi nişanlarını vermişik. Lakin regionda 20-yə qədər kolbasa sexləri var. Onlar heç də bu tələblərə uyğun deyillər. İstisna olunmur ki, həmin kiçik sexlərdə bu cür təhlükəli ətlərdən istifadə olunur, amma ki, həmin sexlərin adalrı məlum deyil. Bilmirik ki, başqa sexlərdə hansı ətlərdən istifadə olunur”.
Birlik sədri həmçinin bildirib ki, belə sexlərdə açıq şəkildə monitorinqlər aparılmır : “Belə sexlər var. Amma həmin sexlərdə monitorinqləri müəyyən etmək çətindir. Çünki həmin monitorinqlər gizli aparılıır. Bununla bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir, dövlət qurumları bu sahədə ciddi işləməlidir. Biz tərkibi məlum olmayan ətlərin regionlardan Bakıya gətirildiyi barədə dəfələrlə dövlət orqanlarına xəbərdarlıq etmişik, amma nəticə yoxdur”.
E.Hüseynov sexlərdə yenidən araşdırmaların aparılacağını deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?