GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kolbasa sexləri ilə bağlı qorxunc faktlar...

Kolbasa sexləri ilə bağlı qorxunc faktlar...

Tarix: 29-01-2014, 13:48 Bölmə :Ölkə Baxış: 1 084
 Kolbasa sexləri ilə bağlı qorxunc faktlar...
Artıq on ildən çoxdur ki, Bakının bir çox mərkəzi bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə dana əti adı altında çox vaxt camış əti satılır. Bunu başa düşmək üçün ətdən başı çıxan adamın sadəcə baxması da kifayətdir - camış əti dana əti ilə müqayisədə nisbətən ağ olur. Alıcılar əslində camış əti yediklərini bilməsələr də, aldıqları maldan çox razı qalırlar, dadına alışdıqları ət həmişə təzə olur. Satıcılar isə ətin halal və təhlükəsiz olmasına ürəkdən and içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyrlar və orada malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar nəzarəti aparıldığına əmindirlər.

ANS PRESS-in araşdırması da təsdiqləyir ki, Bakı platosunun şimal-şərqində yerləşən həmin iri sallaqxanada kəsilən malların 70%-dən çoxu camış olur və peşə jarqonu ilə “Kürdəmir əti” kimi tanınan bu məhsul qəssablar arasında çox populyardır. Bəzi məhəllə qəssabları hətta özləri 80-100 kiloqramlıq bir dana kəsirlər və onun gözünə 40 kiloqram da “Kürdəmir əti” qatıb satırlar. Qazancları da az olmur - kiloqramını 5 manatdan götürdükləri əti 8 manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində 100-120 manat əlavə pul götürürlər.

Belə insafdan kənar üsulla qazanılan pulu, təbii ki, halal saymaq olmaz, çünki istehlakçının aldadılması yolu ilə əldə edilir. Amma bununla belə, son günlərdə yayılan xəbərlər göstərir ki, hazır ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları istehal edən sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında satanları az qala günahsız mələk saymaq olar. Bu cür “qəssab”ların kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da at, eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz rayonun Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və eşşək sümüyü bunun bariz sübutudur.



Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssislərinin fikrincə, həmin at və eşşəklərin əti, böyük ehtimalla, emal müəssisələrinə aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar həkim Fizuli Qurbanov ANS PRESS-ə bildirib ki, həmin atlar və eşşəklər kəsildiklən sonra ətlərinin tam çıxarıldığı aşkar edilib. “Bu, onu göstərir ki, ətlər bazara yox, emal müəssisələrinə aparılıb, yəni kolbasa, sosis və s. kimi ət məsullarının istehsalında işlədilib”,- deyə Fizuli Qurbanov vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı qeyri-rəsmi kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil. Bu günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək sümükləri də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət məhsullarının satış ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ rayonunda da ətin sümükdən peşəkarlar tərəfindən ayrıldığını bildirirlər. Yəni həmin ətin qida sektoruna yönəldildiyi açıqca görünür.

ANS PRESS-in araşdırmasına görə, Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində tapılmış onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska istehsalına yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər il minlərlə at və eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə göndərilir. Bunu statistika ilə sübut etmək olar. Statistikaya görə, Azərbaycanda 76 min at və 44 min eşşək var. Adətən at və eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan əhalisi atı və eşşəyi sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən kimi onunla vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc sayılır. Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin öldüyünü gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonar harasa yox olurlar.



Yəni hər il orta hesabla 7 min at və 4 min eşşək bu cür yox edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir neçə il qabağa qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi işbazlar gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at əti idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük ehtimalla həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət emalı sexlərinə yönəldilir. Yəni bir atın orta hesabla 200 kiloqrama qədər ət verdiyi nəzərə alınarsa, bu üsulla il ərzində 1500 tona yaxın at və eşşək ətinin kolbasa sexlərinə verildiyini güman etmək olar. Bu, 2012-ci ildə Azərbaycanda toplam istehsal edilmiş kolbasa məmulatlarına təxminən bərabərdir. Statistikaya görə, inişil ölkədə 1543,8 min ton kolbasa istehsal edilib ki, bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi rayonunun, 61,5 tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb.

Şirkətlər kolbasa məmulatlarının ətdən ucuzluğunu Hindistandan gətirilən ucuz sümüksüz ətlə izah edirlər. Düzdür, 2012-ci ildə Hindistandan 3,5 min ton sümüksüz camış əti gətirilib. Amma onun kiloqramını Hindistanda təxminən 2 dollara verirlər. Digər xərclər nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata düşür. Yerlərdən alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha olmur, məsələn 200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat ödəyirlər. Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq evlərinə verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal hiss etmək olur. Həm də ANS PRESS-in araşdırmasına görə, at və eşşək ətinin bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa sexlərinə verilir. Rəqəmlər bu durumda ölkədə istehsal edilən kolbasa məmulatlarının təxminən yarısının at və eşşək ətindən istehsal edildiyini güman etməyə imkan verir.



Əslində at ətinin qidada istifadə edilməsində böyük qəbahət yoxdur, Orta Asiyanın əksər türk respublikalarında at əti yeyilir. Həm də 1-2 illik cavan atların əti dietik sayılır və qara ciyər xəstəliklərinin dərmanıdır. Lakin Azərbaycanda kəsilən atların yaşı 10-15-i keçdiyinə görə onların əti bu özəlliklərə malik deyil. Həm də digər türk xalqlarından fərqli olaraq oğuz türkləri, yəni türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən at əti yeməyiblər. Türkmənistanda hətta ata qida məqsədi ilə kəsmək cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə məkruhdur. Burada ən təhlükəli məqam isə həmin ətlərin normal sanitariya şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan kəsilməsindədir. Yəni haramlığı bir yana, bu cür gizli kəsilən ətlər istehlak bazarına çox dəhşətli xəstəliklər bəxş edə bilər.

Elə bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da, qanunvericiliyə görə, heyvan kəsimə getməzdən qabaq mütləq həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk növbədə bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: “Yəni yerli baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə baytarı bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb, hansı vaksinalar və dərmanlar vurulub. Əgər heyvana vaksina vurulubsa, onu kəsmək olmaz, müəyyən müddət keçməlidir. Çünki vaksina əslində müəyyən xəstəliklərin virusudur. Məsələn, heyvana qara yara peyvəndi edilibsə, 10 gün kəsmək olmaz; zərdabı vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini vurulubsa, heyvanı 21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda xəstəliyə qarşı immunitet yaranır və həmin virusları yox edir”,- deyə DBX təmsilçisi vurğulayır.



Yəni baytar heyvanın kəsimə yararlı olması barədə diri halda baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra heyvanı kəsim məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli məqam akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən sonra isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı toxumalar, içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir ki, Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə kimi iri şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq ekspertiza laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən ətlərin vəziyyətinə az-çox nəzarət etmək olur. Amma ən qarışıq vəziyyət regionlardadır.

Son 20 ildə bu sahədə vəziyyət xeyli çətinləşib - heyvan sayı artıb, baytar həkimlərin sayı isə dəfələrlə azalıb. Məsələn, ölkə üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda buynuzlu mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox baytar həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu isə kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7 milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real artım isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi Azərbaycanın regionlarında fəaliyyət göstərən həkim sayı isə 1000-dən çox deyil. Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir ki, onun da praktiki olaraq bütün heyvanlara nəzarət etməsi mümkün deyil. Yəni normal baytar nəzarəti göstərilməsi üçün kiçik və orta kəndlərin hər birində bir baytar həkim, böyük kəndlərdə isə 2 və ya 3 baytar həkim ştatı açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və kəndlərdən elə də fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə dövlət ştatında olan baytar sayı 5 mini keçməlidir. Yəni indi Şəmkir kimi iri bir rayonda cəmi 20 baytar həkim var ki, onların kəsilən bütün ətlərə, kəsimə gedən bütün heyvanlara nəzarət etməsi fiziki cəhətdən mümkün deyil.

DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, Azərbaycanda bu sayda baytar həkim var, yəni ştatlar açılarsa, onları kadrla təmin etmək çətin olmaz. “Beynəlxalq Epizodik Büronun xüsusi qrupu araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və rayonlarda toplam 5 minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar ştatı açarsa, təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək olar”,- deyə təcrübəli baytar vurğulayır.



Lakin burada vacib olan başqa bir məqam heyvanların birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan andan birka vurularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib çıxması mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə olduğunu ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən qaramal üçün pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər heyvanlar barədə bütün məlumatlar mərkəzləşmiş bazada topdanır. Bstənilən baytar birka nömrəsi ilə ölkənin istnilən yerindən internetə girərək heyvan barədə məlumat ala bilir. Yəni belə olan halda xəstə və vaksinləşdirilmiş heyvanın kəsimə verilməsi də qeyri-mümkün olur. “Bu sahədə bizdə də beynəlxalq təşkilatlarla layihələr aparılır. Artıq bütün cins atların nömrəsi var, xaricdən gətirilmiş mallara da nömrə vurulur. İndi bütün heyvanların birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu dövlət vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da güclənəcək, at və eşşəklərin, murdar və xəstə ətlərin istehlak bazarına girməsinin qarşısı alınacaq”, - deyə Fizuli Qurbanov bildirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda insanlara  at əti yedizdirənlər aşkarlandı

    Azərbaycanda insanlara at əti yedizdirənlər ...

    22-06-2013, 01:02

  • 
  • Dönərxanalara at əti satan dəstə yaxalandı- Video

    Dönərxanalara at əti satan dəstə yaxalandı- Video ...

    14-07-2013, 19:21

  • 
  • Eşşək əti satanlar gizləniblər

    Eşşək əti satanlar gizləniblər ...

    2-07-2013, 15:13

  • 
  • Qəssabdan aldığı ət evdə evdə şok etdi - Video

    Qəssabdan aldığı ət evdə evdə şok etdi - Video ...

    1-07-2015, 18:47

  • 
  • Bakı dönərxanalarında leş alveri – Gizli səs yazısı

    Bakı dönərxanalarında leş alveri – Gizli səs ...

    18-04-2016, 23:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu