Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunun Montin qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Montin bazarında yerləşən ət dükanında qəssab işləyən şəxs öldürülüb. Belə ki, qəssab səhər dükanın qapısını açarkən arxadan qatilin hücumuna məruz qalıb. Qatil əlindəki balta ilə qəssabın başına zərbələr endirilib.
Bu hadisə bağlı məlumatın tam dəqiqləşdirilməsi üçün araşdırmalar davam etdirilir. Yeni məlumatlar əldə edildikdən sonra hadisə ilə bağlı daha müfəssəl məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?