“Rusiya iqtisadi böhrana baxmayaraq müdafiə xərclərini artıracaq”.
gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın hərbi sənaye komissiyasının rəis müavini Oleq Boçkarev deyib. Rusiyanın gələn il üçün nəzərdə tutulan hərbi xərclərinin iqtisadi vəziyyətdən asılı olmayaraq tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Bonn Beynəlxalq Mərkəzi Konversiyasının bu il üçün nəzərdə tutulan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri siyahısında Rusiya ilk onluqda yer alıb.
Rusiyada iqtisadi böhran yaşansa da, ölkənin müdafiə xərcləri artan istiqamətdə irəliləyir və ölkənin yüksək rütbəli məmurları xərclərin daha da artacağını tez-tez dilə gətirirlər.
Rusiya Müdafiə naziri Sergey Şoyqu dizayn, yeni araşdırmalar, testlər və silahların inkişaf etdirilməsi ilə əlaqədar olaraq 2014-cü il büdcəsi üçün ötən ilə nisbətən 25 faiz daha çox pul xərcləndiyini açıqlayıb.
Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov 2014-cü ildə müdafiə xərclərinin ötən ilə nisbətən 30 faiz artdığını, bu rəqəmin 2015-ci ildə 20 faiz olacağını, 2017-ci ildə isə artımın 40 faizə çıxacağını bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə jurnalistlər üçün təşkil edilən mətbuat konfransında Rusiyanın hərbi xərclərinin 2015-ci ildə 50 milyard dollar civarında olacağını, Pentaqonun isə bu sahəyə Rusiyadan 10 qat çox - 585 milyard dollar pul xərcləyəcəyini açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?