Kürdəmir rayonunda Mollakənd-Axtaçı avtomobil yolunun tikintisinə başlanılsa da, hazırda bu istiqamətdə işlər heç də ürəkaçan deyil. Səbəb isə ayrılan dövlət vəsaitinin mənimsənilməsidir. Qeyd edək ki, uzunluğu 28 km olan yolun tikintisi üçün dövlət büdcəsindən 7.4 mln. manat vəsait ayrılıb. 2012-ci il martın 7-də prezident İlham Əliyevin imzaladığı sərəncamla yolun yenidən qurulması üçün indiyədək ayrılan vəsaitlər mənimsənildiyindən yol hələ də hazır deyil. Redaksiyamıza yerli sakinlərin verdiyi məlumata görə, hazırda yola cəmi bir qat asfalt vurulub. Bəzi yerlərdə isə köhnə asfalta belə dəyilmir, yalnız yamaq vurulmaqla işlərini bitmiş hesab edirlər. Bu yolun üstündə yerləşən kəndlərin sakinlərini narahat edən digər məqam isə kənd camaatının yaşadığı narahatlıqdır. Uzun müddət davam edən tikinti, daha doğrusu yolun bəzi hissələrinin dağıdılaraq, həmin vəziyyətdə saxlanması gediş-gəlişi də çətinləşdirib. Sakinlər bildirir ki, tikintinin bitməməsi yerli icra hakimiyyəti ilə yol tikintisini həyata keçirən şirkətin əlbir işinin nəticədir. Əziyyət çəkənlər yerli əhali, itirən isə həm də dövlət büdcəsidir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?