“Bizim broylerdə Taleh adlı şəxs ümumiyyətlə yoxdur və bu hadisə başqa bir quşçuluq fermasında baş verib”.
Bu sözləri “Axar.az”a “Şəfa” broylerin səlahiyyətli şəxsi Vaqif Hüseynov bildirdi. “Bizdə Taleh Tağıyev adında elə bir şəxs yoxdur. Bunu sizə əminliklə deyə bilərəm. Aldığımız məlumata görə, bu, başqa quşçuluq fabrikində baş verib, Şəfa broylerdə deyil. Bu, yanlış məlumatdır. Allaha şükür, bizdə hər şey qaydasındadır”. Xatırladaq ki, mətbuatda şirkətin müdiri Taleh Tağıyevin Gürcüstan vətəndaşı Ramiz Mustafayevin idarə etdiyi “Mersedes” markalı avtomobili arxaya verərkən divara sıxılaraq yerindəcə öldüyü xəbəri yayılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?