Prezident Administrasiyası ilə Nazirlər Kabineti birləşdirilir. Bu barədə əldə edilən məlumata görə, artıq bununla bağlı işlər başa çatmaq üzrədir. Söhbət ondan gedir ki, Nazirlər Kabinetindən Prezident Administrasiyasına dəhliz salınır.
NK-nın işçiləri və orada oturan kabinet üzvləri Prezident Administrasiyasına bu dəhlizlə gedib-gələcəklər. Görülən işlər bir müddət sonra başa çatacaq və dəhliz istifadəyə veriləcək.
Bu barədə məlumat verən şəxsin sözlərinə görə, bu iş hələ Elçibəy hakimiyyəti dövründə başlanıbmış. Amma hakimiyyət dəyişdiyindən yarımçıq qalıb. Ötən il isə hakimiyyət yenidən bu məsələyə qayıdıb və əsası Elçibəy hakimiyyəti dönəmində qoyulan dəhliz işini başa çatdırmağı zəruri sayıb (Musavat).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?