Ermənistanın Nəqliyyat Nazirliyi rusiyalı həmkarlarına "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində Avrasiya İqtisadi Birliyindən gələn maşınlar üçün ayrıca dəhliz yaratmağı təklif edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın nəqliyyat nazirinin birinci müavini Artur Arakelyan bildirib.
Layihə çərçivəsində hazırkı yolun genişlənəcəyi, yaxud yolda xüsusi zolağın ayrılacağına dair suala Arakelyan cavabında təkliflərin hələlik müzakirə olunduğunu bildirib: "Seçim zamanı relyefin mürəkkəbliyi də nəzərə alınacaq".
"Bildiyiniz kimi Gürcüstan-Rusiya sərhədindəki yol iki dağın arasından axan çayın sahili boyunca uzanır. Qışda orada vəziyyət çox çətinləşir, yazda və payızda da vəziyyət mürəkkəb olur. Biz ərazini tədqiq edib təkliflərimizi təqdim etdik. Düşünürəm ki, qərar tezliklə veriləcək. Dəqiq vaxtı deyə bilmərəm, çünki ərazi Rusiyanındır və qərarı da onlar verməlidir", - deyə Arakelyan bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?