Rayon polis şöbəsinin rəisi Vaqif MüslümovunYeni İl Sərgüzəştləri
İmişli şəhərinin bazar və dükanlarında 23 dekabr tarixindən yeni ilin gəlişi münasibəti ilə qeyri-adi canlanma müşahidə edilməkdədir. Belə ki, yeni ilin gəlişi ərəfəsində ilin sonuncu ayının və bayram tədbirləri üçün qonaq-qara yola salınması məqsədi ilə İmişli RPŞ-nin rəisi “qoçularını” şəhərin canına salmışdır. V.Müslümov İmişli rayonunda kiçik biznes və bir sıra qadağan edilmiş malların hesablarının alınmasına İmişli RPŞ-nin axtarış istintaq bölməsinin rəisi İlqar Süleymanovu məsul etmişdir. Böyük idarə, müəssisə və karxana rəhbərləri ilə isə bir başa özü alış-veriş edir. Çox güman etmək olar ki, İlqar Süleymanov yığılan vəsaitləri əsas obyektə doğru-düzgün çatdırmadığından rəis onun işindən narazı qalmışdır. Bunu da qeyd edək ki, İ.Süleymanov Bakı şəhərindən ev almaq məqsədi ilə hündür “göydələnlərin” birində mənzil üçün 45000(qırx beş min) manat avans vermişdir. Mənzil almaq istədiyi şirkətin rəhbərləri bir mənzili üç və ya daha artıq şəxsə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Tikinti şirkətinin rəbəri Adil Tağıyev barəsində cinayət işi başlanılmış və iş məhkəmə araşdırma istintaqındadır. Qeyd etmək istəyirəm ki, Adil Tağıyev İmişli RPŞ-nin sabiq rəis müavini, hal-hazırda Kürdəmir rayon polis şöbəsinin rəis müavini işləyən Aqil Tağıyevin böyük qardaşıdır. Məhz Aqil Tağıyevlə İlqar Süleymanovun birlikdə İmişli RPŞ-də birgə işləməsinin nəticəsi olaraq, İ.Süleymanova 45000(qırx beş min)manat pulun atılmasına Adil Tağıyev üçün imkan yaranmışdır. İlqar Süleymanovun ən azından maddi ziyanlığını başa düşərək Vaqif Müslümov onun yığdığı hesabın hesabını düzgün vermədiyi üçün bağışlamalı və ciddinə getməməlidi. İlqar Süleymanovun Biləsuvar rayon polis şöbəsində işlədiyi dövr və hal-hazırda keçirdiyi həyat tərzi barədə nöbəti yazıların birində ətraflı söhbət açacağıq. İmişli rayonunda son iki ay ərzində baş verən oğurluq hadisələri, narkomanlıq və narkobaronluğun ifrat dərəcəyə çatması, hətta narkotik maddələrin alverinin məktəblərə nüfuz etməsi ara-bir təsadüfi satıcının və istifadəçinin İmişli RPŞ-nin əməkdaşlarının əlinə keçməsi və s. kimi xoşagəlməz hallar da V.Müslümovun cibinin şişməsinə xidmət edir. Oğru da , nakobaron da , xırda satıcı da , istifadəçi də razılaşmadan sonra açıq fəaliyyətə başlayır, necə deyərlər : “Rəisi gör kənddi çap !” İmişli RPŞ-nin rəisi V.Müslümov barədə mətbuatda gedən tənqidi reallığa sökənən yazılmış yazılar oxuculara təqdim edildikdən sonra rəis bildirib ki, “hə nə olsun. Yazsınlar də, Prezidentdən də, Baş prokurordan da , cənab Nazirdən də , Ramiz Mehdiyevdən də və hətta Vilyam Hacıyevdən də yazırlar.” söyləmişdir. V.Müslümovun adını çəkdiyi şəxslərə diqqət yetirin və fikirləşin. Bu adam özünü kimlərə oxşatmaq istəyir. Üzü yuxarıdan aşağa vəzifə sahiblərini sadalayır və İmişli RİH-nin başçısı V.Hacıyevə çatanda isə “hətta” sözünü vurğulayır. Beləliklə, rəis belə bir təəssürat yaradır ki, V.Hacıyev digər adları sadalanan vəzifə sahiblərindən daha səlahiyyətlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?