“Korrupsiya ilə bağlı müraciətlər azalsa da, şikayətlər axını dayanmayıb”. bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib:
“2012-ci ildə İdarəyə 495 müraciət daxil olubsa, 2013-cü ildə bu rəqəm 350-yə çatıb. Ümumən rüşvətlə bağlı müraciətlərin sayı azalıb. Bununla belə, məmur özbaşınalığı ilə əlaqədar şikayətlər daha çoxdur. Həmin müraciətlər aidiyyətli idarələrin rəhbərlərinə göndərilib”.
K. Əliyev qeyd edib ki, səhiyyə sahəsində qanunsuzluqlara dair İdarəyə 286 müraciət daxil olub ki, onlar da səhiyyə nazirinin diqqətinə çatdırılıb: “72 tibb işçisi intizam məsuliyyətinə cəlb olunub, 23 tibb işçisinə xəbərdarlıq, 39 tibb işçisinə töhmət verilib. 3 nəfər isə işdən azad olunub”.
İdarə rəisi qeyd edib ki, sosial müdafiə sahəsində islahatlar aparılsa da, bu sahədə şikayətlərin daxilolma faizi azalmayıb: “2013-cü ildə DİN sahəsində şikayətlərə görə 5 cinayət işi açılıb və 42 polis işçisi cəzalandırılıb”.
K. Əliyevin sözlərinə görə, 2012-ci ildə 170 cinayət işi məhkəmələrə göndərilib, ötən il isə 367 şəxs barəsində 201 cinayət işi məhkəmələrə verilib.
Bank sektorunda 38 nəfər barəsində – 18 iş, əmlak məsələləri ilə bağlı 2 şəxs barəsində – 1 iş, yerli icra hakimiyyəti orqanlarında 8 şəxs barəsində – 6 iş , sənaye sahəsində 22 şəxs barəsində – 14 iş, Təhsil Nazirliyində 5 şəxs barəsində – 14 iş, Mədəniyyət və Turizm Nazirliyində 1 şəxs barəsində – 1 iş, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 1 şəxs barəsində – 1 iş, Nəqliyyat Nazirliyində 5 şəxs barəsində – 2 iş, Ekologiya Nazirliyində 9 şəxs barəsində – 6 iş, Kənd Təsərrüfatı Nazirliyində 3 şəxs barəsində – 2 iş, ticarət sahəsində 18 şəxs barəsində – 17 iş, Dövlət Xəritəçəkmə və Torpaq Komitəsində 3 şəxs barəsində – 2 iş, iqtisadi sahədə 12 şəxs barəsində – 7 iş, prokurorluq orqanlarında 1 nəfər, polis orqanında 1, ədliyyədə – 2, Fövqəladə Hallar Nazirliyində 4 nəfər barəsində cinayət işi açılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?