GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İt ətindən dərman düzəldənlər

İt ətindən dərman düzəldənlər

Tarix: 17-01-2014, 15:56 Bölmə :Ölkə Baxış: 1 530
İt ətindən dərman düzəldənlər
Bu dünyada Koreya adlı bir dövlət var. Hər bir kəs şimali və cənubi Koreyanın varlığından xəbərdardır. Amma keçmiş SSRİ ərazisində də bu xalqın nümayəndələri yaşayıblar. Vaxtilə Koreyada, Uzaq Şərqdə yaşamış və müharibə zamanı Orta Asiyaya deportasiya edilmiş koreyalılar. Onların əksəriyyəti məhv olmuşdu, çünki həyat şəraiti olmayan çöllü-biyabana sürgün olunmuşdular. Yalnız yerli şəraitə uyğunlaşanlar xilas oldular və Sovetlər ölkəsinin tamhüquqlu vətəndaşına çevrildilər.

Uzun müddət koreyalılarla yanaşı yaşayarkən mən bu xalqı yaxından tanımişdım və onların mətbəxini sevirdim. Koreyalılar çox zəhmətkeşdilər. Mərkəzi Asiyada onlar əsasən düyü, soğan və qarpız əkirdilər. Yazdan payızadək əkin sahələrində günün altında ağır şəraitdə işləyirdilər. Məhsul yığımından sonra istirahət edir, şən və dəbdəbəli toylar çaldırırdılar.

Koreyalılar şən və səmimi insanlardır, onlar bayramlarda rus xalq mahnılarını oxumağı sevirdilər. Mən həmişə onların "yad" mahnıları belə həvəslə oxumalarına heyrətlənirdim.

Koreyalıların gözəl və zövqlə geyinmələri həmişə Özbəkistanda yaşayan digər xalqların diqqətini çəkirdi. Əkin sahələrində onlar başqalarından seçilmirdilər. İş mövsümü başa çatan zaman bəzəkli qadınları tanımaq olmurdu. Onlar bərbərə gedir, yeni paltar tikir, ya da yaxşı tikilmiş geyimlər alırdılar.

Koreyalılar yeni ili fevralda qeyd edirlər. Lakin onlar ümumi yeni ili, köhnə yeni ili və şərq təqvimiylə öz yeni illərini də təmtəraqla qarşılayırdlar. Onlar sürgündə çox illər yaşasalar da, adət-ənənələrini, bayramlarını və dillərini unutmurdular. Hərçənd, tarixi vətənləriylə ünsiyyət qurmadıqlarından dil transformasiyaya məruz qalmışdı, bununla belə, onlar həmişə əsillərinin hardan gəldiklərini unutmurdular.

Onların dəfn mərasimi bizim üçün qeyri-adi idi, çünki koreyalılar mərhumun bütün əşyalarını – köhnəli-yenili - hətta pulunu da yandırırlar. Onlarda valideyn günü adlanan xüsusi tarix var. Həmin gün adamlar ən yaxşı yeməklərdən götürüb qəbiristanlığa gedir və bu yeməkləri orada qoyurlar.

Koreyalılar uşağın bir yaşının tamam olmasını da təmtəraqla qeyd edirlər. Adətən, bu mərasim çoxlu sayda qonaqla restoranda baş tutur. Uşağa çoxlu hədiyyələr verirlər. Koreyalıların gələcəkdə uşağın hansı sənət sahibi olacağını müəyyən etmək kimi maraqlı ənənələri də var. Uşağın qarşısına müxtəlif əşyalar - düyü, qələm, kitab, qaşıq, bel və s. qoyurlar. Uşaq nəyi götürərsə, deməli, o sahəylə məşğul olacaq anlamını da verir.

Tez-tez koreyalı dostlarımın bayramında olur və onların təamlarını dadmaqdan zövq alıram. Axı Koreya mətbəxi sağlam və balanslıdır.

Sovet dövründə dəniz məhsullarını tapmaq çətin idi, buna görə də koreyalılar bir çox yerli məhsulu mətbəxlərinə uyğunlaşdırıblar. Koreyalılar tərəvəz olmadan yaşaya bilməzlər və onlar həm təzə, həm də duzlu tərəvəzlərdən istifadə etməklə müxtəlif salatlar hazırlayırlar. Həmçinin onlar paxla və dənli bitkilərdən istifadə edirlər, düyü bu sırada birincidir.

Koreyalılar ədviyyatları çox sevirlər. Bu sıraya qırmızı acı bibər, qara istiot, zirə, qurudulub döyülmüş kişniş, sirkə, soya sousu və duz daxildir.

Tofu soya pendirini koreyalılar həmişə süfrələrindən əksik etməyiblər. Onu ya qovurur, ya da sadəcə soya sousuna töküb çörək və tərəvəz salatları ilə yeyirlər.

Quru lobyanı döyüb un alırlar, sonra lobya nişastasından dadlı jele hazılayırlar.

Koreyalılar yeməklərini qırmızı çili bibəri olmadan təsəvvür etmirlər. Onu, əlbəttə ki, şirniyyat istisna olmaqla, demək olar, bütün yeməklərə əlavə edirlər. Buna görə də yeməklərin çoxu qırmızı-narıncı rəngdədir. Koreyalılar qırmızı bibər yeməyə elə vərdişkardırlar ki, digər (Avropa) yeməklər onlara dadsız görünür. Koreya dilində "dadlı" və "kəskin acı" anlayışları sinonimdir.

Koreya mətbəxində hər hansı bir yemək soya sousu olmadan təqdim edilə bilməz. Maye halda olan soya sousundan başqa, soya pastası "tyay" da var. Maye sousu şorbaya, buxarda bişmiş pirojkilərin üzərinə əlavə etmək, qatı pastanı isə ət, toyuq, tərəvəz qızardılan tavaya tökmək olar, bu yeməyə zərif dad verir.

Koreyalılar yeməklərində sarımsaqdan da istifadə edirlər. Onu nazik doğrayıb salata tökür, üzərinə qaynar bitki yağı əlavə edirlər.

Koreyada yaşayanlar keşnişin quru toxumlarından istifadə etmirlər. Lakin Mərkəzi Asiyadakı koreyalılar həmişə bu ədviyyatdan yararlanırlar.

Koreyalıların mağazada satılan buğda çörəyindən başqa öz hazırladıqları çörəklərdən də istifadə edirlər. Bu, duzsuz qaynadılmış düyüdən olan çörəkdir. O, əsas yemək hesab olunur. Onu isti-isti, amma səliqəylə masanın ortasında yerləşdirilmiş böyük boşqaba qoyurlar. Koreyalılar şorba, salat və ya ət yeyən zaman bu düyünü onların içinə əlavə edirlər. Bu çörək "pabi" adlanır.

Bayramlarda bərk, yapışqanlı düyüdən çətin hazırlanan "Oladyi" bişirirlər. Bu kiçik şirin kətələr – “Çempeni " sıxılmış yapışqanlı düyüdən hazırlanır. Çox zaman onların ortasını moruğu işarəylə bəzəyirlər. Onların qiyməti bahadır.

Koreyalılar öz yemək vərdişləri var. Onlar it ət yeyirlər. Heyvanları xüsusi yetişdirib bəsləyirlər. Damazlıq itləri yemirlər, əsasən küçə itlərinin ətinə üstünlük verirlər. İt ətinin şorbası "kyadya" adlanır. Bu, çox bahalı yeməkdir, belə ki, onu bayramda və ya xüsusi hallarda yeyirlər. Koreyalılar düşünürlər ki, it şorbası soyuqdəymənin qarşısını alır, it piyi isə vərəmdən müalicə edir. İt piyini südə qatıb acqarnına içirlər. Özbəkistanda bununla digər millətlərin nümayəndələrini də müalicə edirlər.

Koreyalıların şorbaları çox müxtəlifdir. Onlar müxtəlif ət, tərəvəz, ədviyyatlar və s. istifadə olunur. "Mukityamuri" - donuz əti və soya pastası ilə yaşıl turpdan, "Megityamuri" mal əti və soya sousu ilə dəniz kələmindən hazırlanır.

Özbəkistanın bütün sakinlərinin ən məşhur yeməyi "kuksi"dir. Bu, buğda unundan hazırlanan əriştə şorbasıdır. Boşqaba əriştə qoyur, üzərinə bulyon əlavə edir, üstünə qaynadılmış mal əti və kələm, kök, turpdan hazırlanan salat yerləşdirir və qızarmış küncüt səpirlər. Zövqə görə hərə soya sousu və sirkə əlavə edə bilərlər.

Bir çoxları düyü unundan hazırlanmış şüşə əriştələr barədə eşidiblər. Koreya dilində bu, "funçoza" adlanır. Onu bişirmirlər, üzərinə qaynar su tökür, sonra qızarmış tərəvəz və ədviyyatın üzərinə əlavə olunur, bitki yağı, tərəvəz, soya sousu ilə qarışdırılır və əla qəlyanaltı ortaya çıxır.

Koreyalılar əvvəlcədən üzərinə çoxlu sirkə və bitki yağı tökülərək marinadlaşdırılmış çiy balığı (“he”) sevirlər. Onun da içərisinə çoxlu acı bibər əlavə olunur.

Salatlarını saymaqla qurtarmaz. Əllərinə düşən tərəvəzdən (çuğundur, maş, kələm, xiyar, lobya, ispanaq, balqabaq və s.) salat hazırlayırlar. Morkovça – kök salatı, kadiça – badımcan salatı, çimça – marinadlaşdırılan çin kələmi, kimça – turp salatdır, ümumiyyətlə yerli dildə “ça” salat anlamına gəlir.

Qurudulmuş gicitkən salatı bahalı və dadlıdır. Onu yuyur, uzun-uzun doğrayır, qızardılmış soğan və ədviyyatlarla (qırmızı bibər, soya sousu, qurudulmuş keşniş toxumu, sarımsaq, duz və qara bibər) qovururlar. Gicitkən dadına görə əti xatırladır.

İndi Özbəkistandan və koreyalılardan min kilometrlərlə uzaqda yaşayarkən belə onların mətbəxini unutmuram. Hər gün bizim masada təzə tərəvəzlərdən salat olur. Yeməyə soya sousu əlavə edərkən, mən bizə düzgün və dadlı qidalanmağı öyrədən koreyalıları mehribanlıqla xatırlayıram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

    Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi ...

    11-01-2016, 13:56

  • 
  • Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə gətirdi

    Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə ...

    4-03-2016, 11:45

  • 
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Dünya yeni müharibə astanasında

    Dünya yeni müharibə astanasında ...

    18-04-2013, 10:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu