GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda sonsuzluğu “müalicə edən” fırıldaqçı klinikalar

Bakıda sonsuzluğu “müalicə edən” fırıldaqçı klinikalar

Tarix: 20-01-2014, 13:41 Bölmə :Ölkə Baxış: 1 402
Bakıda sonsuzluğu “müalicə edən” fırıldaqçı klinikalar
Ölkədə böyük fırıldaq şəbəkəsi ifşa olundu

Və ya öz ölkəsində burun-boğaz həkimi olan əcnəbilər azərbaycanlı ailələrə necə övlad “bəxş edir”...

-Dedilər ki, sənə yalnız türkiyəli həkim Öndər Tulumbaci kömək edə biləcək. Bu, mənim son şansımdır. Həyat yoldaşım altı ay vaxt verib. Budəfəki müalicənin də nəticəsi olmasa, məndən ayrılacaq.
-Neçə ildir müalicə alırsınız ki?
-9 ildir müalicə alıram. Biri deyir övladının olmaması genetik faktorla bağlıdır. O biri deyir səndə kişi hormonları qadın hormonlarından çoxdur. Başqası da infeksiya nəticəsində uşağımızın olmadığını bildirir...
Bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində “HB Güven” klinikasının qarşısında səbirsizliklə növbə gözləyən 27 yaşlı Bakı sakini Gülnarə Məmmədova deyib.
Sonsuzluq problemi ilə üzləşən gənc qadın söyləyir ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib. Buna görə də indi nə reklamlara, nə də tərifi dillər əzbəri olan mütəxəssislərə inanmır. Gülnarə Məmmədova bizim “bəs Öndər Tulumbacı, onu haradan tanıyırsınız” sualımıza “televiziyada görmüşük” deyə cavab verir.

...Və 9 ildir övlad həsrəti çəkən cütlük az sonra bu həkimin qəbulundan da gözüyaşlı çıxır.
Sonsuz ailələr statistikada Azərbaycanda sonsuz ailələrin dəqiq statistikası aparılmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 7784 ailə boşanıb ki, onlardan 4634-nün uşağı olmayıb.
2010-cu ildə boşanan 9061 cütlüyün 5527-si övlad sahibi ola bilməyib. 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb. Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür. Qəribədir ki, ölkəmizdə övlad həsrəti çəkən ailələrin sayının artımı ilə sonsuzluğu müalicə edən klinika və “mütəxəssislərin” artımı düz mütənasibdir. Hər iki proses eyni sürətlə gedir. Bu isə onu göstərir ki, ailələrin övlad istəyi bəzi klinikaların əsas qazanc mənbəyinə çevrilib. Mexanizm də çox sadədir: “xaricdən gələn filan məşhur həkim filan klinikada” məzmunlu yalançı reklamlarla müştəri yığırsan, adi fırıldaqçılıqla pul qazanırsan...
Virtualaz.org saytının əməkdaşları mətbuatda, xüsusən də TV-lərdə gen-bol reklam edilən özəl klinikalarda sonsuzluğun müalicəsi adı altında baş verənləri araşdırıb. Məlum olub ki, azərbaycanlı xəstələrə “yüksək səviyyəli xarici mütəxəssis” kimi sırınan əcnəbi həkimləri öz ölkələrində heç tanıyan yoxdur. Öz ölkələrində burun-boğaz, uşaq həkimi işləyənlər Azərbaycana gələndən sonar isə mama-ginekoloq kimi sonsuz qadınlara övlad bəxş etmək “istedadına” yiyələniblər.

“HB Güven” klinikasında qiymətlər

Başlayaq “HB Güven” klinikasından. Bu klinika daha çox türkiyəli həkim Öndər Tulumbaci ilə reklam olunur. Reklamlarda deyilənlərə inansaq, Ö.Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Bu həkimin qəbuluna düşməyin qiyməti 40 manatdır. Özü də Ö.Tulumbacinin qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidilər.
Klinikada növbə gözləyən Bakı şəhər sakini Elnarə Quliyevanın sözlərinə görə, Ö.Tulumbaci həm də süni mayalanma üzrə mütəxəssisdir: “Əgər özü xəstəyə kömək edə bilmirsə, ya Türkiyəyə, ya da Kiprə göndərir”.
Ö.Tulumbacinin müayinə etdiyi xəstələrlə söhbətimizdən məlum oldu ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə 120-200 manat xərcləyiblər.

Sonsuz ailələrin daha çox müraciət etdiyi əcnəbi mütəxəssislərin çalışdığı klinikalardan biri də “FİN-Azərbaycan” klinikasıdır. Reklamlarda deyildiyi kimi, sonsuz ailələr bu klinikaya müraciət edərək talelərini Finlandiyadan gələn həkimlərə etibar edirlər.

Daha bir klinika - “Ava Skandinaviya” özəl tibb müəssisəsinin də sonsuzluğu müalicə etdiyi deyilir. Klinika daha çox internetdə reklam edilir. Yazılanlara inansaq, klinikanın baş həkimi Heli Efendi Avropada (Finlandiyada) lisenziya alıb, pediatriya və anesteziologiya sahələri üzrə ixtisaslaşıb. Amma həkimin fəaliyyət sahəsi çoxşaxəlidir. O, həm də mama- ginekoloqdur. Reklam mətnlərində deyilir ki, “analoqu olmayan istedad sahibi olan bu həkim uşaq həkimi və mama-ginekoloq kimi ağır ginekoloji xəstəliklərin kompleks müalicəsi ilə məşğul olmaqla yanaşı yüksək səviyyədə hamiləliyin planlı nəzarətini aparır, dölün morfoloji quruluşunu qiymətləndirir”.

“Sonsuzlara laçın kimi uşaq verən “Laçın””...

“...Biz bu uşağı “Laçın” klinikasının zəhməti hesabına əldə etdik. Sağ olsun “Laçın” klinikasının həkimlərini...”Əksər telefiziya verilişlərinə, maraqlıdır ki, özü də şou proqramlarına sponsorluq edən “Laçın” klinikasının reklam roliklərində qucağında körpə olan qadınları tez-tez görmək olar. Onlar uşağın dünyaya gəlməsində “Laçın” klinikasının böyük zəhmət çəkdiyini söyləyirlər.
“...7 ildir ki, ailə qurmuşam, övladım olmurdu. Televiziyada verilişə baxdıqdan sonra Bakıya gəlməyi qərara aldım. Burada 10 günlük müalicə kursu keçdikdən 2 ay sonra hamilə olduğumu biləndə çox sevindim...” Bu reklamdan belə bəlli olur ki, “Laçın” klinikası möcüzələrə qadirdir. Hərçənd ki, “Laçın”da bu möcüzələri yaradan həkim-mütəxəssis öz ölkəsində burun-boğaz-qulaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Bu barədə bir qədər sonra...
Hələlik isə oxucularımızı “Laçın” klinikasına xəstə kimi etdiyimiz müraciətin nəticələri və ondan alınan təəssüratlarla tanış edək.
Əməkdaşlarımızdan biri klinikada sonsuz adı ilə ginekoloji müayinədən keçib. Digər əməkdaşımızın isə həyat yoldaşına aspermiya diaqnozu qoyulub. Həkim-mütəxəssislər bilirlər ki, aspermiya diaqnozu qoyulan kişilərdə uşağın olması əsla mümkün deyil.
“Laçın” klinikasının qeydiyyat otağından bizi İrandan gələn doktor Behnam Kazıminin köməkçilərinin yanına göndərirlər. Şikayətimiz dinləniləndən sonra bu sətirlərin müəllifini ginekoloqun müayinəsinə göndərirlər. Ginekoloq isə şikayətimizi dinləyəndən sonra ultrasəs müayinəsini, qanın analizlərini, o cümlədən estradiol, testesteron, prolaktin, FSN, Ln və daha bir sürü analizlərin verilməsini məsləhət görür. Üstəlik klinikada olan aparatların möcüzələr yaratdığını, sonsuzlara övlad bəxş edildiyini uzun-uzun anladır.
Bəlli olur ki, həkimin təyin etdiyi analizlərə nə az, nə çox - 150 manata yaxın pul tələb olunur.
Möcüzələr yaradan aparatlar haqqında məlumat öyrənmək istəyirik. Müayinəyə gələn qadınların əksəriyyəti müalicənin aparatlarla təyin edildiyini bildirir. Amma nə həkimdən, nə də bu aparatdan istifadə edən qadınlardan avadanlıqların nəyi müalicə etdiyinə dair dolğun məlumat əldə edə bilmirik.
Qəribədir ki, hər kəsin “aparat” dediyi avadanlıq haqqında telefonda da əlavə məlumat verilmir. Yəni özün istifadə etməyənəcən “aparat” deyilən möcüzənin nəyə yaradığından xəbərsiz olursan.
Keçək həyat yoldaşı “xəstə” olan digər əməkdaşımızın aldığı cavaba. Həkim qadını kişinin hərtərəfli müayinəsindən sonra ata olmaq şansının olmasına inandırır: “Bizim klinikaya gələrək təkrar müayinələrdən keçsin. Ola bilər ki, zəifliyi yaradan səbəbləri aydınlaşdırandan sonra müalicənin köməyi olsun. Tam sonsuz kişilərin müalicəsi də bəzən effekt verir”.
Təkrar müayinələr demişkən, bu müayinələr 200-250 manata başa gəlir. Əgər müalicə kursuna başlanılsa, bunun üçün dərmanların qiyməti də daxil olmaqla 200-500 manat verilməlidir. “Tutsa qatıq, tutmasa ayran” prinsipi ilə müalicədən sonra ailənin pulu ilə birgə ümidi də məhv olur...

Nəzərə çatdıraq ki, sonsuzluğun yeganə əlacı kimi reklam edilən “Laçın” klinikasında hələlik süni mayalanma həyata keçirilmir. Lakin sonsuzluğun müalicəsi üçün müraciət edənlərə yaxın günlərdə klinikada süni mayalanmanın da aparılacağı bildirilməklə gözləməyi tövsiyə edirlər.
Qeyd edək ki, reklamlardan tanıdığımız doktor Behnam Kazımi daha çox övlad sahibi olmaq istəyən kişiləri müalicə edir. Amma Kazımi öz ölkəsində - İranda burun-boğaz həkimi kimi tanınır. Əməkdaşımız Təbrizdəki “Behrud” klinikasında olarkən həkimlər ona doktor Kazıminin burun-boğaz üzrə mütəxəssis olduğunu deyiblər.
Yəni Azərbaycan yeganə ölkədir ki, burada burun-boğaz xəstəliklərini ginekoloq, ginekoloji xəstəlikləri stamotoloq, diş ağrısını qastroloq, böyrəkləri travmatoloq müayinə-müalicə edir. Başqa sözlə, sükansız maşının sərnişinləriyik...

Məşhur Canpolad həkim kimdir?

Sonsuzluğu və kişi zəifliyini müalicə edən həkimlərdən söz düşmüşkən, reklam “ulduz”larından biri olan Canpolad İmanovu unutmaq olmaz. Baxmayaraq ki, bu həkim mətbuatın tez-tez tənqid hədəfində olur.
Reklamda deyilənlərə inasaq, C.İmanovun rəhbərlik etdiyi 1-2 kabinetdən ibarət klinikada 12 androloji aparat var və bu aparatlar düzgün diaqnoz qoyub müalicə aparmağa xidmət edir. Xaricdən gətirilmiş və əcnəbi mütəxəssislər tərəfindən quraşdırılmış bu aparatları işlədənlər isə yerli həkimlərdir. Məhz həmin aparatların köməyi ilə hüceyrə səviyyəsində diaqnostika aparılır, infeksiyaların mənbəyinə nüfuz edilir. Diaqnoz qoyulduqdan sonra aparatların köməyi ilə 20-21 seans ərzində müalicə aparılır.
Canpolad İmanovun aparatları o qədər “möcüzəvidir” ki, müalicə seansı xəstəyə bəzən 500-1000 manata başa gəlir.Bu arada Azərbaycan kişisinin zəifliyi, qadınların ginekologi problemləri ilə məşğul olan mütəxəssislər arasında “Hind” klinikası da var. Klinikanın reklamında Azərbaycan dilində güclə danışan hindli kişi ilə qadın sanki əzbərlədiyi şüarı səsləndirirmiş kimi “Artıq Azərbaycanda cinsi zəifliyə son” deyirlər. Belə görüntü yaranır ki, Azərbaycanda cinsi zəiflik sanki epidemiya halını alıb və xaricdən mütəxəssislər axışaraq bu epidemiyanın qarşısını almağa çalışırlar. Biabırçılıqdır...
Yeri gəlmişkən, ölkənin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri, professor Nəsib Quliyev müsahibələrinin birində özəl klinikaları sərt tənqid etmişdi. Baş pediatrın dediyi kimi, xarici ölkələrdə klinikalar yatırdığı sərmayədən 20-25 ildən sonra qazanc götürə bilir. Azərbaycanda isə klinikalar fəaliyyətə başlayan kimi reklamlar çəkdirir, şou verilişlərinin sponsoru olur, müğənnilərə klip çəkilişinə pul ayırır. Bu isə onu göstərir ki, klinikaların əksəriyyəti yalnız pul qazanmağa, bu sahədəki boşluqlardan yararlanmağa çalışır və buna nail olur da. Belə olmasaydı, 500-ə yaxın özəl klinikanın fəaliyyətindən sonra dərdimizə xarici ölkələrdə şəfa axtarmazdıq. Yeri gəlib, bunu da deyək. Azərbaycandakı özəl klinikaların əksəriyyətinin sahibi məmurlar və deputatlardır.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində özəl klinikaların fəaliyyətinə nəzarət edəcək, bir qədər də aydın danışsaq, səhiyyə sistemini ağ xalat altında gizlənmiş qəssab və fırıldaqçılardan təmizləyəcək yeni qurum yaradılıb. Gözləyək görək bu qurum nə edəcək, onun fəaliyyəti “qısır” olmayacaq ki...

N.KƏRİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu da oldu: kişi dərisindən sperma hazırlandı

    Bu da oldu: kişi dərisindən sperma hazırlandı ...

    6-05-2014, 09:55

  • 
  • DİN Bakıda özəl klinikalara qarşı əməliyyat keçirib (FOTO)

    DİN Bakıda özəl klinikalara qarşı əməliyyat ...

    6-08-2013, 11:17

  • 
  • Kişi əkiz uşaq doğdu

    Kişi əkiz uşaq doğdu ...

    31-01-2015, 22:46

  • 
  • Boğaz ağrısından xilas olmanın yolu

    Boğaz ağrısından xilas olmanın yolu ...

    7-01-2016, 20:25

  • 
  • Azərbaycanda 3000-dən çox uşaq cinsi əlaqə olmadan doğulub

    Azərbaycanda 3000-dən çox uşaq cinsi əlaqə ...

    3-10-2013, 00:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu