GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda 3000-dən çox uşaq cinsi əlaqə olmadan doğulub

Azərbaycanda 3000-dən çox uşaq cinsi əlaqə olmadan doğulub

Tarix: 3-10-2013, 00:05 Bölmə :Ölkə Baxış: 1 825
Azərbaycanda 3000-dən çox uşaq cinsi əlaqə olmadan doğulub


Belə bir deyim var: hər kəs ömrü boyu 3 şeyi etməlidir-ev tikməli, ağac əkməli və nəsil artırmalıdır. Hər bir yeni ailə quran cütlüyün əsas arzusu valideyn məsuliyyətini yaşamaq, övlad sahibi olmaqdır. Bəzi hallarda hansısa səbəbdən bu arzu gerçəkləşmir. Bütün dünyada, o cümlədən Azərbaycanda kişi və qadın sonsuzluğu getdikcə intensivləşir. Bunu rəsmi statistika da təsdiqləyir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatları göstərib ki, sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən bütün dünyada 80 milyon insanın sonsuzluqdan əziyyət çəkdiyi qeydə alınıb. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır. ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir.

Rəsmi statistikaya görə, Azərbaycanda hər pozulan nikahların təxminən 5 mini sonsuzluqdan əziyyət çəkən ailələrin payına düşür.

Həkimlər sonsuzluğun 2 yerə (qadın və kişi sonsuzluğu) ayrıldığını deyirlər. Tibbi müəssisələrdən əldə etdiyimiz məlumatlara görə, son illər Azərbaycanda kişi sonsuzluğu ilə yanaşı, qadın sonsuzluğu da artmaqdadır.
Dünyada ailələrin övladsızlığının 30-50 faizi, Azərbaycanda isə 40-50 faizi kişilərlə bağlıdır.

Rəsmi statistikaya görə, Azərbaycanda hər il 14-29 yaşda olan gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı xeyli çoxalıb. Son üç ildə belə xəstələrin sayı 50 min nəfərdən çox olub. Azərbaycanlı kişilər arasında prostat vəzinin xəstəlikləri də çoxalıb ki, bu da cinsi fəaliyyəti zəiflədən səbəblər sırasına daxildir. Gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinin artması sonsuzluğu artıran faktorlardan biridir.

Sonsuzluq problemini araşdıran həkim Elmira Hüseyovanın sözlərinə görə, hazırda sonsuzluğun əsas səbəbi infeksiyalardır. O, Azərbaycanda kişi sonsuzluğuna səbəb olan infeksiyaların artdığını deyib. Tibbi təhlillərə görə, Azərbaycanda sonsuzluqla bağlı müalicə müəssisələrinə müraciət edən hər 100 pasiyentdən 80-də infeksiyalar aşkar olunur. Ümumilikdə isə kişi pasiyentlərin 52,2 faizində sonsuzluğa infeksiyaların səbəb olduğu müəyyənləşdirilib. Mütəxəssis bildirir ki, xarici ölkələrə gediş-gəlişin artması infeksiyaların çoxalmasına səbəb olan əsas amillərdəndir.

Mütəxəssislərin hesablamalarına görə, kişi sonsuzluğunun nə az, nə zox 16 səbəbi var. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun məlumatına görə, ölkəmizdə kişi sonsuzluğunun artmasının əsas səbəbi infeksiyalarla yanaşı, stress, müharibə şəraiti, endokrin və genetik amillər, ekoloji və sosial vəziyyət, qohumların ailə qurması, düzgün qidalanmama, siqaret, içki, narkotik maddələrə aludəçilikdir.

Araşdırmalar onu da göstərib ki, Azərbaycanda sadalanan amillər həm də impotensiyaya səbəb olub və hazırda kişilərdə cinsi zəiflik problemi geniş yayılıb. “Sadəcə, çoxları bunu aşıb-ağartmaqdan utanır. Seksual pozulmaları olan kişilərə, oğlanlara buna görə vaxtında həkimə müraciət etməyi məsləhət görürəm”-deyə həkim E.Hüseynova qeyd edib.

Hazırda Azərbaycanda sonsuzluq xəstəliyinin müalicəsilə müxtəlif tibb müəssisələrində məşğul olurlar. Amma belə müalicələr heç də həmişə yaxşı nəticələnmir.

Bəs daha hansı çıxış yolları var? Bəzi həkimlər bu suala “süni mayalanma” deyə cavab verirlər.

Beləliklə, təbii yolla övlad sahibi ola bilməyənlər ailələr sonda süni mayalanma yolu ilə övlad sahibi olmağa qərar verirlər. Onu da qeyd edək ki, dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayı 2 milyondan çoxdur. Son illərə kimi Azərbaycanda 3000-dən çox uşaq süni mayalanma yolu ilə doğulub.

Mərkəzi Klinik Xəstəxananın Qadın Mərkəzinin müdiri Mahirə İsmayılova Modern.az saytına bildirib ki, hər 6 ailədən 1-də sonsuzluq var. Əgər Azərbaycanda 2 milyon ailə varsa, onların təqribən 300 mini, başqa sözlə 15 faizi sonsuzluqdan əziyyət çəkir. Bu təqribi rəqəmlər dünya statistikasından götürülüb.

Mərkəz müdirinin sözlərinə görə, son illər süni mayalanmaya müraciət edən azərbaycanlı ailələrin sayı 4-5 dəfə artıb. Mərkəzi Klinik Xəstəxanada ay ərzində 40-45 ailəyə süni mayalanma tətbiq olunduğunu deyən Mahirə İsmayılova bu üsulla valideyn olanların 10 faizinin əkiz uşaqlar dünyaya gətirdiyini deyir.

“İlk dəfə süni mayalanma 2004-cü ildə həyata keçirilib. Həmin illərlə müqayisədə süni mayalanma üçün müraciət edənlərin sayı 4-5 dəfə artıb. Bu müalicə üsulu effektli olduğundan müraciət edənlərin sayı çoxdur. Süni mayalanma dünyanın bütün ölkələrində bahalı proses olduğundan, Azərbaycanda isə qismən ucuz başa gəldiyindən müraciətlərin sayı artıb. İl ərzində süni mayalanma ilə doğulan uşaqların sayı da artıb. Amma bu üsulun alınma şansı 100% deyil”.

Mahirə İsmayılova deyib süni mayalanma ilə hamiləliyin alınma şansı son bir ildə 58% təşkil edir.

”Bu üsulla hamilə qalanların 35%-i ana olur. Yəni hər ay süni mayalanma tətbiq edilən 45 ailədən 35%-i valideyn olmaq imkanı qazanır. Süni mayalanma zamanı əkizlərin və üçəmlərin doğulma sayı üstünlük təşkil edir, amma belə anaların 10 faizi əkizlər dünyaya gətirir. Çinsiyyət sifarişinə gəldikdə isə oğlan uşağı sifariş edənlər daha çox üstünlük təşkil edir. Amma onu da deyim ki, qız istəyənlərin sayı elə də az deyil”.

Onu da qeyd edək ki, bu gün Azərbaycana ən ucuz süni mayalanma həyata keçirən Mərkəzi Klinik Xəstəxanadır. Belə ki, süni mayalanma üçün müraciət edən ailələrin təqribən 5000-7000 manat, hətta bəzən daha çox xərci çıxır.

Bakı Baş Səhiyyə İdarəsindən əldə etdiyimiz məlumata görə, son illər bu qurumda 3 yaşınadək uşağı övladlığa götürmək üçün növbədə dayanan şəxslər arasında sonsuzlar da az deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan kənar doğulub

    Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan ...

    27-12-2013, 17:12

  • 
  • SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır

    SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır ...

    30-01-2014, 16:39

  • 
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Azərbaycanda dəhşətli boşanma tendensiyası

    Azərbaycanda dəhşətli boşanma tendensiyası ...

    15-01-2014, 22:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu