Bu gün Bakıdakı İslam Səfərli küçəsi, mənzil 59 ünvanında yaşayan 20 yaşlı İsa Şahmarlı özünü asaraq intihar edib. Hadisə yerinə çağırılan təcili yardım briqadası İsa Şahmarlını xilas edə bilməyib.
Hadisədən öncə özünü sosial şəbəkələrdə Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) adlı təşkilatın sədri kimi təqdim edən İsa Şahmarlı homoseksual olub. O, intihar etməzdən əvvəl “Facebook” sosial şəbəkəsindəki səhifəsində belə bir status yazıb:
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli 59. qapını açıq qoyuram. Anama deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?