Bakının Dənizkənarı Milli Parkında noyabrın 16-dan itkin düşən tələbə Asim Məmmədovun meyidinin şəkili sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub. Bu müzakirələrdə bir qism tələbənin döyülərək öldürüldükdən sonra suya atıldığını iddia edir. Meyiti dənizdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 9 gün sonra çıxarıblar. Xatırladaq ki, Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, "Facebook” şəbəkəsində belə bir status da yazıb: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədov "Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınıb. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?