Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb. Çıxış edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin azlığından şikayətlənib.
O qeyd edib ki, bələdiyyələrə diqqətin az olması onun inkişafına mane olur: “Kinoya, seriallara xeyli pul ayrılır, bələdiyyənin kino qədər hörməti yoxdur. Maliyyə Nazirliyi əsas gətirir ki, büdcənin bələdiyyə qarşısında öhdəliyi yoxdur. Bəs kino, serial qarşısında öhdəliyi var? Mən kinonun inkişafının əleyhinə deyiləm, amma bələdiyyə sektoruna da maliyyə ayrılması baxımından önəm verilməlidir”.
Qüdrət Həsənquliyev müzakirələrdə Bakı Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edib. O qeyd edib ki, bu, beynəlxalq təşkilatların da tövsiyəsidir.
Deputat Fazil Mustafa isə təklif edib ki, bələdiyyələrin inkişafı üçün Bakı, Gəncə, Sumqayıt və Naxçıvan kimi iri şəhərlərdə şəhər bələdiyyəsinə seçkilər olsun.
Fəzail Ağamalı, Çingiz Qənizadə və digər deputatlar da çıxış edərək təkliflər irəli sürüblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?