Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış təqaüdçü diplomat, araşdırmaçı-yazar Turqut Ər məşhur “Azadlıqdan tiranlığa” kitabında yer alan bir məqama düşəliş edib. Kitabda 1993-ci ilin aprel ayında Moskvada keçmiş prezident Əbülfəz Elçibəy iqtidarını devirməyə yönəlik toplantıda Etibar Məmmədovun da iştirak etdiyi əksini tapıb. Ancaq müəllif bu istiqamətdə araşdırmalarını davam etdirərkən bunun doğru məlumat olmadığını aşkarlayıb.
Bununla bağlı məyusluğunu ifadə edən Turqut Ər “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, 2010-ci ildə nəşr olunan “Azadlıqdan tiranlığa” kitabımda bir sənədə yer verdim. Bu sənəddə Azərbaycan xalqının səsi ilə demokratik qaydada prezident seçilən Əbülfəz Elçibəy iqtidarını devirib, Heydər Əliyevi prezident etmək üçün 1993-cü ilin aprelində Moskvada bir yığıncaq keçirildiyi yer alır. Bu yığıncaqda iştirak edənlərin içində Milli İstiqlal Partiyasının o zamankı sədri Etibar Məmmədovun da olduğu kitabda əksini tapıb. Kitab nəşr olunduqdan sonra apardığım araşdırmalar zamanı isə Etibar Məmmədovun o toplantıya qatılmadığını müəyyən etdim. O məlumatın kitabda yer alması bir tərcümə səhvindən qaynaqlanıb. Amma o toplantı olub və orada iştirak edənlər kimi kitabda adı çəkilən başqaları ilə bağlı məqam doğrudur. Buraxılan səhvə görə Etibar Məmmədovdan üzr istəyir və bunu səhv məlumat almasını istəmədiyim Azərbaycan xalqının diqqətinə çatdırıram.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?