Toksikologiya mütəxəssisi Sevil Atasoy yeni çıxan kitabında Turqut Özalın ekshumasiyası barədə yazıb
Toksikologiya mütəxəssisi, İstanbul universiteti Məhkəmə tibbi ekspertizasının sabiq rəhbəri, professor Sevil Atasoy 2 həftə əvvəl satışa çıxan “Yerin altında mələklər, yerin üstündə şeytanlar” kitabında sabiq prezident Turqut Özalın qəbrinin ekshumasiyası barədə şok məlumatlara yer verib. Professorun iddialarına görə, qəbirdə mərhum Turqut Özalın başı bədənindən ayrılıbmış.
“2 oktyabr 2012-ci il saat 12.30. O anda vaxt dayandı. O gün, o anda orada olanlar məzarın yanında dayanıb aşağıya doğru əyildilər. Orada olanlar o günə qədər belə bir şeyi nə görmüş, nə də eşitmişdi. Çünki qaranlığın içi ağzına qədər suyla dolmuşdu. “Ölçək” dedilər, su biraz hərəkətə gəldi. “Dərinlik 1 metr 50 cm”. Sudan nümunə götürdülər. “Kameralardan ikisini bağlayın, fasilə veririk”. İş dayanırıldı. Bir neçə növbətçi qoyub dağılışdılar. 20 dəqiqədən sonra azan oxundu. Qəbrin yanından ayrılmayanlar olduqları yerdə dua oxudular”.
Atasoy bildirir ki, qəbrin içinə suyun hardan axdığını və meyitə necə təsir etdiyini Allahdan başqa heç kim bilməz: “Doğrusu heç kim suyla qarşılaşacağını düşünməmişdi. Dincəlmək məqsədiylə verilən günorta fasiləsində hamının ağlında sadəcə bir sual var idi. Qəbrin içinə su hardan axmışdı? Torpaqdanmı sızmışdı? Yağış suyundanmı gəlmişdi? Nə vaxtdan bəri orda var idi? Dilə gətirməyə cəsarət etməsələr də, cavabını Allahdan başqa heç kimin bilməyəcəyi ortaq sualları var idi: “Su meyitə necə təsir edib?”
Özalın nəşinin suyun üstünə çıxdığını deyən Atasoy kitabda bədənin üstündə baş olmadığını yazıb: “Fasilədən sonra taxtaları götürüb işə başlayarkən saat 14.00-ə doğru gözlənilməz bir vəziyyətlə qarşılaşdılar. Suyun üzərində bir cisim var idi. İlk anda əmin olmasalar da, üzən cism mərhumun bədəni idi. Vəfatından 19 il, 5 ay, 16 gün sonra məzardan sadəcə sümüklərin çıxması gözlənilsə də, bədənin çıxmasına çaşmamaq mümkün deyildi. Suyu boşaltmaq üçün nasos gətirdilər. Borunun ağzına süzgəc keçirib suyu yavaş-yavaş boşaltmağa başladılar. Bir ara dayanaraq bədəni bayıra çıxardılar, suyu boşaltmağa davam etdilər. O vaxta qədər ki, bir qarış dərinlikdə palçığa batmış kəllə sümüyü ilə xırda sümüklər göründü”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?