GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovun zülmündən aclıq aksiyası başlayır - (Video)

Ziya Məmmədovun zülmündən aclıq aksiyası başlayır - (Video)

Tarix: 25-01-2014, 01:31 Bölmə :Ölkə Baxış: 797
Ziya Məmmədovun zülmündən aclıq aksiyası başlayır - (Video)
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azaldılmasıdır.

Yanvar ayının 11-dən başlayan bələdçi etirazları görünür hələ də davam edəcək. Etirazların, dövlət qurumlarına etdikləri müraciətlərin nəticəsiz qaldığını görən bələdçilər sabahdan etibarən aclıq aksiyasına başlamağı qərara alıblar. Bunu bu gün öz problemlərini danışmaq üçün “Yeni Müsavat” qəzetinin qonağı olan bələdçilər deyib. Onların sözlərinə görə, etdikləri müraciətlər, yazdıqları şikayət ərizələrinin nəticəsi yoxdur. Buna görə də 25 yanvardan etibarən aclıq aksiyasına başlayacaqlar.



35 il “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyini deyən Adil Balaxanovun dediklərinə görə, onları qapı-qapı süründürürlər: “Bizim Nazirlər Kabinetinə etdiyimiz müraciətə cavab olaraq bildirdilər ki, yanvarın 28-də Əlirza Süleymanov sizi qəbul edəcək. Bu isə bizi qane etmir. Çünki biz onların özlərindən narazıyıq, onlardan şikayət etmişik. Yenidən onların qəbuluna getməyin heç bir mənası yoxdur axı. Onsuz da şikayətimizin nəticəsi olmayacaq. Prezident Administrasiyasında da eyni vəziyyətdir. Orada da bizə cavab verdilər ki, sizin məktubunuzu qoymuşuq Əli Əsədovun masasının üstünə, hələ ki, heç bir cavab yoxdur. Biz prezidentdən xahiş edirik ki, bizə köməklik etsin. Biz də Azərbaycan vətəndaşıyıq, bu ölkənin övladlarıyıq. Seçkilər zamanı İlham Əliyevə səs vermişik. Bizim ondan başqa müraciət edəcəyimiz bir kimsə qalmayıb. Bu bizdə ilk problem deyil. Məni iki il qabaq haqsız yerə işdən çıxardılar, özümə də heç bir təzminat vermədilər. Səbəbi isə mənim iki il qabaq bələdçilərin maaşlarının az olması və haqlarının taptalanmasına görə etiraz edənlərin sırasında olmam idi. Onların arasında ən çox fəallıq edənlərdən biri idim. Buna görə məni sıxmağa, təzyiq göstərməyə başladılar. Görəndə ki, alınmır, Rəhman Əbişov məni öz otağına çağırdı. Mənə dedi ki, sən çox səs-küy salırsan. Belə getsə səni burdan yola salmalı olacağıq. Mən də dedim ki, mən qanunsuz heç bir iş görmürəm. Haqqımı tələb edirəm. Bundan sonra məni çıxarmaq üçün bir bəhanə axtarmağa başladılar. Bəhanə tapa bilmədikləri üçün, tələ qurdular. Bütün etirazlar sakitləşəndən sonra məni göndərdilər ezamiyyətə. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təmiri üçün məni ora işləməyə göndərdilər. Ezamiyyət isə 10 günlük müddətində idi. Bu on gün ərzində mənə qanunla düşən ezamiyyət pulumu vermədilər. Yolda gərəkən ləvazimatları, kömürü, yemək təlabatlarımı vermədilər. Bunlar bir yana dursun, ezamiyyətdən qayıtdıqdan sonra mənə dedilər ki, hazırlaş saat 6-da bir daha gedirsən. Mən də dedim əgər elədirsə, mənə bir az icazə verin gedib evdən pal-paltar götürüm, bir az pul tapım sonra gedək. Mənə dedilər ki, gedə bilərsən. Yenicə getmişdim ki, mənə zəng vurdular. Dedilər sən yerində niyə yoxsan, öz işini düzgün yerinə yetirmirsən. Məni Rəhman Əbişov otağına çağırıb dedi ki, sən işdən azadsan. 38 il iş stajım var bunun 35 ilini dəmir yolunda çalışmışam. Halal zəhmətimlə, haram yemədən anlımın təri ilə işləmişəm. Mənim yeganə bacardığım iş budur. Mən bu peşəni öz savadımla qazanmışam, əlimdə iki diplomum var. Bu yaşdan sonra gedib fəhləçilik də edə bilmərəm. Nadir Əzməmmədov çıxışında deyir ki, rus dilini bilmirlər. Gətirsin o yeni işçiləri ilə bizi müqaisə eləsin. Görək kimin savadı, kimin dil biliyi daha çoxdur.”



Şikayətçilərdən Mirsahib Sahibovun dediyinə görə, onların şikayətlərinin hara edilməsindən aslı olmayaraq cavab verən eyni adamlar olur: “Azərbaycan Respublikasının elə biri qurumu qalmayıb ki, biz ora müraciət etməyək. Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etmişik. Bundan əlavə milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə və bu kimi dövlət qurumlarına müraciət etmişik. Amma biz başa düşə bilmirik ki, bu müraciətlərimizə Əlyar Muradov niyə cavab verir? Hansı dövlət qurumuna müraciət etməyimizdən aslı olmayaraq cavablar eyni olur: "Sizin şikayətlərinizə Əlyar Muradov cavab verəcək və ya Əlirza Süleymanov". Bizim şikayətlərimiz onsuz da bu insanlardandı, Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov kimi məmurlardan. Şikayət ərizələrimzi yenidən bu insanlara göndərmək bizə heç nə qazandırmır. 1997-ci ilin avqust ayında bizim deponun tərkibində iclas keçirildi. O zamanlar Ziya Məmmədov rəis idi. İclas zamanı Ziya Məmmədov bizə tərif elədi, bizə təşəkkür etdi, qol saatı və pul mükafatı verdi. O zaman yaxşı bələdçi idik, indi pis olduq? Son etirazlarımızdan sonra, qəzetlər bu haqda yazandan sonra, gətirib bizə sabun, süpürgə, tualet kağızı və bir neçə ləvazimat verdilər. Bəs, neçə illərdir bunları niyə bizə vermirdiniz, biz öz cibimizdən almağa məcbur edirdiniz? Bu günkü gündə 11 gün təlim keçən yeni işçiləri xaricə gedən qatarlara buraxırlar amma bizi yox. Bizim haqqımızı niyə tapdalayırlar? Bizi idarəyə çağırıb deyirlər ki, maaşlar artacaq. Bunlar yalançı vədlərdir. İndiki şəraitdə mən illik 2200 manat pul alıram. Hal-hazırdakı vəziyyətdə bu maaşnan ailə saxlamaq olar? Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədov bu qədər maaş alsalar ailə saxlaya bilərlər? Mən 28 ildir bu idarədə işləyirəm. Bu idarə üçün çalışmışam, dizlərimi yerə qoyub köhnə vaqonları təmizləmişəm. İndi də deyirlər sən yaramırsan."



Digər şikayətçilərin dediklərinə görə, onların uzun müddətdir maaşları mənimsənilir: “Sentyabr ayından etibarən bizim əmək haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər 200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə 400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100 manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox iş görürük.”

Daha bir şikayətçinin dediklərinə görə, rəhbərlik tərəfindən ondan hər dəfə nağd şəkildə haqq alınıb. “Mən haqqımı onlara halal eləmirəm. Mənim vəziyyətim pis olub, evimi satmışam, gecə-gündüz işləmişəm çünki pula çox ehtiyacım olub. Mənim oğlum ağır xəstə olub. Mən oğluma görə günlərlə yuxusuz qalmışam ki, onu sağaldım, mən onun üçün yaşayıram. Bu məmurlar isə mənim halal pulumu utanmadan yeyiblər. Məni məcbur ediblər ki, mən oğurluq edim. Qatara biletsiz sərnişin götürüm, onun-bunun yükünü daşıyım ki, oğlumun dava dərmanına pul çatdıra bilim. Əgər onlar mənim maaşımı düzgün versəydilər mən bunu heç vaxt etməzdim. Hələ buna baxmayaraq məndən haqq belə alırdılar.”

Bələdçilərin dediklərinə görə, onları oğurluq etməyə vadar ediblər. “ Səfərə gedərkən bizdən hər dəfə haqq alırdılar. O haqqı almasalar bizi qatara buraxmırdılar. Hətta bir dəfə bizə ezamiyyət pulu vermədikləri üçün mən aclıq aksiyası keçirdim. Bakıdan Xarkova səfərim zamanı mənə nə ezamiyyət pulu, nə yol xərclərimi, nə qatarın xərclərini vermədilər və bu, hər zaman belə idi. Buna etiraz olaraq 5 günlük səfərim zamanı aclıq elan etdim. Sərhəddə qatar rəisi Rəhman Əbişova zəng vurub dedi ki, bələdçi aclıq elan edib. O da cavabına bildirdi ki, verin onu polisə. Mən nə etməli idim, axı mənə pul vermirsən, mən xərclərimi necə ödəməliyəm? Gərək biletsiz sərnişin aparım, nəsə yük aparım gətirim ki, həm qatarın həm də özümün yol xərclərimi ödəyə bilim. Məni bu yolnan oğurluq etməyə vadar edirlər.”



Bələdçilər adı olub özü olmayan qatar təmizləyən qurğulardan danışdılar: “Köhnə qatarları təmizləyən zaman zülm çəkirik. Əslində depoda qatar yuyulması üçün cihazlar var. Amma o cihazlar uzun illərdir çalışmır amma işçiləri var. Məcbur olaraq özümüz təmizləyirik, bizə bu yolnan zülüm edirlər. “Azərbaycan Dəmir Yolları” QSC-də bizim çeklərimiz var. O idarədə bizim payımız var. Bizə edilən zülmlərin səbəblərindən biri də budur. Səhmləri necə olur ki, başqa adamlar alır, axı bu qanunla qadağandır.

Bələdçi Cavanşir Qafarovun dediklərinə görə, rəhbərlik onları təhqir edir: “Əlyar Muradov məni otağına çağırıb dedi ki, gəl sən çəkil bu yoldan. Sənə nə lazımdırsa mən onları təmin edəcəm. İstəsən sənə kabinet işi də verərəm. Sən bu qoyun iyi verən, bələdçilərin yanında durma, onları oyatma. Dedim sizin o qoyun dediyini bələdçilər mənim iş yoldaşlarımdı. Mən onlarla çiyin-çiyinə illərdir işləyirəm. Siz əgər o bələdçilərə bu qədər yuxarıdan baxırsınızsa, deməli siz bütün zəhmətkeş insanlara yuxarıdan baxırsınız. Mən bu yoldan dönən deyiləm, biz haqqımızı alacağıq. Bundan sonra onlar mənə dedilər ki, sən 3-cü qrup Qarabağ əlilisən işə yaramırsan. Məni işdən çıxardılar. Mən də məhkəməyə şikayət etdim və məhkəməni uddum. Yenidən işə bərpa edildim. Bizim heç birimizlə əmək müqaviləsi imzalanmayıb. Ağ vərəqələr gətirdilər ki, imzalayın, biz də imzalamadıq. Biz hardan bilək ki, sonradan o ağ vərəqəyə nə yazacaqlar, bunlardan hər şey gözləmək olar. Bütün bu haqsızlıqlara susmadığımız üçün bizə qarşı belə davranırlar. Bizim şikayətlərimizə baxan olmadı, neçə vaxtdır bizi bir yolnan susdurmağa çalışırlar. Biz susan deyilik, haqqımızı alana qədər də belə olacaq. Sabahdan etibarən biz aclıq aksiyasına başlayırıq. Əgər bizim başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdçilər Prezident Administrasiyasının qarşısında aksiya keçirirlər (FOTO)

    Bələdçilər Prezident Administrasiyasının ...

    13-01-2014, 13:28

  • 
  • İxtisara salınan bələdçilər növbəti aksiyanı keçirdilər

    İxtisara salınan bələdçilər növbəti aksiyanı ...

    24-01-2014, 08:42

  • 
  • Dəmiryolçular etirazlara davam edəcək

    Dəmiryolçular etirazlara davam edəcək ...

    21-01-2014, 16:00

  • 
  • Aksiya keçirən dəmiryolçuların maaşı iki dəfə artırıldı - (Video)

    Aksiya keçirən dəmiryolçuların maaşı iki dəfə ...

    11-01-2014, 01:30

  • 
  • Qatar bələdçiləri aclıq aksiyasına başladı

    Qatar bələdçiləri aclıq aksiyasına başladı ...

    18-01-2014, 11:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu