Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi) dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh adlı bir uşağı girov götürüb.
Musavat.com-un aldığı məlumata görə, dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar.
Tələsik və həyəcanlı vəziyyətdə evə gələn uşaq bütün gördüklərini öz valideynlərinə danışıb. Onun atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Polisin dərhal başlatdığı cinayət-axtarış işlərindən xəbər tutan dəstə üzvləri həmin ailənin evinə gələrək, uşağın ata və anasını buna görə döyüblər.
Nəticədə uşağın valideynləri ciddi xəsarət alıblar. Valehin özünü isə girov götürüblər.
Saytln yerli sakinlərə istinadən məlumatına görə, hazırda axtarış davam edir, yollar patrul nəzarətinə götürülüb.
Virtualaz.org məlumatı dəqiqləşdirmək üşün Xaçmaz Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polis mayoru Rasim Seyfullayev onlarda belə bir məlumatın olmadığını deyib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə virtualaz.org-a bildirib ki, bu yalan məlumatdır: “Elə bir hadisə olmayıb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?