Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.
Avtomobilin sürücüsü C. Bayramlı olub.
***
17.47
APA-nın məlumatına görə, artıq xilasetmə əməliyyatı başa çatıb və axtarış dayandırılıb. FHN əməkdaşları ərazidə əlavə təhlükəsizlik tədbirləri görürlər.
***
17.40
Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA – nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.
Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.
Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib.
***
16.23
Bu saatlarda Bakıda faciə baş verib. Musavat.com-un məlumatına görə, Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Hadisə şahidləri musavat.com-a deyib ki, əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir.
Son məlumat da budur ki, uçqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.
Əməkdaşım Röya Rəfiyavenın verdiyi xəbərə görə, beton plitələr və daşlardan ibarət uçqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər maşınlara yaxınlaşmaq istəyən jurnalistlərə işləmək imkanı yaratmırlar.
Hazırda əvvəl bağlı olan prospekt açılıb.
Müxbirimiz hadisə yerindədir, əlavə məlumatlar və video yayacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?