“Gündəm Xəbər” həmin müraciəti olduğu kimi çoxsaylı oxucularına təqdim edir. Azərbaycan Respublikasının prezidenti, möhtərəm İlham Əliyev cənablarına Surəti: Ədliyyə naziri cənab Fikrət Məmmədova Surəti: Baş prokuror cənab Zakir Qaralova Surəti : Daxili İşlər naziri cənab Ramil Usubova İmişli şəhər Bələdiyyəsinin sədri, S.Vurğun küçəsi 11 saylı evdə yaşayan İsmayılov Mehman Qədir oğlu tərəfindən
Ə R İ Z Ə
Möhətərəm Prezident, cənab baş prokuror və nazir! 03 may 2017-ci il tarixdə , Şirvan şəhər İnzibati- İqtisadi məhkəməsində , keçmiş şəhər Bələdiyyəsinin sədri İftixar Əliyevin iddiası ilə məhkəmə prosesinə qatılmışdıq.Hakim cənab Elxan Əmralıyevə prosesin aparılmasına etiraz etdim , hakim müşavirə otağına getdi , prosesin həmin gün saat 15:00 –a keçirilməsi bildirildi.Məhkəmənin keçirildiyi iclas zalından çıxaraq ərazini şəhər Bələdiyyəsinin işçisi Sənan Uğurliyevlə tərk etdik. Bu zaman keçmiş sədr İftixar Əliyev mənə hücum etdi.Atdiği yumruq zərbələrindən biri sifətimin sağ nahiyyəsindən tutdu.Bizi Sənan Uğurluyev və İftixar Əliyevlə məhkəmə prosesinə qatılmış biznesmen- məmur , İ.Əliyevin dayağı Saleh Səmədovun bacısı oğlu Kərimov Səxavət Möhübbət oğlu , Həsənov Abdulhəsən Rəşid oğlu araladılar. Mən , Şirvan şəhər polis şöbəsinə və tibb ekspertinə müraciət etdim. Ekspert yüngül xəsarət kimi qeyd etdi . İftixar Əliyev İqtisad Məhkəməsinin gedişi zamanı da mənə böhtan atdı . Guya mən Bələdiyyə üzvlərinin saxta protokolu ilə seçilmişəm, onu sədrlikdən uzaqlaşdırmışam. Əvvəla Bələdiyyə üzvlərinin səsverməsi yolu ilə mən sədr seçilmişəm. Protokolun surətini Ədliyyə nazirliyi təsdiq edib. 12 may 2017-ci il Şirvan şəhər polis şöbəsinin təhqiqatçısı , polis leytenantı Aqşin Məmmədlinin15 may 2017-ci il qərarını 23 may 2017-ci il aldım.Qeyd edir ki, “toplanmış materiallar üzrə qəbul edilmiş cinayət işinin başlanması rədd edilmişdir, narazı qaldığınız halda Şirvan şəhər prokuroruna və məhkəməsinə şikayət etmək hüququnuz vardır.”Qərar hissəsində təhqiqatçı o, qədər tələsib ki, Şirvan sözünü irvan kimi yazıb. Təhqiqatçı mənimlə prosesə qatılmış Sənan Uğurliyevə ağ kağıza imza etdirib , sonra isə öz bildiyi kimi İ.Əliyevin müdafiəsinə qalxaraq , yazıb ki, Sənan Uğurliyev guya yazıb ki, İftixar Əliyevlə Mehman İsmayılov arasında mübahisə yaranıb , lakin İftixar Əliyev Mehman İsmayılovu yumruqla vurmamışdır. Uğurliyev Sənan çəhər Bələdiyyəsində vergiər şöbəsinin müdiridir.Təhqiqatçının qərarına baxan kimi bildirdi ki, mən elə söz deməmişəm. Demişəm ki :,İ.Əliyev M.İsmayılovu yumruqla vurub , o, özü- özündən belə uydurub.Mənim fikir-sözümü təhqiqatçı İ.Əliyevin xeyrinə dəyişdirib. Digər “şahidlər” İftixar Əliyevin hamisi məmur biznesmen Saleh Səmədovun bacısı oğlu və yaxın qohumlarıdır.Qeyd edim ki,bu iki şəxs nə qədər hiddətlənib ki, Saleh Mehralı oğlu Səmədov və İftixar Məcid oğlu Əliyev ,İmişli rayon məhkəməsində 17 may 2017-ci il , eyni vaxtda mənə 147? 148? 149-cuCPM-in maddələri ilə məhkəmə baxışı da keçirtdilər. Pulları deyəsən azalıb, hər ikisi məndən məhkəmə yolu ilə 30 min manat “mənəvi” zərər pulu istəyiblər. Bu iki şəxs məni sarsıtmaq üçün bütün yollara əl atıblar. Fiziki zor göstəriblər, məhkəmələrə çəkməklə , şəhər Bələdiyyəsinin işini tormozlayıblar. Hansı ki , Saleh Səmədova məxsus obyektlər şəhər Bələdiyyəsinə bir qəpikdə köçürməyiblər. Bu barədə Prezident Administrasiyasının rəhbəri , möhtərəm Ramiz Mehtiyevə , möhtərəm Ədliyyə nazirinə və başçıya yazdığım şikayəti hansısa yollarla ələ keçirib , məni məhkəməyə çəkməklə psixoloji təzyiqi sarsıntıya məruz qoymaq istəsələr də , mən şəhər Bələdiyyəsinin seçici və üzvlərinin tələblərini yerinə yetirərək şikayət etmiş , mətbuata müraciət belə etməmişəm. Saleh Səmədov iddiasında göstərir ki , Bakı şəhəri H.Əliyev küçəsində 70 saylı evdə yaşayır.Prezident Administrasiyasının sözünü isə , Prezident Aparatının Administrasiyası kimi qeyd edir. Bu məmur – biznesmen , Standartlaşdırma Metrologiya və Patent Regional Aran şöbəsinin direktorunun iddiası belə səhvlərlə doludur və məndən 25 min manat təzminat istəyir. Keçmiş DİN naziri İskəndərHəmidov bir dəfə mətbuatda çıxışında qeyd etmişdi ki : ,”Hara gedirəmsə ,deyirlər ki,bu obyekt Saleh Səmədovundur”. Bu iki şəxs məni Bələdiyyə sədrliyindən kənarlaşdırmaq üçün cızmadığı plan qalmayıb. Şirvan polis şöbəsinin təhqiqatçısı da bunların diqtəsi ilə mənim şikayətimi yalanlamaq yolu seçdi. Möhtərəm Prezident ! Qarantım Prezidentim kimi Sizə və dövlətimin QANUNlarına güvənərək Sizə şikayət edirəm. Mən çox yüksək seçici sayı ilə Bələdiyyə üzvü seçilmiş , 3 aydır ki, sədrəm. Bu iki şəxs anadan əmdiyim südü burnumdan gətirməyi qisas yolu seçiblər. Odur ki, Şirvan RPŞ-nin təhqiqatçısı Aqşin Məmmədlinin ,eləcə də , İmişli məhkəməsində bu iki şəxsin iddialarını nəzarətinizə götürməyinizi xahiş edirəm.Saleh Səmədov nə qədər irəli gedib ki, müstəqil jurnalist ,mənim hüquqlarımı müdafiəyə qalxmış Məhbub Əvəz oğlu Zülfüqarlıya da ,İmişli rayon məhkəməsində iddia qaldırıb.İddianı göndərən hakim nə qədər tələsibsə , hakim Ülvü Qəmbərov məktubun içərisinə Saleh Səmədovun iddia ərizəsini qoymasa da bildirişdə 04 vərəqədə göstərib.Bu iki şəxs mənim bütün yaxınlarımı , müdafiəçilərimi hədəfə götürsə də biz Sizə inanırıq, güvənirik. Dövlətimizi , onun Qanunlarını, xalqı ,seçicilərimizi sevir, onların müdafiəsindəyik. Bu iki şəxsin bir amalı varsa da məni sədrlikdən uzaqlaşdırmaqdır. Mən sədrlik tamahında deyiləm, amma üzvlərimizin seçiminə hörmətlə yanaşıram. Sizdən bir rəsmi şəxs ,seçicilərimin və üzvlərimizin hüquqlarının qoruyucusu kimi Saleh Səmədov və İftixar Əliyevin himayədarlarını durdurmağınızı ulu öndər Heydər Əliyev məktəbinin davamçısı , uğurlu siyasətçi və təmsilçimiz kimi durdurun, xahiş və acizanə rica edirəm ! Sizlərə hörmət və ehtiramla ! İmişli şəhər Bələdiyyəsinin sədri : Mehman Qədir oğlu İsmayılov 24 may 2017-ci il. Mobil tel.(051)328-10-10
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?