GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Daşkəsəndə YAP-ın IX konfransı yüksək ruhla keçirildi

Daşkəsəndə YAP-ın IX konfransı yüksək ruhla keçirildi

Tarix: 2-06-2017, 16:40 Bölmə :Bölgə Baxış: 588
Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


2 iyun 2017-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının IX konfransı keçirildi.Konfransda Milli Məclisin deputatı,YAP siyasi şurasının üzvü Mirkazım Kazımov, Milli Məclisin deputatları Kamran Bayramov,Rövşən Rzayev, Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Qərb bölgəsinin şəhər və rayontəşkilatlarının sədrləri, qonaqlar, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,270 nəfər konfrans nümayəndəsiiştirak edirdilər.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Konfransı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev YAP-ın yaranması və keçdiyi inkişaf tarixindən, o cümlədən də YAP Daşkəsən rayon təşkilatının ötən dövrdən bu günədək gördüyü işlərdən bəhs edən geniş məzmunlu məruzə ilə çıxış etdi. O, məruzəsində dedi:
- Bu gün Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının IX konfransına Ulu Öndər Heydər Əliyevin əziz ruhuna böyük hörmət və ehtiram hissi ilə toplaşmışıq. Sizlərin hər birinizi bu əlamətdar gün münasibətlə təbrik edib salamlayıram, qonaqlarımıza bir daha xoş gəlmişsiniz deyirəm.
Bildiyiniz kimi Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə zərurətdən yaranmışdır. Belə ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin sonu görünməyən faciələrlə üzləşməsi, bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, ayrı-ayrı siyasi qüvvələrə xidmət göstərən şəxslərin öz maraqlarını dövlət mənafeyindən üstün tutması, torpaqlarımızın təcavüzkar Erməni silahlı birləşmələri tərəfindən işğalı bütün respublikamızın daxili ictimai-siyasi və iqtisadi sabitliyinin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha olan inamını yenidən özünə qaytarmağa, xalqın bütün təbəqələrinin maraqlarını Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə qadir olan siyasi partiyanın yaradılması məhz xalqın tələbi idi.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


1992-ci ilin noyabrın 21-də Azərbaycanın mütərəqqi qüvvələrinin Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Ümummilli liderimizin sədrliyi altında respublikanın ictimai-siyasi səhnəsində cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını əsaslı surətdə dəyişən Yeni Azərbaycan Partiyasını yaratması Azərbaycanın müasir tarixini çox mühüm hadisəyə çevirdi.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə prezident seçilməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası yarandığı az müddətdən sonra xalqın yüksək etimad və inamı ilə siyasi hakimiyyətə gəldi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaranan və xalqımızın böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanı çox mürəkkəb siyasi vəziyyətdən çıxardaraq ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda xalqımıza üz tutmuşdur. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət, Yeni Azərbaycan Partiyasını yaradan Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli inkişafı üçün apardığı mükəmməl islahatlar kursu yüksək sosial standartlara malik cəmiyyətin qurulmasının təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin ideyalarını rəhbər tutaraq Azərbaycan iqtisadiyyatını dəfələrlə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, çoxşaxəli iqtisadiyyata malik, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi isə xarici ölkələrə investisiya qoymaq imkanı olan etibarlı bir ölkəyə çevirmişdir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Ölkə Başçısının apardığı uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə uğurla ev sahibliyi edir. Bildiyiniz kimi, ötən ay ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbir keçirildi. Bütün İslam dünyasının müsəlmanlarını bir araya gətirmək, onların arasında sülhü, əmin-amanlığı, həmrəyliyi daha da möhkəmləndirmək məqsədi ilə bu ilin may ayının 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycanı istəməyən qüvvələrə ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs respublikamızdakı reallıqları, bütün sahələrdəki inkişafı öz gözləri ilə gördülər. Oyunların Təşkilat Komitəsinə rəhbərlik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya tapşırılmışdı. Keçirilən yarışlarda Azərbaycan qazanılmış medalların sayına görə İslam ölkələri arasında komanda hesabında birinci oldu. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycan tarixinə növbəti parlaq qələbələrdən biri kimi daxil oldu.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Azərbaycanın siyasi tarixinin mühüm əlamətdar hadisəsi olan Yeni Azərbaycan Partiyasının V Qurultayı çərçivəsində qəbul edilən qərarlar və edilən seçimlər partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Belə ki, partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla yanaşı, partiyanın fəaliyyətinin səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verib. Bu məqamda Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi muğam və musiqinin, ədəbiyyat və idmanın inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə Azərbaycan cəmiyyətinin hər bir üzvü tərəfindən sevilən Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi və çalışdığı ötən müddət ərzində uğurla yüksək səviyyədə fəaliyyət göstərməsini ayrıca qeyd etmək lazımdır.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Bütün daşkəsənlilər və şəxsən öz adımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycan standartları əsasında yüksək səviyyədə keçirdiyinə görə ürəkdən təbrik edir və minnətdarlığımızı bildiririk!
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan qərarlar olduqca böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında «2014-2018-ci illərdə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı» ölkəmizdə uğurla icra olunur. Həmin Proqrama uyğun olaraq Daşkəsən rayonu da günbəgün inkişaf etməkdədir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Bu gün Daşkəsən rayonunda ucqar dağ kəndlərinə çəkilən yollar və körpülər Azərbaycan xalqını inamla qələbəyə doğru aparan yollardır. Daşkəsənin ucqar dağ zirvələrində çəkilən yollar işğal altında olan ərazilərimizə aparan azadlıq, qələbə, zəfər yolu bugünkü iqtidarın, partiyamızın, Ulu Öndər Heydər Əliyev ideyalarının, dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyev uğlurlu siyasətinin eyni zamanda da təntənəsidir.
Bu gün rayonumuzda abadlıq, təmir-tikinti işləri geniş vüsət almışdır. Daşkəsən rayonunun tarixində Sovetlər dövründə görünməyən hazırda çoxsaylı məktəblər, uşaq bağçaları, xəstəxana və tibb məntəqələri, inzibati binalar inşa olunmuş, dam örtükləri müasir dəmir şifer lövhələrlə əsaslı təmir edilmişdir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Daşkəsən şəhərində və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binaları tikilərək rayon əhalisinin istifadəsinə verilmişdir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Sevinc hissi ilə qeyd etməliyəm ki, Daşkəsəndə Çovdar qızıl yatağının ən müasir texnologiyalarla istismarını təşkil edən qızıl zavodu tezliklə istehsala başlayacaq, brend markalı 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə iqtisadi gəlir gətirməklə dünyada şöhrət qazanacaq.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Hazırda «Yeni Daşkəsən» layihəsi uğurla icra olunmaqdadır. Ötən hər gün Daşkəsənin xəritəsinə daxil olan tikintilər, sosial obyektlər bu layihəni günbəgün zənginləşdirir.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər bu gün də sevinc hissi ilə xatırlayırlar və biz indi də həmin səfərin doğurduğu yüksək xoş əhval-ruhiyyənin içərisindəyik. Səfər çərçivəsində cənab Prezident şəhərin mərkəzi meydanında ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yeni qurulmuş Heydər Əliyev Mərkəzində olmuşlar. Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının, Avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak etmişlər.

Daşkəsəndə YAP-ın IX konfransı yüksək  ruhla keçirildi


Rayonumuza hər zaman göstərdiyi ali diqqət və qayğıya görə ölkə rəhbərimiz cənab İlham Əliyevə bir daha da öz dərin minnətdarlığımızı bildiririk!
Ötən dövrdə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı parlaq uğurlar əldə etmişdir. Rayon təşkilatı partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin həyata keçirilməsində yaxından iştirak edir. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın formalaşması, onun təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli işlər görmüşdür. Bu illər ərzində Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişlənmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiya maarifçilik işi güclənmişdir. Partiyaya daxil olan üzvlərin sayı kəmiyət və keyfiyyətcə artmışdır.
Rayon təşkilatının say tərkibinin böyük əksəriyyətini gənclər təşkil edir. Sevindirici haldır ki, gənclər partiyada çoxsaylı bir qrup kimi fəaliyyət göstərirlər. Gənclərin partiya sıralarına axını nəticə etibarı ilə hörmətli cənab İlham Əliyevin gənc nəslə hər cür qayğı göstərməsindən, gənclər siyasətini ölkədə əsas istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən irəli gəlir.
Rayon təşkilatı fəaliyyəti dövründə gənclərin bilik və bacarıqlarına görə irəli çəkilməsinə diqqətlə yanaşmışdır. Gənclər rayonda keçirilən bütün tədbirlərdə yüksək fəallıq nümayiş etdirmişlər, radikal müxalifətin ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə qarşı sosial şəbəkələrdə, forumlarda tutarlı cavablar vermişlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində keçdiyi böyük inkişaf yolu qürur və iftixar hissi yaradır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış edir. Bu gün ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarına gənclərinkütləvi axını bu siyasi təşkilatın gələcəkdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır.
Mən həmişə olduğu kimi, bu gün də YAP Daşkəsən rayon təşkilatının maddi texniki bazasının möhkəmləndirilməsi və qarşıdan gələn Prezident seçkilərinin rayon ərazisində daha yüksək səviyyədə keçirilməsi üçün lazımi köməyimi əsirgəməyəcək, bütün qüvvəmi səfərbər edəcəyəm. Rəhbərlik etdiyim rayonda əməli işimlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinə ideoloji təminat yaradacağam.
Seçkilər həmişə olduğu kimi Daşkəsəndə yenə şəffaf, ədalətli, tam demokratik, yüksək səviyyədə keçiriləcək, təbliğat, təşviqat işləri diqqətimizdə olacaqdır.
Prezident seçkilərinə hazırlıq ən başlıca vəzifədir. Həmişə olduğu kimi, Yeni Azərbaycan Partiyasının Liderinin qələbəsinə hər birimiz birmənalı şəkildə var gücümüzlə dəstək olacağıq.
Yaşasın Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları!
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə eşq olsun!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu çıxışından sonra konfransının gündəliyinə uyğun olaraq YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənildi. Sonra təşkilatın Nəzarət-təftiş qrupunun sədri Yaşar Məhərrəmov hesabat məruzəsi ilə çıxış etdi. Ardınca məruzələr ətrafında çıxışlar başladı. YAP rayon təşkilatının Qadınlar şurasının sədri Rəna Aslanova, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Alıyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Kamran Bayramov, Naqif Həmzəyev, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevçıxış edərək YAP Daşkəsən rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək, konfransın işinə uğurlar arzuladılar.
Konfransda təşkilati məsələlərə baxılaraq MeydanəliYolçuyevyenidən YAP Daşkəsən rayon təşkilatının sədri seçildi. Həmçinin rayon təşkilatına 25 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvü seçildi.
Sonda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olundu, onlara qiymətli hədiyyələr verildi.

Sahib ƏHMƏDOV
Respublika Jurnalistlər Birliyinin üzvü

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşkəsən Rayon İcra Hakimiyyəti

    Daşkəsən Rayon İcra Hakimiyyəti ...

    8-02-2017, 00:29

  • 
  • Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

    Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər ...

    10-05-2017, 15:01

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • YAP-dan çıxarılan sədrə nazirlikdə vəzifə verildi

    YAP-dan çıxarılan sədrə nazirlikdə vəzifə verildi ...

    12-07-2013, 16:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu