GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Hacıqabuldakı dəhşətli qətliamın yeni şok detalları

Hacıqabuldakı dəhşətli qətliamın yeni şok detalları

Tarix: 1-08-2017, 10:30 Bölmə :Bölgə Baxış: 407
Hacıqabuldakı dəhşətli qətliamın yeni şok detalları


Mübariz Mehdiyev 1 nəfərə görə 4 adamı niyə güllələdi; ölümün ağzından canını qurtaran “Moskva Natiq” vaxtilə qatilə elə bir divan tutub ki...

Hacıqabulda evə basqın edən silahlı şəxs axtardığı köhnə tanışının əvəzinə onun ailə üzvlərini gülləbaran edib. İyulun 31-də səhər saatlarında baş verən qanlı olay dərhal ölkə KİV-lərinin 1 nömrəli mövzusuna çevrilib. Hər kəs Hacıqabulda nə baş verdiyi sualına cavab axtarır. Hüquq-mühafizə orqanları yaranan suallara cavab verməyə tələsmir.

“Yeni Müsavat”ın hadisə yerində olan əməkdaşları qanlı olayın motivi haqda ən müxtəlif məlumatları öyrənə biliblər. Rayonun Bayram İbrahimov küçəsində Qəmbərovların - qətliam baş verən həyətlərinin qarşısında qələbəlikdir. Qadınların ah-naləsi ürək dağlayır. Bir tərəfdə də yas çadırı qurulub. Hüquq-mühafizə əməkdaşları hadisə yerinə gəlib, müvafiq araşdırmalar aparıblar. Meyitləri müayinə üçün Şirvan Şəhər Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Şöbəsinə yollayıblar. Qəmbərovların sağ qalan yaxınları - xüsusən də qisasçılıq zəminində öldürülməsi planlaşdırılan Natiq Qəmbərov jurnalistlərlə təmasdan qaçır.

Hadisə şahidləri həvəssiz də olsa deyirlər ki, səhər tezdən rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Mübariz Mehdiyev uzaq Rusiya paytaxtından konflikti olan “Moskva Natiq” ləqəbli Natiq Qəmbərovun ata evinə hücum edib. Qəmbərovların darvazası qarşısına əlində qundağı və lüləsi kəsilmiş silahla gələn M.Mehdiyev darvazanın bağlı olduğunu görcək özünü itirməyib.

Qonşunun həyətinə girib, oradan nərdivan götürüb və hasarı aşıb. Həyətə girəndən sonra isə orada “Moskva Natiq”in “Mersedes ML” markalı maşınına və atasının “Jeep”inə od vurub. Qonşular bundan sonra Qəmbərovların həyətində odlu silah səsləri eşidiblər. Atəş səslərinə qarışan qışqır-bağırı eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis qısa bir vaxtda Qəmbərovların darvazası qarşısına gəlsə də, artıq gec olub.

Mübariz Mehdiyev əlindəki silahla Natiq Qəmbərovun əmisi Nazim Qəmbərovu, onun oğlu Namiq Qəmbərovu, yaxınları Gülbağda və Almara Məmməd qızı Qəmbərovaları güllələyib. Odlu silah səsi eşidən Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərov da həyətə çıxıb, güllələrdən biri də ona dəyib. Əlində “obrez” tüfəng olan M.Mehdiyev qışqıraraq Natiq Qəmbərovu evdən çıxmağa səsləyib. Polislərin gəldiyini görəcək M.Mehdiyev hadisə yerindən qaçmaq istəyib. Amma buna nail ola bilməyib. Polislə atışmada yaralanıb və ələ keçməmək üçün əlindəki silahı çənəsinə dirəyərək atəş açıb. Bir başqa iddiaya görə, qatil polis tərəfindən zərərsizləşdirilib.

Qətliamın motivi isə M.Mehdiyevlə Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir. Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Nazim eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib. Belə məlumat da var ki, Natiq Qəmbərov olay zamanı evdə olub və o, silahlı basqınçıdan qaçıb canını qurtara bilib.

M.Mehdiyevin Qəmbərovlara qarşı son dərəcə qəddar davranışının kökündə dayanan motiv haqda müxtəlif söz-söhbətlər dolaşır. Bildirilir ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Moskvada birgə işləyiblər. Sonradan tərəflərin arası dəyib, konfliktə qədər böyüyüb. N.Qəmbərov mübahisə zəminində M.Mehdiyevi bir neçə dəfə vurub. Sonuncu dəfə isə N.Qəmbərovun M.Mehdiyevi ölümcül döyməsi xəbəri də var. Hətta qeyd olunur ki, döyülmədən sonra M.Mehdiyev 3 aya yaxın özünə gəlməyib, yaraları sağalmayıb. Həmin müddətdə isə N.Qəmbərov Azərbaycana, Hacıqabuldakı ata yurduna qayıdıbmış. Az əvvəl ayağa qalxan M.Mehdiyev də boya-başa çatdığı rayona qayıdıb, silah əldə edib və N.Qəmbərovdan qisas almaq üçün onun yaşadığı ünvana basqın edib. Onun əvəzində N.Qəmbərovun yaxınlarını öldürüb, özünə də atəş açıb.
Hüquq-mühafizə orqanları hadisə yerindən lüləsi və qundağı kəsilmiş silah götürüblər.

Olayla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də birgə rəsmi məlumat yayıblar. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehdiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehdiyevin şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qisas almaq niyyəti ilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.

Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıqabulda dəhşətli qətliam: silahlı basqında 5 nəfər öldürülüb - 4-ü bir ailədəndir -VİDEO

    Hacıqabulda dəhşətli qətliam: silahlı basqında 5 ...

    31-07-2017, 10:35

  • 
  • Hacıqabulda 5 nəfərin öldürüldüyü dəhşətli hadisənin səbəbi MƏLUM OLDU

    Hacıqabulda 5 nəfərin öldürüldüyü dəhşətli ...

    31-07-2017, 16:57

  • 
  • Hacıqabulda dəhşətli qəza

    Hacıqabulda dəhşətli qəza ...

    22-07-2014, 15:15

  • 
  • Hacıqabulda ər arvadını qətlə yetirib, özünü güllələdi

    Hacıqabulda ər arvadını qətlə yetirib, özünü ...

    27-11-2015, 14:06

  • 
  • Hacıqabulda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

    Hacıqabulda piyada ölümü ilə nəticələnən yol ...

    9-12-2016, 13:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu