GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - ARAŞDIRMA BAŞLAYIB

İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - ARAŞDIRMA BAŞLAYIB

Tarix: 22-08-2017, 11:36 Bölmə :Bölgə Baxış: 403
İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - ARAŞDIRMA BAŞLAYIB


“Sumqayıtda it dişləməsi nəticəsində dünyasını dəyişən 5 yaşlı Zeynəbi müayinə edən həkimə şiddətli töhmət verilib”.

Bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev açıqlamasında deyib.

N.Baxşəliyev bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin işçisi Mahal Məmmədov işini düzgün təşkil etmədiyi üçün töhmət alıb: “Ailə Mahal həkimi etinasızlıqda ittiham edir. Məsələ ilə bağlı Mahal həkimin özü, çalışdığı tibb müəssisəsinin baş həkimi və şöbə müdiri ilə də müzakirə aparmışıq. Müzakirələr zamanı Mahal həkimin səhlənkarlığı və sanitar-maarif işini düzgün təşkil etmədiyi bəlli oldu. Mahal həkim uşaq xəstəxanaya gətiriləndə quduzluq əleyhinə vaksin vurulmasını təmin edib və vəzifə borcunu yerinə yetirib deyə biz ona ancaq töhmət verdik. Düzünü desəm, uşaq öləndə əvvəlcə peyvəndin vurulub-vurulmadığından şübhə etdik və bunu araşdırdıq. Vaksinin seriya nömrəsi, dozası və alındığı aptekə qədər hamısını araşdırdıq və peyvəndin həqiqətən vurulduğu təsdiqləndi.
Peyvənd vurulmasaydı, o zaman Mahal həkim barəsində cinayət işi açıla bilərdi və daha ciddi tədbirlər görərdik. Ancaq həkimin xəstələri ilə soyuq rəftarı onun günahıdır. Ola bilər ki, ailə ilə sərt danışsın, diqqətsiz yanaşsın, qəbulunda onlara soyuq münasibət bəsləsin. Bunun xəstəliyə aidiyyatı yoxdur. Ancaq həkim uşağın temperaturunu vaxtı-vaxtında yoxlamalı idi və uşaq evə buraxılanda yerli uşaq poliklinikasına xəbərdarlıq etməli idi ki, onu nəzarətə götürsünlər. Bunları etməyib. İndi həkimə ciddi töhmət verilib və xəbərdarlıq edilib ki, xəstələrlə yaxşı ünsiyyət saxlasın, xəstəliyin mahiyyətini yaxşı izah etsin”.

N.Baxşəliyev bildirib ki, quduzluqda şübhəli bilinən xəstələrin hamısı ambulator sayıldığından 4 gün sonra Zeynəbin yaraları tam sağalıb və evə buraxılıb: “Yəni xəstənin tez evə buraxılmasında həkimin günahı yoxdur. Həkim peyvəndləri vurduraraq işini yerinə yetirib. Xəstənin quduzluqdan başqa xəstəliyə qarşı müalicəyə ehtiyacı olduğu hallarda xəstəxanada saxlanılır. Həmin xəstəxananın zədə şöbəsi var ki, ora gündə 5-6 nəfər böyüklü-kiçikli adamlar gəlir. Onlara da peyvənd vurulur və evə buraxılırlar. Təbii ki, bu uşağın ölümü bizi çox üzdü. Xoşagəlməz bir hal oldu . İmkanımız olsaydı, uşağı ölməyə qoymazdıq. Sadəcə, o, ambulator xəstə olub və yaraları tam sağaldıqdan sonra evə buraxılıb. Bu xəstəliyin heç bir yerdə müalicəsi yoxdur və sadəcə vaksinlə profilaktik tədbir görmək olar. Mahal həkim xəstəliyin inkişafının qarşısını almaq üçün nə isə edə bilməzdi. Vətəndaşa xidmət göstərmək həkimin borcudur. Əgər xəstəyə xidmət göstərəndə ədalətsiz davranırsa, o zaman xəstə onu məhkəməyə də verə bilər. İndi ailə polisə şikayət etmək istəyir. Normaldı. Fikirləşirlər ki, bəlkə həkimlər başqa bir şey etsəydilər, uşaq sağ qalardı”.

Quduzluğa yoluxacaq deyə qorxu içərisində olan ailə ilə bağlı məsələyə münasibət bildirən N.Baxşəliyev deyir ki, ailə də, uşağın toyda ünsiyyətdə olduğu digər şəxslər də hamısı tam nəzarətə götürülüb: “Ailə üzvlərinə üç gündən bir sxemə uyğun olaraq peyvənd vurulur. Ümumiyyətlə, onlarda quduzluğa yoluxmaq üçün böyük təhlükə ehtimalı yoxdur. Çünki onlarda dişləmə əlaməti olmayıb. Amma uşağı öpərkən ya eyni qabdan, stəkandan istifadə zamanı ağız suyundan nə isə yoluxa bilər. Buna görə peyvənd vurulur. Gigiyena mərkəzi tərəfindən toyda olan həmin insanlar müəyyənləşdirilib və peyvəndlənməsinə başlanılıb”.

Qurum rəsmisi bildirib ki, dişləməyə məruz qalan hər kəs dərhal həkimə müraciət etməlidir: “Quduzluq itdə olan bir virus deyil. Bu virusun daşıyıcıları canavar, çaqqal, siçovullar olur və it də siçovulları yeyəndə ondan xəstələnir. Dişləməyə məruz qalan hər kəs vaxtında həkimə müraciət etməlidir. Ev heyvanı da dişləsə, gecikmək olmaz və gecikmiş halda peyvəndin effekti olmur”.

Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı Lent.az-a bildirilib ki, fakta görə komissiya yaradılıb və hazırda hadisə barədə epidemioloji araşdırma aparılır. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, iyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəbi it dişləmişdi. O, ilkin müayinədən sonra o evə göndərilmiş, lakin avqustun 17-də dünyasını dəyişmişdi. Ailəsi Zeynəbin ölümündə onu evə göndərən həkimi günahlandırır. Onlar həkim Mahal Məmmədovla bağlı prokurorluğa şikayət edəcək. /lent.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İt başından tutub çeynədi": Sumqayıtda 5 yaşlı uşaq dünyasını dəyişib

    "İt başından tutub çeynədi": Sumqayıtda ...

    18-08-2017, 10:30

  • 
  • Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

    Azərbaycanın tanınmış jurnalisti vəfat etdi ...

    28-08-2015, 20:00

  • 
  • Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama

    Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama ...

    25-12-2013, 13:55

  • 
  • Ucarda naşı həkim 24 yaşlı gənci öldürdü

    Ucarda naşı həkim 24 yaşlı gənci öldürdü ...

    16-09-2016, 15:30

  • 
  • Azərbaycanda canavar hücumuna məruz qalan 22 yaşlı gənc öldü

    Azərbaycanda canavar hücumuna məruz qalan 22 ...

    27-01-2015, 23:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu