Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, qəsəbə ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib. Tədbirdə icra nümayəndəsi Nizami İmanov çıxış edərək qəsəbədə görülmüş işlər barədə məlumat verib. O, bu gün qəsəbənin fasiləsiz olaraq elektrik enerjisi, qaz, rabitə, içməli su ilə təmin olunduğunu qeyd edərək, ərazidə aparılan abadlıq və quruculuq işlərinə görə qəsəbə sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib.
Qəbulda qəsəbə sakinlərindən Məmmədov Salman Nəsib oğlu, Bayramov Teymur Nəbi oğlu, Məhərrəmov Nəzərli Valeh oğlu çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, görülən işlərə görə ona öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev respublikamızın və rayonumuzun bu günkü uğurlu inkişafından danışıb. RİH başçısı qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Ölkə başçısı tərəfindən özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Görüş zamanı Əhəd Abıyev qəsəbə sakinlərinin problemlərini dinlədi və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?