GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İmişlidə pambıqdan zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib

İmişlidə pambıqdan zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib

Tarix: 20-06-2018, 11:30 Bölmə :Bölgə Baxış: 461
İmişlidə pambıqdan zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib

İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Bu barədə özəl olaraq “Trend”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri var idi ki, narahat idilər ki, birdən onlarda da zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Həmin şəxslər də yəqin ki bu gün evə buraxılacaq".

S.Əhmədova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi analizlərin nəticələrindən sonra məlum olacaq.

Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisədən sonra kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyətinin hadisə yerinə ezam olunub. Nazir məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi.

İmişlidə pambıqçı fermerlər tarlaların herbisidlərlə işlənməsindən sonra məhsul yığımına yollanıblar. Həmin herbisidlər isə öz toksikliyinə görə hərbi zəhərləyici maddələr sinfinə aiddir. Beləliklə də, ciddi zəhərlənmə baş verib.

Adının çəkilməsini istəməyən mütəxəssis toksikoloqun virtualaz.org-a bildirdiyinə görə, İmişlidə, Saatlıda və Tərtərdə ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir ki, sonuncudan Cənub-Şərqi Asiyadakı müharibə zamanı Vyetnam partizanlarına qarşı istifadə olunub.

Olduqca toksik olan bu herbisid orqanizmdə tənəffüs yolları, selikli qişalar və dəri vasitəsilə toplanır. Nəticələri çox təhlükəli ola bilər – qaraciyərin toksik zədələnməsindən tutmuş, gen mutasiyalarına qədər. Bu heürbisidlərdən istifadə edilmiş tarlada yalnız 5 gündən sonra işləmək olar. İmişlidə isə kimyəvi maddələrlə tarlaların işlənməsinin ertəsi günü insanları pambıq tarlasına yollayıblar. Bu, həmin maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.

Ekspert onu da qeyd edib ki, kənd təsərrüfatında fosfor-üzvi pestisidlərdən də istifadə edilir və bunlar da çox toksik olmaqla, sinir-iflic təsirli hərbi vasitələr sinfinə aid edilirlər və zarin, zaman kimi təsirə malikdirlər.

Xatırladaq ki, İmişlinin tibb müəssisələrinə pambıq tarlalarında işləyən 52 fermer müraciət edib. Daha öncə Saatlıda 21 fermer, Tərtərdə isə 14 pambıqçı zəhərlənmişdi.

* * *18:11

İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb. Onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.

Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".

Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.

* * *17:08

Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib.

Kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: " Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub".

Nazir qeyd edib ki, pambıq texniki bitkidir: "Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".

İ.Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib.

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.

Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: "Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, bu gün evlərinə buraxılacaq". (APA)

* * *15:17

İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: "Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur".

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: "Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".

* * *14:39

İmişli rayonunda pambıq tarlasında zəhərlənənlərin sayı rəsmi olaraq 52 nəfərdir.

Yerli xəstəxanaya bu sayda adam müraciət edib. Onlardan 20 nəfəri müayinələrdən sonra ambulator müalicəyə göndərilib, qalanlarının müayinələri davam edir.

Bundan əvvəl zəhərlənənlərin sayının 80-dən çox olduğu haqda xəbərlər yayılmışdı.

* * *14:17

İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Bu haqda virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.

Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.

* * *13:20

İmişli Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur. Bəzi mənbələr isə zəhərlənənlərin sayının 100-ə çatdığını bildirir.

Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istidafə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub.

* * *12:55

Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. Virtualaz.org-un regional müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

    Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət ...

    20-06-2018, 09:55

  • 
  • Tarlada zəhərlənənlərdən yeni xəbər: 18-i rayonda, 4-ü Bakıda müalicə alır

    Tarlada zəhərlənənlərdən yeni xəbər: 18-i ...

    11-06-2018, 12:27

  • 
  • Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya ...

    5-09-2017, 10:58

  • 
  • Azərbaycanda kütləvi zəhərlənmə

    Azərbaycanda kütləvi zəhərlənmə ...

    10-06-2013, 00:13

  • 
  • Sumqayıtdakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sumqayıtdakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ ...

    19-07-2017, 20:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu