GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Tarix: 20-06-2018, 09:55 Bölmə :Cəmiyyət Baxış: 358
Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Prezidentin tapşırığı ilə nazir və baş prokurorun müavini İmişliyə getdi; icra başçısı deyib ki, fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb; deputatlardan vəziyyətlə bağlı narahat açıqlamalar

İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, iyunun 19-da səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib:

“Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Artıq müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb.

Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: “Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”.

APA-nın məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, həm İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: “Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub”.

Nazir qeyd edib ki, pambıq texniki bitkidir: “ Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.

Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: “Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, evlərinə buraxılacaq”.

“Bu hadisələr daha çox, bilgisizlik və peşəkarlıq amili ilə bağlıdır”. Deputat Fazil Mustafa bunları son vaxtlar Saatlı və Tərtər rayonlarında pambıqçıların pambıq sahələrində kütləvi zəhərlənməsi ilə müşayiət olunan hadisələri şərh edərkən bildirib.

Deputatın fikrincə, müəyyən məhsulların yetişdirilməsində insan orqanizminə təsirsiz preparatlardan istifadə olunmalıdır və eyni zamanda onlara problem yaratmamalıdır: “Burada insan amilini nəzərə almadan məhsul yetişdirmək sovet ənənəsinin geri qaytarılmasıdır ki, yolverilməzdir. Həmin zaman keçdi ki, təyyarə ilə sahələrə dərman səpirdilər, camaat da sahələrdə işləyirdi”.

F.Mustafa bildirib ki, indi kapitalist iş üsulu dövrüdür, yeni texnoloji avadanlıqlardan istifadə olunmalıdır.

Deputat hesab edir ki, bu faktlar ciddi araşdırılmalıdır, əks halda isə belə hallar pambıqçılığın inkişafından çox tənəzzülünə əsas ola bilər.

Milli Məclisin 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatı Çingiz Qənizadə modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, zəhərlənənlərin sayı təxminən 45 nəfərdir: “Baş həkimlə əlaqə saxlamışam. Pambıq əkini ilə məşğul olan ”MKT" deyilən bir qurum var. Onların pambıq sahəsində müqavilə ilə işləyən işçilərinin sayı çoxdur. Ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya təxminən 45 nəfər müraciət edib. Lakin zəhərlənənlərin heç birində ciddi əlamət yoxdur, yüngül ürək bulantısı var. Müraciət edənlərin hamısına sistem köçürülüb və evlərinə buraxılıb. Sadəcə, müəyyən adamlar panikaya düşüblər. Buna baxmayaraq, ehtimal var ki, xəstəxanaya müraciət edənlərin sayı artacaq".

Deputat Azərbaycanın bir neçə rayonunda bu cür halların ardıcıl baş verməsinə də münasibət bildirib:

“Hesab edirəm ki, ölkəyə gətirilən kimyəvi maddələrin tərkibi ən yüksək səviyyədə araşdırılmalıdır. Onun normadan artıq vurulmasına göstəriş verən hər bir şəxs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. Biz insanlarımızın həyatı, sağlamlığı ilə hansısa pambıq və ya kənd təsərrüfatı məhsulunun xatirinə oynaya bilmərik. Cənab prezident qarşıya məqsəd qoyub, amma kortəbii işlərin görülməsini, Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə qoymağı deməyib! Düşünürəm ki, bu fakta görə dərhal cinayət işi başlanmalıdır. Ölkənin bütün ərazilərindəki pambıq əkilən yerlərdən nümunə götürülərək laboratoriyada analiz olunmalıdır. Analizin cavablarına uyğun olaraq kimyəvi maddəni normativ qaydadan artıq tətbiq edən şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, iki gün əvvəl - iyunun 17-də Tərtər rayonunda pambıq sahəsində işləyən 14 nəfər zəhərlənmə şikayətləri ilə xəstəxanaya müraciət edib. Bundan əvvəl, Saatlıda pambıq sahəsində 21 nəfər zəhərlənib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda kütləvi zəhərlənmə

    Azərbaycanda kütləvi zəhərlənmə ...

    10-06-2013, 00:13

  • 
  • Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol

    Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol ...

    9-01-2013, 10:06

  • 
  • Kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb

    Kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi ...

    11-06-2018, 21:16

  • 
  • Türkiyədə kütləvi zəhərlənmə - 40 NƏFƏR XƏSTƏXANAYA DÜŞDÜ

    Türkiyədə kütləvi zəhərlənmə - 40 NƏFƏR ...

    29-10-2017, 19:48

  • 
  • Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya ...

    5-09-2017, 10:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu