GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qaxda Qarabağ qazisinin evini yandırıblar, özünü isə ölümlə, həbslə hədələyirlər

Qaxda Qarabağ qazisinin evini yandırıblar, özünü isə ölümlə, həbslə hədələyirlər

Tarix: 2-07-2018, 18:09 Bölmə :Bölgə Baxış: 360
Qaxda Qarabağ qazisinin evini yandırıblar, özünü isə ölümlə, həbslə hədələyirlər

Keçmiş döyüşçü və prezident təqaüdçüsündən şok açıqlamalar; İlqar Cəlilov: “İşıq idarəsinin müdiri hakimin yanında deyir ki, sənin ağzından atdıracağam”

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, iyulun 5-də Ali Məhkəmədə hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Qarabağ qazisi, prezident təqaüdçüsü İlqar İbrahimxəlil oğlu Cəlilovun “Azərişıq” ASC və qurumun Şimal-Qərb Enerji Regional Təhcizatı və Satışı İdarəsinin Qax Elektrik Şəbəkəsinə qarşı iddiası üzrə baxış keçiriləcək.

Qarabağ döyüşçüsü deyir ki, qarşı tərəf onun Qax rayonu, Qaxmuğal küçəsi ev 5-də yerləşən mənzilinin kül olmasına səbəb olan səhlənkarlıq edib. Nəticədə ona 60 min manatdan artıq ziyan dəyib. Olay 2015-ci il martın 3-də, səhər 10 radələrində baş verib. Həmin gün İlqar Cəlilovun və digər 6 qonşunun mənzilində qəfildən yanğın baş verib. Evdə olan qonşular yanğının qarşısını ala biliblər. İlqar Cəlilov isə həmin vaxt iş yerində olub, ailə üzvləri də evdə olmayıblar. Yanğın vaxtında söndürülmədiyindən 4 otaqlı ev və həyətdəki qaraj yanaraq kül olub. Hadisədən sonra İlqar Cəlilov öyrənib ki, qonşularında bütün elektrik cihazları partlayıb, yanıb sıradan çıxıb. Evdə olan qonşular elektrik naqillərində baş verən yanğını söndürüblər.

İlqar Cəlilov hadisə baş verəndən sonra Bakıya gələrək fövqəladə hallar nazirinin qəbuluna düşüb. Hadisənin elektrik naqillərində gərginliyin normadan dəfələrlə artıq verilməsindən şübhələndiyini söyləyib. Ərizəsində yazıb ki, eyni zamanda 7 evdə yanğının başqa səbəbdən olmasına inanmır.

Nasaz transformatorlarda gərginlik dəfələrlə artıb, 7 evdə yanğın başlayıb
Şikayətçi deyir: “Qayıdıb rayona getdim. 2 gün sonra Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsindən və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Qaxa ezam olundular. Gəlib araşdırdılar, böyük bir cinayətin üstü açıldı. Araşdırmalar transformatorlara baxış keçirməklə başladılar. Məlum oldu ki, məhləmizi qidalandıran transformatorlar pis gündədir. Rəsmi sənədlərdə həmin transformatorların yeni olduğu göstərilsə də, faktiki orada sovetdən qalma trasformatorlardır. Transformatorlarda yağ vaxtında dəyişmədiyindən nasazlıq yaranıb və gərginlik dəfələrlə artıb. Odur ki, evlərdəki elektrik naqillərində yanğın baş verib. Yəni böyük yeyintiyə görə bu hadisə baş verib. Təxminən bir neçə 100 min manatlıq yeyintinin olması haqda iddialar vardı. Fövqəladə Hallar Nazirliyi gəldiyi nəticə haqda Baş Prokurorluğa rəsmi məktub göndərildi. Baş Prokurorluqda Cinayət Məcəlləsinin 314.2 - səhlənkarlıq - maddəsi ilə cinayət işi başlandı və Qax Rayon Prokurorluğuna göndərdilər, məni Qax Prokurorluğuna dəvət etdilər. Rayon prokuroru İslam Qasımov, köməkçisi Nazim Bağırov qabağıma 10 min manat qoyub dedilər ki, götür, sənə dəyən ziyanın ödənilməsi haqda ərizəyə qol çək. Dedim ki, 10 min manata ev tikmək olmaz. Pulu götürmədim, prokurorun yazdığı ərizəyə də qol çəkmədim”.

Prokuror böyük bağlamadakı narkotiki qabağıma qoydu
Qarabağda sağlamlığını itirmiş İlqar Cəlilovun sözlərinə görə, prokuror ondan əl çəkməyib: “Prokurorun mənə təklif etdiyi pulu ona zonalar arası işıq idarəsinin müdiri İlham Hüseynov vermişdi. Çünki İlham Hüseynovla prokurorla görüşdən əvvəl mübahisəm olmuşdu. O, FHN-ə müraciət etdiyim və müraciətim əsasında Qaxa komissiya gəldiyi üçün məni təhdid etmişdi. İlham Hüseynov 11 rayonun rəisi idi. Ona da demişdim ki, evimi tikin verin, mən başqa heç nə istəmirəm. 2 gün sonra prokurorla köməkçisi yenidən məni dəvət etdilər. Stolun üstündə həmin ərizə və böyük bir bağlama vardı. Prokuror və köməkçisi dedi ki, ərizəyə qol çəkməsən, bağlamadakı narkotikin sənə məxsus olması haqda protokol tərtib olunacaq, barəndə cinayət işi başlanacaq. Prokurorun köməkçisi üstümə hücum çəkdi, əlimi zorla həmin bağlamaya vurmaq istədi. Amma bacarmadı. İstəyi bu idi ki, bağlamada əl izlərim qalsın və həmin bağlamanın mənə məxsusluğunu sübut etsinlər. Gördülər ki, bu da alınmır, ortada FHN-in rəyi ola-ola, evimin özüm tərəfindən qəsdən yandırıldığını deyib barəmdə Cinayət Məcəlləsinin 186.2-ci maddəsi ilə cinayət işi başladılar”.

“Qara Hətəm”i baş prokurorun qəbuluna salıblar ki...
Qarabağ qazisi deyir ki, üzləşdiyi prokuror təhdidi məsələyə 1-ci vitse-prezident qarışdıqdan sonra səngiyib: “Mehriban xanım Əliyevanın qəbuluna düşdüm. Baş verənləri danışdım. 1 sutka sonra Qəbələdə baş prokuror Zakir Qaralov məni dəvət etdi, Qax prokuroru İslam Qasımov və başqa şəxs də vardı. Sonradan bildim ki, digər şəxs İlham Hüseynovun yeznəsi Hətəmdir. Qaxda onu hamı ”Qara Hətəm" kimi tanıyır. Onu baş prokurorun qəbuluna kim və necə salmışdı sonra bildim. Aydın oldu ki, onu mənimlə eyni vaxtda qəbula Qax prokuroru saldırıb. Qəbulda baş prokuror məni dinlədi, prokuroru danladı. Barmağı ilə prokurorun şişman qarnına vurub danlayırdı. Sentyabrın 9-da Eminov soyadlı prokuror zəng edib Baş Prokurorluğa çağırdı. Səhəri gün Baş Prokurorluqda Rüstəm Usubov qəbul etdi. 3 saat yarım məni 11 general dindirdi və barəmdəki cinayət işi ləğv olundu. İşıq İdarəsinin vəzifəlilərinə qarşı cinayət işi başladılar. Elektrik şəbəkəsinin vəzifəli şəxsləri Elşad İdris oğlu Əlimovu və Xəlil Nəzir oğlu Bayramovu cəlb etdilər. İlham Hüseynov kənarda qaldı".

İlqar Cəlilovun sözlərinə görə, iş araşdırılıb Qax rayon məhkəməsinə göndərilib. 1 neçə ay davam edən proses boyu qarşı tərəf 3 dəfə vəsatət verib, ekspertiza təyin olunub: “Hər 3 ekspertiza rəyi də FHN-in verdiyi qərarı təsdiqlədi. Hakim Atabəy Kiçibəyov vurnuxurdu ki, qərar qarşı tərəfin xeyrinə olsun. Ataxan Kiçibəyov da məni 2 dəfə kabinetinə çağırıb pul təklif etdi. Ona da dedim ki, evimi tikin verin, mən elektrik şəbəkəsi rəhbərliyinin məsuliyyətsizliyi ucbatından evimi itirmişəm. Razı olmalıdılar. Qarşı tərəfin vəkili Qardaşxan Sadıxov məhkəmədə mənə yaxınlaşıb 30 min təklif etdi. Ona dedim ki, mənə dəyən ziyan hesablanıb və 61 min 886 manatdır, həmin ziyanı ödəyin, məsələ bitsin. Evimdə yanğın zamanı 6 min manat pulum yanmışdı. Onun davasını aparmadığımı dedim. Məhkəmə zalında hakimə dedim ki, evimi tikib versinlər, mən Qarabağ əliliyəm, aldığım pensiya ilə ailəmə ev tikə bilmərəm. Qardaşxan Sadıxov Qarabağ veteranlarının və şəhid ailələrinin ünvanına təhqiramiz ifadə işlətdi. Hakim də onun tərəfini tutdu. Aramızda mübahisə düşdü. Qardaşxan Sadıxov ölkə rəhbərliyinin ünvanına xoş olmayan sözlər işlətdi, prosesi pozmağa çalışdı. Amma alınmadı. Məhkəmə xeyrimə qərar çıxardı.

Evimi yandıran odur!
Həmin qərarı Ali Məhkəməyə qədər mübahisələndirdilər. Amma məhkəmə qərarı qüvvədə saxladı. Buna baxmayaraq mənə yanğın zamanı evimin yanmasına görə dəyən 61 min 886 manatı 3 ildir ödəmirlər. İlham Hüseynov Qaxda gəzib dolaşır. Mənim evimi yandıran odur! Əgər onun mənim evimin yandırılmasında günahı yoxdursa, baş prokurorun qəbuluna niyə yeznəsi “Qara Hətəmi” salırdılar? Mən 1-ci vitse prezidentdən xahiş edirəm, bu məsələni nəzarətə götürsün. İlham Hüseynov bu gün Qəbələdə elektrik şəbəkəsində satış şöbəsinin rəisidir. Barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanmasını tələb etmişəm. Qax Rayon Məhkəməsinin hakimi iclas zalında İlham Hüseynova çox loyal idi. İlham Hüseynov məhkəmə zalında, hakimin yanında iclas getdiyi bir vaxtda deyir ki, sənin ağzından atdıracağam. Sənin canın çıxacaq, mənim pulum. Sinəsinə vurub gəzir ki, bu günə qədər 300 min pul xərcləmişəm, 300 min də xərcləyəcəyəm, evini tikib verməyəcəyəm. Niyə belə etdiklərini soruşdum. Deyirlər ki, sənə ev tikib versək, camaat belə hadisələr olanda iddia qaldıracaq. Ona görə də pulunu verməyəcəyik, evini də tikməyəcəyik. İlham Hüseynov məni həbslə hədələyir. Deyir ki, həbs etdirəcəyəm. Bu adam ölkə rəhbərliyini söyməkdən, təhqir etməkdən də çəkinmir. Məhkəmələr də onun vəkili kimi çıxış edirlər. Sanki mən gedib bunların evlərini yandırmışam. Ölkə rəhbərliyinə xahiş edirəm ki, İlham Hüseynovun özbaşınalığına son qoyulsun, mənə dəyən ziyanın ödənilməsi üçün tədbirlər görülsün".

Qarşı tərəfi də dinləməyə hazırıq./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ qazisini niyə hədələyir?"

    "Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ ...

    9-09-2015, 22:41

  • 
  • Prezident Qarabağ qazisinin özünün yandırmasına reaksiya verib

    Prezident Qarabağ qazisinin özünün yandırmasına ...

    27-12-2013, 13:42

  • 
  • İlqar Məmmədov məhkəmədə MSK-nı uddu

    İlqar Məmmədov məhkəmədə MSK-nı uddu ...

    18-09-2013, 17:01

  • 
  • Qaxda qəza baş verib.

    Qaxda qəza baş verib. ...

    26-10-2015, 13:02

  • 
  • Özünü yandıran Qarabağ qazisi öldü

    Özünü yandıran Qarabağ qazisi öldü ...

    28-12-2013, 22:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (283)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu