İmişli rayon icra hakimiyyətinin başçısı adından bu həftədən rayon ərazisində fəaliyyət göstərən təsərrüfat rəhbərlərinə və sahibkarlar qarşısında qanunsuz tələblər qoyulub. Bu barədə rayondakı qaynaqlar informasiya verib.
Xəbəri verən mənbə iddia edir ki, yaxın vaxtlarda vəızifəsindən alınacağı haqda məlumatlı olan İmişli RİH rəhbəri Vilyam Hacıyevin yaxın adamları yerli sahibkarlardan pul toplamaqla məşğuldurlar.
Mənbənin dia.az-a söylədikləri: "Əslində bu "kampaniya" səbəbsizdir. Ad da qoymurlar. Yəni abadlığamı xərclənəcək, yoxsa yerli RİH-in hansısa başqa zəruri addımlarına sərf olunacaq... Heç nə demirlər. Eləcə deyirlər ki, başçı belə deyib. Ortalama 1000-2000 arası pul yığırlar. Hər şey isə gün kimi aydındır. Vilyam müəllimi başqa rayona göndərəcəklər. Ona görə də İmişliyə son zərbəsini vurur..."
Qeyd edək ki, məhz bu özbaşına pultoplama kampaniyasına görə, artıq bir qrup sahibkar adından ölkə rəhbərliyinə müraciət də hazırlanır. Yaxın vaxtlarda həmin müraciəti də təqdim edəcəyik.
Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?