Bir ağa malikanəsi və dörd yüz illik tarix gözümüzün önündə məhv olur
Mədəniyyət və Turizm Nazirliyindən məsələni diqqət mərkəzində saxladıqları bildirilsə də, hələlik ortada real iş yoxdur
Qıraq Kəsəmən kəndində məşhur İsrafil ağanın evi və on yeddinci əsrin yadigarı olan qüllə, habelə məscid yararsız vəziyyətə düşərək dağılır.
Ölkəmizin müxtəlif bölgələrində tariximizin izini daşıyan abidələr var. Onların bəziləri təmir olunaraq turistlərin ixtiyarına verilsə də, bir sıra abidələr baxımsız vəziyyətdədir.
Bərbad vəziyyətdə olan abidələrin taleyi də sanki bir-birinə bənzəyir. Baxımsızlıq, uçub-tökülmək, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu abidələri qorumaq cəmiyyətin və dövlətin mənəvi borcudur. Lakin "dövlət tərəfindən qorunan" bu mədəniyyət nümunələrinin mühafizəsi heç də ürəkaçan deyil.
Ağstafa rayonu ərazisindəki qədim abibədlər tarixə qovuşmaq üzrədir. Rayonun Qıraq Kəsəmən kəndi ərazisində yerləşən abidələr son illər baxımsızlıqdan uçmaq təhlükəsi altındadırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?